Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya Azərbaycanlıları Konqresinin üzvünə Türkiyədə qaraciyər köçürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Dünya Azərbaycanlıları Konqresinin üzvünə Türkiyədə qaraciyər köçürülüb

Dünya Azərbaycanlıları Konqresinin üzvünə Türkiyədə qaraciyər köçürülüb


Dünya Azərbaycanlıları Konqresinin üzvü Vaqif Əhmədova Türkiyənin Atatürk Universiteti Xəstəxanasında qaraciyər köçürülüb.
“haberturk.com” saytının verdiyi məlumata görə, Vaqif Əhmədova 24 yaşlı oğlu Ziya Əhmədovdan alınan qaraciyər parçası köçürülüb və o, sağlığına qovuşub.
Vaqif Əhmədov deyib ki, 12 ildir ki, qaraciyər xəstəsidir, bundan əvvəl İran, Rusiya və İsraildə müalicə alıb: “Atatürk Universitetinin Orqan Nəqli Mərkəzinin müdiri professor Bülent Aydınlı ilə əlaqə qurub Ərzuruma gəldim. Çox uğurlu bir əməliyyat oldu. İranda, Rusiyada da qaraciyər köçürülür, ancaq Türkiyə səviyyəsində deyillər. Mən türkəm və türk həkimlərə güvəndiyim üçün buranı seçdim”.
Azərbaycana dönəcəyini bildirən Vaqif Əhmədov ən çox badımcan dolması yemək arzusundadır və Azərbaycana dönəndə də ilk öncə badımcan dolması yeyəcək. Professor Bülent Aydınlı da xəstənin durumunun çox yaxşı olduğunu və yaxın vaxtlarda onu xəstəxanadan buraxmağı düşündüklərini söyləyib.

Geri dön