Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Atambayevin “varis”ləri: ruslar iqtidara kimi gətirmək istəyir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Atambayevin “varis”ləri: ruslar iqtidara kimi gətirmək istəyir?

Atambayevin “varis”ləri: ruslar iqtidara kimi gətirmək istəyir?


Qı rğızıstan prezidenti Almazbek Atambayev 2017-ci ildə postundan getməyi düşünür.

Gələn il yeni prezidentin kim olacağına dair müxtəlif proqnozlar var.

Amerikanın “Eurasianet” portalı yazır ki, Atambayev getməyi düşünsə də, öz yerinə rəqiblərindən kiminsə gəlməsini istəmir.

Atambayev bildirdi ki, prezident səlahiyyətləri başa çatan ərəfədə siyasi proseslərə qarışmayacaq. Lakin çoxları hesab edir ki, o, getməmişdən əvvəl ölkədə siyasi sabitliyi bərpa etməyə çalışacaq. Ekspertlər düşünür ki, Atambayevin komandası 2017-ci ildə prezident seçkilərinə təsir edə bilər.

“Eurasianet” Atambayevi əvəz edə biləcək şəxslərin adlarını açıqlayıb
Prezidentliyə mümkün namizədlərdən biri baş nazir Sooronbay Jeenbekovdur. Onun qardaşı, parlamentin keçmiş spikeri Asılbey Jeenbekov da namizəd ola bilər. Hər iki qardaş hakim Sosial-Demokrat Partiyasının nümayəndəsidir.
Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Sapara İsakovun da adı namizədlər sırasında çəkilir.

Lakin ən real namizəd kimi iki şəxsin adı çəkilir: Temir Sarıyev və Omurbek Babanov.
Hər iki şəxs keçmişdə baş nazir olub. Mümkündür ki, Rusiya T. Sarıyevi dəstəkləsin. Çünki 2015-ci ildən 2016-cı ilin 11 aprelinə qədər baş nazir olmuş Sarıyev Qırğısıztanın Avrasiya İqtisadi İttifaqına daxil olmasında böyük rol oynayıb.
Yeri gəlmişkən, dekabrın 1-də Atambayev Bişkekdə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “əgər Omurbek Babanov, yaxud Bakıt Torobayev Qırğızıstanın prezidenti olacaqsa, mən təəccüblənməyəcəm”.

A.Atambayevin “bizdə varis olmadığı üçün mən sevinirəm” sözləri də diqqət çəkirdi.
Bakıt Torobayev 2009-2010-cu illərdə fövqəladə hallar naziri olub. 2015-ci ildən parlamentin deputatıdır. O, “Onuquu-İrəliləmə” partiyasını təmsil edir.

Asif

Geri dön