Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllıda sürüşmə sahələri aktivləşir, 145 ev qəzalı vəziyyətdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İsmayıllıda sürüşmə sahələri aktivləşir, 145 ev qəzalı vəziyyətdədir

İsmayıllıda sürüşmə sahələri aktivləşir, 145 ev qəzalı vəziyyətdədir


İsmayıllının sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunmağa başlayıb.
İsmayıllı rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov bildirib ki, rayonun Diyallı, Güyüm, Tircan, Vaşa, Lahıc, Xankəndi, Sulut, Quşencə, Xanagah, Yeniyol, İkinci Yeniyol, Qaraqaya kəndləri sürüşmə zonası hesab edilir.
Komissiya sədri bildirib ki, son günlər həmin ərazilərdə aktivlik müşahidə olunur.
Əhmədovun sözlərinə görə, həmin kəndlərdə ümumilikdə 145 ev qəzalı vəziyyətdədir. Həmin evlərin qəzalı olması barədə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri tərəfindən rəy verilib.
İcra başçısının müavini qeyd edib ki, qəzalı vəziyyətdə olan evlərin sakinlərinə həmin evlərdə yaşamamaları barədə xəbərdarlıq olunub. Buna baxmayaraq, həmin evlərin bəzilərində yaşayış var.
Əhmədovun sözlərinə görə, həmin evlərin sakinlərinə ev tikilməsi üçün torpaq sahəsi ayrılıb və bu barədə sənədləşmə aparılaraq müvafiq qurumlara məlumat verilib.
O qeyd edib ki, Nazirlər Kabineti həmin sakinlərə ev tikilməsi üçün maliyyə ayrılması barədə qərar qəbul etməlidir.
Xatırladaq ki, son bir ayda Bakıda və bir sıra rayonlarda - Şamaxı, Ağsu və cənub rayonlarında sürüşmə sahələrində aktivlik müşahidə olunur. Bu gündən İsmayıllı da daxil olmaqla, bir neçə rayonda sürüşmə sahələrinin geniş şəkildə tədqiq edilməsi üçün monitorinqlərə başlanılıb.

Geri dön