Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dekabrın 5-dək ölkə üzrə 82 min 257 ton pambıq tədarük olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Dekabrın 5-dək ölkə üzrə 82 min 257 ton pambıq tədarük olunub

Dekabrın 5-dək ölkə üzrə 82 min 257 ton pambıq tədarük olunub


Dekabrın 5-dək ölkə üzrə pambıq tədarükü 82 min 257,8 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 7-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur (34 min 703 ton).

Dövlət Statistika Komitəsindən bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 11200 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10562,9 ton, İmişlidə 9383,9 ton, Ağcabədidə 8395,9 ton, Beyləqanda 7345 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

Geri dön