Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ağsu aşırımı qeyri-müəyyən vaxtadək tamam bağlanıb, 100-ə yaxın kafe və restoran fəaliyyətini dayandırıb
Ağsu aşırımı qeyri-müəyyən vaxtadək tamam bağlanıb, 100-ə yaxın kafe və restoran fəaliyyətini dayandırıb |
Torpaq sürüşməsi ilə əlaqədar Ağsu aşırımı tamam bağlanıb.
9 saylı Şamaxı rayon Yol İstismar İdarəsinin baş mühəndisi Telman Babayev bildirib ki, keçirilən monitorinqlər nəticəsində müəyyən edilib ki, Ağsu aşırımında torpaq sürüşməsi aktivdir: “Sürüşmə hazırda da davam edir və 14 kilometrlik Ağsu aşırımında nəqliyyatın hərəkəti bu prosesi sürətləndirir. Qərara alınıb ki, bu yolla nəqliyyatın hərəkəti dayandırılsın. Bu gün saat 14.00 radələrində Ağsu aşırımının yuxarı və aşağı hissələrində, yəni Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 142 və 156-cı kilometrliyində yolun bağlanmasını göstərən plakatlar qoyulub və müxtəlif vasitələrlə yol kəsilərək nəqliyyatın hərəkəti dayandırılıb. Ağsu aşırımında 10-a yaxın yerdə sürüşmə qeydə alınıb. Aşırımın yuxarı hissəsində yerləşən “Şərədil” İstirahət Kompleksinin ərazisindəki tikililərdə də çatlar əmələ gəlib. Yolda nəqliyyatın hərəkəti dayandırıldığından həmin kompleks və Ağsu aşırımında yerləşən 100-ə yaxın kafe və restoran, xidmət sahələri də fəaliyyətini dayandırıb. Ağsu aşırımı qeyri-müəyyən vaxtadək bağlı saxlanılacaq. 1987-ci ildə istifadəyə verilən və təmir edilmədiyi üçün yararsız hala düşən Ağsu-Göylər-Şamaxı avtomobil yolu isə Ağsu aşırımını əvəz edən yeganə yoldur ki, onun yenidən qurulmasına ciddi ehtiyac var. Dağların ətəyi ilə çəkilmiş bu yol Ağsu ilə Şamaxını birləşdirən ən qısa yoldur, həm də yay və qış aylarında nəqliyyat vasitələrinin rahat hərəkəti üçün əlverişlidir”. Bayram və istirahət günlərinin başa çatması ilə əlaqədar paytaxta və əks istiqamətə hərəkət edən avtomobillərin sürücüləri alternativ olaraq Bakı-Kürdəmir-Qazax, Kürdəmir-Ağsu, Göyçay-Ucar avtomobil yollarından istifadə edirlər. Geri dön |