Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvan-Məşhəd dəmir yolu reysinin istifadəyə verilməsi ləngiyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Naxçıvan-Məşhəd dəmir yolu reysinin istifadəyə verilməsi ləngiyir

Naxçıvan-Məşhəd dəmir yolu reysinin istifadəyə verilməsi ləngiyir


Bu ilin noyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulan Naxçıvan (Azərbaycan)-Məşhəd (İran) sərnişin elektrik qatarı reysi qeyd edilən tarixdə istismara verilməyib.
Reysin nə vaxt istifadəyə veriləcəyi hələlik qeyri-müəyyən olaraq qalır. Güman edilir ki, elektrik qatarının müəyyən edilmiş vaxtda sərnişinlərin xidmətinə verilməsinin ləngiməsinə İran Dəmir Yolları İdarəsinin baş direktoru Möhsin Purseyidağayinin istefa verməsi səbəb olub.
Qeyd edək ki, M.Purseyidağayi İranda baş vermiş dəmir yolu qəzasına görə istefa verməli olub. O, Simnan şəhərinin Həftxan dayanacağında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olmuş 44 nəfərə görə İran xalqından üzr istəyib və tutduğu vəzifədən gedib.
Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının işləməsi üçün demək olar ki, bütün şərtlər hazır vəziyyətə gətirilib. Hətta hərəkət marşrutu da müəyyən edilib.
Azərbaycan Naxçıvan-Məşhəd marşrutu üzrə hərəkət edəcək qatarın heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edib. 36 nəfərlik "kupe" tipli vaqonlar əsaslı bərpa-təmir görmüş nəqliyyat vasitələridir.
Belə ki, üç vaqon ayrı lokomotivlə İranın Təbriz şəhərinə qədər hərəkət edəcək. Təbrizdə isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda, geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotiv vasitəsilə Naxçıvana çatdırılacaq.

Geri dön