Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Qurban Qurbanov: "Məğlub olmaqdan yox, azarkeşləri üzməkdən qorxmuşam"
Qurban Qurbanov: "Məğlub olmaqdan yox, azarkeşləri üzməkdən qorxmuşam" |
"Qrupda son oyunumuzdur. Hər bir oyun əvvəlkindən daha vacib olur. Əlimizdə şansın olduğunu yaxşı başa düşürük. Ancaq rəqibimiz "Fiorentina"dır".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində dekabrın 8-də Bakıda İtaliyanın "Fiorentina" klubuna qarşı keçirəcəkləri VI tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib. Q.Qurbanov Florensiya təmsilçisi ilə oyunda komandanın daha da diqqətli olmasının vacibliyini vurğulayıb: "Ümumiyyətlə, İtaliya komandalarına qarşı oynamaq çətindir. Çox istərdik ki, nəticə bizim tərəfdə olsun. Diqqətli olmağa çalışmalıyıq. Futbolçuların meydançada həddindən artıq diqqətli olmaları vacibdir. Sabaha qədər vaxtımız var və ən düzgününü etməyə çalışacağıq". Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb. - Statistika Azərbaycan komandalarının "böyük beşlik" ölkələrinin təmsilçilərinə qarşı pis oynamadığını göstərir. Sabah "Qarabağ"a nə mane ola bilər? - Rəqibin daha çox təcrübəli olması. Ümumiyyətlə, "Fiorentina" fərqli oyun nümayiş etdirir. Ola bilsin, hansısa müddətdə istədiyimiz oyunu göstərək. Amma rəqibin gücü və təcrübəsi bizə mane ola bilər. Yeni baş məşqçi gələndən komanda fərqli sistemdə oynayır. Mane ola biləcək tərəflər budur. "Böyük beşlik" ölkələrinə qarşı təcrübəmiz var. Amma mübarizədən qaçmırıq. - Rəşad Sadıqov sabah meydanda olacaqmı? - Əvvəlcədən demişdim ki, ehtimal var. İndi elə bir andır ki, qərarı özü verəcək. Çünki Yunanıstan PAOK-u ilə oyunda oynamasını özüm istəmişdim. Çünki onda başqa zədə idi, indi isə zədə dizindəndir. Həkimlər nə qədər razılıq versə də, ehtiyatlı olmaq lazımdır. Mən onun meydanda olmasını istərdim. Amma qərarı öz öhdəsinə buraxacağam. Özü oynamasından əmin olsa, şad olacam. - Vacib oyun olması komandaya psixoloji baxımdan necə təsir edə bilər? - Futbol digər idman növlərindən fərqlənir. Çünki yarış davam edir. Nəticə vermək üçün daha çox çalışmalı, diqqətli olmalısan. Komandada hansısa psixoloji hisslər olsa, buna şad olaram. Bu amil mütləq şəkildə təsir edə bilər. Bəzən idmançı məğlub olmaqdan qorxmur. Biz nə qədər çox istəsək də, azarkeşlərimiz daha çox istəyir. Biz də onları üzmək istəmirik və qələbəyə çalışırıq. Məğlub olmaqdan qorxmamışam, sadəcə, azarkeşləri üzməkdən qorxmuşam. - İki il əvvəl İtaliyanın digər təmsilçisi "İnter"lə qarşılaşdınız. Bu dəfə də həlledici oyun İtaliya komandasına qarşı olacaq... - Vəziyyət bir az fərqlidir. Çünki "İnter" həmin vaxt növbəti mərhələni təmin etmişdi, amma "Fiorentina" qrup liderliyi üçün yarışacaq. Artıq "İnter"lə oyun yaddan çıxıb. Çünki əvvəlki nəticələri çox da araşdırmırıq. - İvan Bebekin sabahkı oyuna təyinatını türk klublarına qərəz adlandırmaq olarmı? - Həmişə hakimlik mövzusundan uzaq olmağa çalışmışam. Səhv etməyən hakim görməmişik. - Yunanıstandakı PAOK - "Slovan" oyunundan da çox şey asılıdır. Bir gözünüz orda olacaq, yoxsa bütün diqqətiniz öz oyununuza yönələcək? - İstər-istəməz diqqətim orada olacaq. Amma oradakı hər hansı dəyişikliyi mənə deyəcəklər. Müəyyən şəxslərə tapşıracağam ki, mənə nəticə ilə bağlı məlumat versinlər. - "Fiorentina" ölkə çempionatındakı son oyunları ilə müqayisədə indi necə təsir bağışlayır? - Rəqib son vaxtlar daha yaxşı oynayır və bir-birini daha yaxşı başa düşür. Nəticəni dəyişə biləcək potensiallı futbolçuları var. Geri dön |