Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Antidopinq Mərkəzi ilin sonunadək yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Milli Antidopinq Mərkəzi ilin sonunadək yaradılacaq

Milli Antidopinq Mərkəzi ilin sonunadək yaradılacaq


"Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk ölkələrdəndir. Həmişə idmanın belə dopinq və qeyri-qanuni farmakoloji müdaxilələrdən aralı olmasını istəyirik. Müəyyən məsələlərlə əlaqədar Antidopinq haqqında Konvensiyanı ratifikasiya etməyimiz ləngiyirdi".

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir ilin sonunadək Milli Antidopinq Agentliyinin yaradılacağını bildirib.
"Qısa müddətdə bu konvensiyanı Milli Məclisdə ratifikasiya etdik. Noyabrın 29-da Antidopinq haqqında qanun ikinci oxunuşda qəbul olundu və Ümumdünya Antidopinq Agentliyinə göndərildi. Hazırda Milli Antidopinq Agentliyinin yaradılması haqda işlər gedir. İlin sonunadək buna nail olacağıq. Artıq WADA rəhbərliyini də məlumatlandırmışıq. Bu qurum gördüyümüz işləri müsbət qiymətləndirir. Düşünürəm ki, ən yaxın iclasda Azərbaycan antidopinqə yararsız ölkələr siyahısından çıxarılacaq".

Nazir Dünya Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayanla da görüşündən danışıb.
"Hazırda yığmamıza qarşı heç bir sanksiya tətbiq olunmayıb. WADA idmançılarda dopinq aşkar etsə belə, qərarı federasiya qəbul edir. Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə cəzalandırılması barədə gözlənilən qərar bir il müddətinə dondurulub. Əgər bu müddətdə hansısa idmançımızda dopinq aşkarlansa, dondurulmuş cəza bərpa ediləcək və cəza 2 il olacaq. İndi biz beynəlxalq federasiyanın qərarını gözləyirik ki, ağırlıqqaldırmanı İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edək".

Mirmahmud KAZIMOĞLU

Geri dön