Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Kaliforniyada 6 il fəaliyyət göstərən erməni cinayətkar qrup ifşa edilib
Kaliforniyada 6 il fəaliyyət göstərən erməni cinayətkar qrup ifşa edilib |
Kaliforniyada 6 il fəaliyyət göstərən erməni cinayətkar qrup ifşa edilib
GünazTV: ABŞ-da “Armenian Power” (“Erməni Gücü”) cinayətkar qrupunun üzvü və onun 3 erməni cinayətkar yoldaşı bank fırıldaqlarında günahkar sayılıb. Bu barədə informasiya ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Məlumatda qeyd edilir ki, “Armenian Power” qrupunun üzvü Armen Şaropetrosyan, o cümlədən Karen Markosyan, Artuş Marqaryan və Kristin Oqancanyana qarşı ittiham 16-21 mart tarixlərində irəli sürülüb. Cinayətkarların cəzası avqustun 6-da müəyyənləşəcək. Cinayətkarları 30 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. ABŞ hüquq-mühafizə orqanları Armen Şaropetrosyan və hazırda həbsdə olan Anqus Braunun fırıldaqçılara rəhbərlik etdiyini üzə çıxarıb. Anqus Braun həbsxanada qeyri-qanuni yolla keçirilmiş mobil telefonla təmin edilib. Cinayətkarlar müxtəlif insanların hesabları ilə bağlı məlumatlar əldə edib, onların bank hesablarından pul çıxarıblar. Cinayətkar qrupun fəaliyyət göstərdiyi 6 il ərzində ABŞ-ın bir neçə ştatının sakinlərinin 9 milyon dollardan çox pulu mənimsənilib. Qeyd edək ki, ABŞ polisi “Armenian Power” cinayətkar qrupuna qarşı genişmiqyaslı əməliyyatı 2011-ci ilin fevralında keçirib. Cinayətkar qrupun onlarla üzvü saxlanılıb. Bu cinayətkar qrup 1980-ci illərdə keçmiş SSRİ-dən gələn ermənilər tərəfindən formalaşdırılıb. Geri dön |