Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İran dövlətinin Cənubi Azərbaycana qarşı ayrı-seçkilik siyasəti,“21 Azər” soyqırımı və nəticələri barədə
İran dövlətinin Cənubi Azərbaycana qarşı ayrı-seçkilik siyasəti,“21 Azər” soyqırımı və nəticələri barədə |
“Mən inanıram ki, insanları ana dilində təhsil almaqdan məhrum etməklə yalnız bir milləti və ya etnik qrupu və ya bir nəsli məhv etmirik, ondan daha artıq olanı – insanlığı məhv edirik”
(Filosof və humanitar elmlər sahəsində tanınmış tədqiqatçı Mustafa Məlikiyanın Əsğər Zare Kohənmuinin “Təkdilliliyin sonu” kitabı barədə rəyindən) 1946-cı ilin 12 dekabr günündə (21 Azərdə) İran daxilində ölkənin ərazi bütövlüyünü qorumaq, ondan ayrılmamaq və eyni zamanda öz milli haqq və hquqlarını təmin etmək şüarı altında Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Azərbaycan Milli Hökumətini qurmuş insanlara – azərbaycanlılara qarşı törədilmiş qeyri-bəşəri, qeyri-insani hərəkrətləri, vəhşilikləri, qətl və qarətləri, bir sözlə onlara qarşı törədilmiş soyqırım aktını anlamaq, onu dəyərləndirmək üçün “Qısa siyasi sözlük” kitabında “soyqırımı” ifadəsini bir daha diqqətlə nəzərdən keçirirəm: “Genosid - hər hansı bir milləti, etnik, irqi və dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə törədilən aktdır. BMT-nin 1948-ci il Konvensiyasında soyqırımı törətməyə görə cinayət və cəza tədbirləri barədə maddələr də təsdiq edir ki, soyqırımın dinc zamanda və ya müharib şəratində törədilməsindən asılı olmayaraq, o, Beynəlxalq hüquq normalarını pozan cinayət hesab edilir”. Azərbaycanlılara qarşı soyqırımı böyük bir arealda – Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda Rusiya, İngiltərə və Fransa kimi qudrətli dövlətlərin öncədən işlənmiş planları əsasında XX əsrin əvvəllərindən başlayaraq bu günə kimi həyata keçirilmişdir. Bu soyqirimı aktı 624 il böyük bir ərazidə nüfuz sahibi olmuş və hakimiyyət etmiş Osmanlı İmperiyasının çökdürülməsi şərtləri daxilində icra edilmişdir. 1918-ci ilin may ayının 28-də Şərqdə ilk Demokratik Azərbaycan Respublikasının qurulması ərəfəsində - mart ayının 31-dən başlayaraq rusların maddi və hərbi dəstəyi ilə ermənilər tərəfindən 50 min nəfərdən çox azərbaycanlı qətlə yetirildi. 1918-ci ilin fevral-mart aylarında keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Nəticədə Cənubi Aərbaycanın qərb bölgəsində200 min nəfər azərbaycanlını qətlə yetirdi. Yaranmış ağır vəziyyətdə Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı. Lakin 1918-ci ilin oktyabr ayının 30-da başlanmış Mudros Müqavuləsinin şərtləri ilə bağlı Türkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi. 1919-cu il avqustun 9-da İranla İngiltərə arasında imzalanmış sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə başlayan silahlı üsyan qalib gəldi. İлк эцнлярdəİranın demokratikləşməsi və demokratik İranın tərkibində Azərbaycana muxtariyyət verilməsi şüarı ilə çıxış edən üsyançılar 1920-ci il iyunun 23-də Təbrizdə Milli Hökumət (MH) yarandıqdan sonra artıq diqqəti İranda şahlığın ləğvi və respublika yaradılması ehtimallarına yönəldirdilər. MH-in kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə həyata keçirdikləri demokratik islahatlar, bu sahələr üzrə müvafiq idarə və nazirliklərin yaradılması və bunlara bənzər bir sıra başqa tədbirlərin icrası İranda ağalıq edən İngiltərəni və yerli mürtəceləri bərk narahat etməyə başladı. Təbriz üsyanı dövründə Londonun Tehrandakı rəsmi nümayəndəsi Persi Koks tərəfindən İngiltərə Xarici İşlər nazirinə göndərilən 14 may 1920-ci il tarixli teleqramda deyilirdi ki, “əvvəlki dövrlərdə olduğu kimi, (İranda) başlıca təhlükəli yer vəziyyətin son dərəcə xoşagəlməz olduğu İran Azərbaycanıdır. Əgər bu əyalət Mərkəzi hökumətin öz vəzifələrinin icra edə bilməməsi üzündən dözə bilməyərək ayrılsa, o zaman bu hadisənin İranda ümumi vəziyyətə təsiri kifayət qədər təhlükəli olacaqdır. Kabinet, əlbəttə, yıxılacaq, siyasət, o cümlədən saziş (09.08.1919-cu il tarixli İngiltərə-İran sazişi nəzərdə tutulur – S.B.) isə təhlükə altına alınacaqdır.” İngiltərənin Tehrandakı nümayəndəliyi ilə məşvərətdən və müəyyən hazırlıqdan sonra sentyabr ayının 11-də İran Mərkəzi hökuməti Təbriz üzərinə hücum təşkil etdi. Demokratik hüquq və azadlıqların əldə edilməsi uğrunda baş vermiş üsyan yatırıldı, sentyabrın 14-də Xiyabani şəhid oldu. Yenə də azərbaycanlılara amansız divan tutuldu, evlər yandırıldı, yüzlərlə insan həbs edildi və ya sürgünlərə göndərildi. Azərbaycanlılar üzərindən yeni bir soyqırımı dalğası keçdi. Növbəti dalğa daha güclü, daha qorxulu, sərt və uzunmüddətli oldu. Belə ki, 1921-ci ilin fevral ayının 21-də hərbi süvari briqadanın rəhbəri kimi dövlət çevrilişi edən, bundan sonra 1923-cü ilə kimi hərbi nazir, 1923-1925-ci illərdə baş nazir vəzifələrini tutan Rza xan nəhayətdə 1925-ci ildə ölkə parlamentini onu şah elan etməyə məcbur etməklə Qacar türk hakimiyyətinin varlığına xitam verdi və beləliklə də əsli, nəcabəti, soykökü dəqiq məlum olmayan pəhləvilər adlı bir sülalənin İran adı altında çoxmillətli bir ölkədə hakimiyyətini qanuniləşdirmiş oldu. Elə həmin tarixdən başlayaraq İranda hakimiyyətdə olan iqtidar türkləri - azərbaycanlılari ölkənin ərazi bütövlüyünü poza və parçalayaca biləcək bir qüvvə kimi qələmə verirdi. Rza xanın ortaya qoyduğu belə bir mövqenin mahiyyətini açıqlayan Seyid Cəfər Pişəvəri hələ 1922-ci ildə “Həqiqət” qəzetində yazırdı: “Azərbaycanlı iranlıdır, o ayrılmaq istəmir. Onu özünün nifrət etdiyi bir ittihama doğru sürükləməyin.” Bununla belə o, xüsusi olaraq vurğulayırdı: “əgər azərbaycanlılar İrandan ayrılmaq meylində deyillərsə, bu o demək deyil ki, onların mərkəzdən tələbləri yoxdur.” Rza xanın Azərbaycana və azərbaycanlılara qarşı milli-şovinist bir mövqedə dayanması həmin zamanlarda beynəlxalq və regional vəziyyətlə daha çox şərtlənirdi. Belə ki, I Dünya müharibəsi illərində Osmanlı çox fəal bir şəkildə Mərkəzi Asiyada yaşayan türk xalqlarını özlərinə cəzb etməklə məşğul idi. Bununla bağlı Əfqanıstanda, Rusiyada, Türküstanda və Çində osmanlılar tərəfindən bu yöndə minlərlə bukletlər çap edilərək yayıldı. Bu mərhələdə Sovet məqamları “pantürkizmə qarşı mübarizə” adı altında geniş təbliğat kompaniyasına başladılar. Onlar türk birliyinə qorxulu bir qüvvə kimi baxırdılar. Ona görə də RK(b)P-nin 1921-ci ildəki 8-16 mart tarixli X qurultayında “pantürkizm” və “panislamizm” burjua demokratik millətçiliyini dəstəkləyən cərəyanlar kimi kəskin pisləndi. 1918-ci ilin may ayının 28-də Şərqdə ilk olaraq yaradılmış Azərbaycan Demokratik Respublikası Osmanlı tərəfdarı olan hökumət kimi qələmə verildi. 1923-cü ildə İstanbulda çıxan “Yeni məcmuə” jurnalı “Türk ocağı” tərəfindən Azərbaycana həsr edilmiş konfrans barədə hesabat çap etdi. Konfrans materiallrında İran dövlətinin azərbaycanlılara münasibətdə qeyri-insani rəftarı pislənirdi və eyni zamanda bütün azərbaycanlılar yeni Türkiyə Respublikası ilə birləşməyə dəvət edildilər. Bu üzdən də İrandakı iqtidar türkləri-azərbaycanlıları öz hakimiyyətlərinə qarşı təhlükəli bir qüvvə kimi görürdülər. Ona görə də dövlət çevrilişi yolu ilə Qacar türklərinin hakimiyyətinə son qoyan və hakimiyyəti Pəhləvi sülaləsi adından idarə edən Rza şah və oğlu Məhəmməd Rza İranda sayına görə iki böyük millətdən biri olan azərbaycanlılara qarşı bütün sahələr üzrə fars şovinizmi yönündə ideoloji-təbliğati işləri həyata keçirməklə, əməli olaraq onlara qarşı assimilyasiya siyasəti yürütməyə başladılar. Azərbaycan çətin bir vəziyyətə düşdü. Yeni hökumət Azərbaycanı təzyiq altında saxlamaq üçün iqtisadi və mədəni vasitələrdən istifadə edirdi. İran iqtisadiyyatında önəmli yerə və rola malikolan Azərbaycan Rza şahın 16 illik hakimiyyəti dövründə görünməmiş təzyiqlərə məruz qaldı. Bütün ticarət işlərinin Tehranda təmərküzləşməsi siyasəti ölkə iqtisadiyyatında və eyni zamanda İranın daxili və xarici ticarət əlaqələrinin inkişaf istiqamətlərinin yönləndirilməsində xüsusi çəkiyə malik Təbriz tacirlərinin mövqeyinə ciddi zərər vurdu. Sovetlər də vəziyyəti gərginləşdirdilər. 1921-ci ildən sonrakı onillikdə sovetlər tədricən İranla ticarət dövriyyəsini azaltdılar və buna görə də sovetlərlə müştərək sərhəd zonasında yerləşən Azərbaycanda istehsalçılara, tacirlərə və xüsusilə də ümdə satışla məşğul olanlara böyük ziyan dəydi. Azərbaycan özünün ticarətdəki öncüllüyünü, Təbriz isə xüsusi əhəmiyyətini əldən verdi. Nəticədə, Azərbaycanın çox fəal və onun iqtisadi həyatı üçün önəmli olan nümayəndələri Tehrana daşınmalı oldular. Rza şah özünün sənayeləşmə siyasətində də farsların məskun olduqları rayonların inkişafına daha çox önəm verdi. Əsas xammal mənbəyinin Azərbaycanda olmasına baxmayaraq, İsfahan, Mazandaran kimi rayonlar İranın toxuculuq, Tehran isə ağır sənayenin mərkəzinə çevrildi. Rza şahın kənd təsərrüfatı sahəsində həyata keçirdiyi siyasət nəticəsində də İranın taxılçılıq mərkəzi hesab olunan Azərbaycan və yerli əhali çox ağır şəraitlə üzləşməli oldular. Buğdanın Tehrana daşınması üzündən Azərbaycan qəhətliyə düçar oldu və 1940-cı ilin qışında tamamilə azuqəsiz qaldı. Pəhləvilər özlərinin iqtisadiyyat və ticarət sahəsində həyata keçirdikləri siyasətləri ilə ölkədəki çoxsaylı azərbaycanlı əhalinin sosial şəraitini son həddə qədər pisləşdirdi. Ardıcıl baş verən sel-su daşqınları nəticəsində bu mühüm iqtisadi rayonda yollar, körpülər dağılmış və keçilməz hala düşmüşdü, içməli su və kanalizasiya sistemi yox dərəcəsində idi. Nəticədə, minlərlə insan öz yurd yuvasından didərgin düşdü, iş dalınca farsların sayca çoxluq təşkil etdikləri sənaye mərkəzlərinə - İsfahan, Mazandaran və Tehran kimi şəhərlərə üz tutdular. Əslində, təbii assimilyasiya kimi görünən farsalaşdırma siyasəti həyata keçirilirdi və beləliklə, azərbaycanlıların milli varlığı, milli kimliyi aradan aparılırdı. Eyni zamanda da çox pis sosial şəraitdə yaşayan, tibbi xidmətdən demək olar ki, məhrum olan Azərbaycan əhalisi arasında kütləvi xəstəlik, epidemiyalar və ölüm halları çox yüksək dərəcədə idi. Belə bir şəraitin özü də Pəhləvi şahlıq rejiminin azərbaycanlılara qarşı yönəlmiş soyqırım siyasətinin tərkib hissələrindən birini təşkil edirdi. Mədəniyyətə gəlincə isə qeyd etmək lazımdır ki, 1925-ci ildə hakimiyyət başına gəlmiş Rza şah əsasən məhdud bir qrup liberal burjua ziyalılarının inkişafı üçün az-çox imkanlar yaratdı, demokratik ziyalıların inkişafı isə, demək olar, dövlətin hərtərəfli fəaliyyəti nəticəsində dayandırıldı. Ona görə də ictimai mənşəyi mülkədar-burjua sinfinə bağlı olan iberal burjua ziyalıları da getdikcə daha artıq dərəcədə öz əvvəlki müstəqilliyindən əl çəkir və diktatura rejiminin sadiq nökərlərinə çevrilirdilər. Bu ziyalılar əsasən mürtəce və antidemokratik, şovinist millətçi şüarlar irəli sürürdülər. Onlar maarifin, elm və texnikanın inkişaf etdirilməsinin lazım olduğunu qeyd etsələr də, bunun üçün elə şərtlər qoyurdular ki, o da əslində xalqın maarifləndirilməsi, onun vəziyyətinin yaxşılaşdırılması deyil, bir ovuc varlıların, seçmə təbəqələrin qayğısına qalmaq demək idi. Onlar ictimai və siyasi bərabərliyə, demokratiq hüquqlar əleyhinə çıxır, bütün iranlıların mənafeyinin vahid olmasını “milli vəhdət” şüarı ilə pərdələyir və beləliklə, milli zülmü əbədiləşdirirdilər. 1925-ci ildən Tehranda çıxan “Ayəndə” jurnalının redaktoru Mahmud Əfşar İran hakim dairələrinin mənafeyini və əsas məqsədini təmsil edən “Milli vəhdət” proqramını işləyib hazırlamışdı və orada deyilirdi: “Biz bütün rayonların və qəbilələrin vəhdətinə nail olmayınca, yəni hamını tam mənada iranlı etməyincə gələcəyimiz zülmətli olacaqdır. Hamımız bir nəfər kimi çalışmalıyıq ki, bütün İranda fars dili ümumi dil olsun və getdikcə əcnəbi dilləri sıxışdırıb çıxarsın”. Bu əsnada da Pəhləvilərin İranda hakimiyyəti illərində azərbaycanlıların milli inkişaf imkanları hədsiz dərəcədə pisləşmişdi. Belə ki, İran dövləti tərkibində yaşayan azərbaycanlılara öz hakimiyyətlərini məhv edə biləcək bir qüvvə kimi baxan hakim dairələr onlara qarşı amansız bir şəkildə açıq milli assimilyasiya siyasəti həyata keçirmişlər. Məktəblərdə təhsil fars dilində idi. Müəllimlər fars dilində dərs deməyə borclu idilər. Azərbaycan mədəniyyət idarəsinin rəisi Möhsüni deyirdi: “Türk (Azərbaycan – S.B.) dilində danışan hər bir kəsin başına eşşək noxtası keçirin və tövlədə axura bağlayın”. Ondan sonra mədəniyyət idarəsinin rəisi olmuş Zövqi isə ibtidai məktəblərdə türk dilində (Azərbaycan – S.B.) danışanlar üçün cərimə qutuları qoymuşdu. Yerli dillərdə təhsil, qeyri-fars dilində kitab və qəzet çapı qadağan edilmişdi. Haşiyə:Güneyşünas alim Əkrm Rəhimli (Bije) Mərənd şəhərində oxuduğu ibtidai məktbdə 1940-cı ildə baş vermiş bir hadisəni xatərlayaraq deyir: “Təhsil prosesində türkcə danışmaq qəti qadağan idi və buna görə şallaq cəzası belə təyin edilmişdi. Bir gün mənə yaxın olan və dostluq etdiyimiz Əhməd adlı sinif yoldaşım üzünü mənə və digər sinif yldaşımız Yunisə tutub Azərbaycan türkcəsində “dərsdən sonra gedib Ağalar zəmisində futbol oynayarıq” dedi. Sözsüz ki, hər sinifdə ən azı bir-iki nəfər “çuvul” var idi və belə şeyləri sinif rəhbərinə və ya direktora tez xəbər verirdilər. Əhmədin ağzından Azərbaycan türkcəsində çıxmış bu ifadəyə görə ona cəza təyin edildi. Heyva ağacından olan çubuqla əllərinin içinə 5-6 dəfə zərbə vuruldu. Sonra isə ona məktəb miqyasında “bədəxlaq şagird” adı verilməklə boynundan eyni məzmunlu plakat asıldı. Belə bir ad həmin çubuq cəzasından daha ağır cəza hesab olunurdu. Belə ki, bu uşağın ruhunu, mənliyini və kimliyini təhqir edirdi”. Rza şahınhakimiyyəti dövründə Azərbaycana edilən iqtisadi və mədəni zülmlərlə yanaşı Tehranda zahirən elmi-tədqiqat xarakterli, batində isə arxasında yüksək siyasi və dövlət maraqları dayanan başqa hərəkətlərə başlanıldı. Rza şahın belə bir siyasəti həmin şərait üçün formalaşmış intellektual zəmindən qaynaqlanırdı. Bu intellektual bazanı isə Məhəmmədəli Foruği, dr.Mahmud Əfşar Yəzdi, Əli Əsğər Hikmət kimi adamlar yaradırdılar. İntellektual bazanın rəsmi təmsilçisi kimi İran Akademiyası təsis edildi. Beləliklə, elə bir zəmin yaradıldı ki, İran daxilində qeyri-fars məzmuna malik hər nə vardısa, bu adamların təklifləri əsasında dəyişdirilərək farslaşdırıldı. Məhəmmədəli Foruğinin təklifi ilə Akademiyanın nəzdində coğrafiya komissiyası yaradıldı. Akademiyanın terminologiyasında fars dilindən başqa ölkədə yaşayan bütün millət və xalqların dilləri əcnəbi hesab olunurdu. Bu komissiyanın sənədlərinin birində deyilirdi: “Əgər coğrafi yer adları “çay”, “su”, “bulaq” və buna oxşar sözlərlə adlandırılmışsa, onlar xarici söz kimi müəyyən edilsin və farscaya dəyişdirilsin”. Beləliklə, kəndlərin və şəhərlərin adları da dəyişdirildi. Hakimiyyətin başqa bir addımı Azərbaycan ərazisinin dəyişdirilməsi və bölünməsi ilə bağlı idi. Tehranda çıxan “Ayəndə” jurnalının redaktoru, “Milli vəhdət” proqramının müəllifi Mahmud Əfşarın baxışlarına görə İranın istiqlalı və bütövlüyü üçün təhlükə sırasında 1) ağ təhlükə (Rusiya); 2) mavi təhlükə (İngiltərə); 3) yaşıl təhlükə (ərəblər); 4) qara təhlükə (daxili cəhalət və istibdad); 5) sarı təhlükə (bu, “Osmanlı türkləri və şimal-qərb tatarları tərəfindən İranın milli vəhdətini qorxudan təhlükədir”) dayanırdı. O, yazırdı ki, “sarı təhlükə müvəqqəti bir təhlükə deyildir, o, iranəsilli millət və xalqlar (iranlılar, əfqanlar, kürdlər, tatlar və taciklər) üçün milli və daimi bir təhlükədir.” Bu problemi həll etmək üçün “Ayəndə” jurnalının 1926-ci ilki yaz nömrəsində yazdığı “Millətçilik və İranın vəhdəti” başlıqlı məqaləsində təklif edirdi ki, türk (Azərbaycan – S.B.) dilində danışmaq qadağan edilsin, türk (Azərbaycan – S.B.) dillilərin bir hissəsi farsdilli məntəqələrə köçürülsünlər, Azərbaycan adı yaddaşlardan silinsin və ölkənin inzibati-ərazi bölgüsündə bu ərazinin hüdudları (sərhədləri) dəyişdirilsin. Azərbaycan dilini dövlət səviyyəsində iki istiqamətdə əzmək siyasəti yeridilirdi. Birinci istiqamətin əsas məqsədi tarixi sənədləri təhrif etmək, saxtalaşdırmaq yolu ilə Azərbaycan-türk dilinin bu əraziyə sonradan gəlib yayılmasını əsaslandırmaq idi. İkinci istiqamətin əsas məqsədi isə Azərbaycan-türk dilinin praktiki olaraq dil statusu üçün lazım olan xüsusiyyətlərə və fars dili ilə müqayisə qabiliyyətinə malik olmamasını əsalandırmaqdan ibarət idi. İranda millətçilik ideologiyasını daha açıq şəkildə bəyan edən şair Arif Qəzvini (1882-1933) də türk yazıçı və jurnalistlərinin “iranlılar türkdürlər və İran mədəniyyəti türk ruhuna malikdir” iddialarına qarşı kəskin reaksiya verərək yazırdı: “Türk dili mərsiyə demək üçündür. Məsləhətdir ki, bu dilin ayağını ölkədən kəssinlər”. İranın yeni yaranan bu millətçilik ideologiyası Pəhləvi rejimi dövründə ictimai fikrin və rəsmi siyasətin formalaşmasında dərin izlər buraxdı və hətta, Pəhləvi rejiminə müxalif olan bir çox iranlı ziyalıların zeninə də hakim kəsildi. Əhməd Kəsrəvi, R.Şəfəq kimi alimlər Azərbaycan xalqının soykökünü hakim Rza şahın siyasətinə uyğun şəkildə yazmağa və təhrif etməyə başladılar. R.Şəfəq 1924-cü ildə çap etdirdiyi məqaləsində azərbaycanlıların hələ qədimdən fars mənşəli və farsdilli olmalarını yazırdı. Ə. Kəsrəvi də eyni vaxtdan başlayaraq paniranizm ideologiyasının işlənib yayılmasında xüsusi xidmət göstərmişdir. Onun 1925-ci ildə çapdan çıxmış “Azəri və Azərbaycanın qədim dili”, daha sonra “Unudulmuş şəhriyarlar”, “Azərbaycanın on səkkiz illik tarixi” və başqa kitabları, bir sıra məqalələri Rza şahın dövründən başlayaraq bu günədək İran dövlətinin daxili siyasətinin əsasını təşkil edən paniranizm ideologiyasının əsaslandırılmasına qulluq etmişdir. Rza şah və oğlu farslaşdırma siyasətinin həyata keçirilməsində ordunun da roluna xüsusi diqqət yetirirdilər. Beləki, fars dilini bilməyən və hətta elementar təhsili belə olmayan qeyri fars millətdən olan bir gənc, eləcə də azərbaycanli, əsgərlik xidməti zamanı fars dilində danışmağa məcbur və məhkum idi. Bir çox hallarda fars dilini bilməyən və bu dildə danışmağa meyl göstərməyən qeyri-fars gənclər orduda ibtidai işgəncələrə məruz qalır, ən ağır və iyrənc işləri yerinə yetirməyə məcbur edilirdilər. Rza şah özünün yeni dövlətini iki əsas sütun üzərində bərqərar etdi: ordu və bürokratiya. Onun hakimiyyəti illərində ordu 10 dəfə artdı. 1921-ci il məlumatına görə, ordu personalı ümumilikdə 22 min nəfərdən ibarət idisə, 1925-ci ilə kimi bu personalın sayı 40 min nəfərə qədər artdı və 1941-ci ildə 170 min nəfərə çatdı. Ümumi hərbi mükəlləfiyyət haqqındaqanuna görə 21 yaşı tamam olan kişi cinsindən olan hər bir şəxs iki il müddətinə orduda və 4 il də ehtiyat qüvvələrində hərbi xidmət göstərməli idi.Ümumi hərbi mükəlləfiyyət haqqında qanun yalnız ordunun inkişaf etdirilməsi üçün deyildi. Bu qanun eyni zamanda kişiləri ümummilli bir təşkilata çəkmiş oldu. Bu təşkilatda onlar fars dilində danışmağa, digər etnik qruplarla ünsiyyət qurmağa və hər gün şaha, bayrağa və dövlətə sədaqətlərini elan etməyə məcbur oldular. Hərbi xidmətə çağırışçıların 2/3 hissəsi əsgərliyin ilk altı ayını fars dilini öyrənməyə sərf edirdilər. Həqiqətdə, hərbi qüvvələr rejimin ən mühüm sütunlarından birini təşkil edirdi. Bu yeni ordu vilayətlərdə baş vermiş bir sıra çıxışları, xüsusilə Gilanda Kuçekxan və Cəngəlilər, Kürdüstanda Smitko, Fars əyalətində Soulətüddövlə hərəkatlarını uğurla əzdi. O, həmçinin Təbrizdə Lahutinin və Məşhəddə polkovnik Tağı Pesyanın rəhbərliyi ilə baş vermiş həyəcanları yatızdırdı. Ölkənin 12 ostanının hər birində bir diviziya yerləşdirilməklə Rusiya ilə (xüsusilə də Şimali Azərbaycan) ilə sərhəd məntəqəsində xüsusi təyinatlı əlavə bir diviziya da yerləşdirilmişdi. İran ordusunun hərbi hava qüvvələrinə məxsus 157 təyyarəsinin 121-i İngiltərə və Amerika istehsalı olan bombardmançı təyyarələrdən ibarət idi və İranın hərbi naziri inanırdı ki, bu təyyarələr “Bakının bombalanmasında faydalı olacaqdır” Rza şah kəndlərdə jandarmı və şəhərlərdə polis qüvvələrini də gücləndirdi. Sözün həqiqi mənasında İranda bir polis dövləti yaradıldı. Şah hakimiyyətinin bu siyasəti Cənubi Azərbaycanı ərazi cəhətdən məhdudlaşdırmaq, onun iqtisadiyyatını mümkün qədər durğun vəziyyətdə saxlamaq, əhaliyə milli mədəniyyətin inkişafı üçün əsas amillərdən olan ana dilində oxuyub-yazmağı qadağan etmək, bir sözlə, xalqı iqtisadi və milli mədəni inkişafdan məhrum etmək, nəticə etbarilə onu hakim fars milləti tərkibində əritmək məqsədini həyata keçirməyə yönəlmişdi. Bu siyasət əslində İran şah rejimi tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı yönəlmiş soyqırımı siyasəti idi. II dünya müharibəsinin başlanılması ilə bağlı yaranmış nisbi demokratik şərait İranda, xüsusilə Cənubi Azərbaycanda, mütərəqqi qüvvə və təşkilatların yaranması, fəaliyyəti və inkişafına kömək etdivə nəhayətdə əzilən, milli və iqtisadi zülmə, istismara və xarici dövlətlərin soyğunçuluq siyasətinə məruz qalan azərbaycanlılar 1945-ci ilin dekabr ayının 12-də görkəmli ictimai-siyasi xadim, təcrübəli inqilabçı S.C.Pişəvərinin rəhbərliyi altında İran daxilində özlərinin Milli Hökumətlərini qurdular. Azərbaycan Milli Hökuməti (AMH) qısa müddət ərzində mühüm islahat tədbirlərini həyata keçirdi. 1947-ci ilin oktyabr ayında Azərbaycanda olmuş “Yunayted Press” agentliyinin müxbiri Miller yazırdı ki, demokratik rejim dövründə Azərbaycanda İran hökumətinin fəaliyyəti boyu həyata keçirdiyindən daha çox islahatlar həyata keçirilmişdir. Qısa müddət ərzində 120 iri, orta və xırda sənaye müəssisəsi bərpa edildi və işə salındı, həm də yenilərinin də tikilməsi üçün lazımi tədbirlər görüldü. AMH radikal torpaq islahatını həyata keçirdi. Xalq düşmənlərinin müsadirə edilmiş 437 parça torpaq sahəsi (Cənubi Azərbaycan torpaq fondunun 4,7%-i) və kəndlərdə dövlətə aid 373 parça torpaq sahəsi (torpaq fondunun 4%-i) birlikdə 1 milyon nəfər kəndli (375 min kəndli ailəsi) arasında əvəzsiz olaraq bölüşdürüldü. “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi qanunu” verildi. Bununla dа Аzərbаycаn kəndlərində mülkədаrlаrın hökmrаnlığı аrаdаn qаldırıldı. Milli Hökumətin 6 yanvar 1946-cı il tarixli iclasının qərarı ilə Azərbaycan dili Azərbaycanda rəsmi hökumət və maarif dili elan olundu. Azərbaycanın hər tərəfində 3800 savadsızlığı ləğvetmə kursları açıldı. Milli Hökumət tətəfindən kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı. Təhsilin pulsuz olması haqqında Milli Hökumət tərəfindən qərar qəbul edildi. Təbrizdə “Azərbaycan” universiteti açıldı. Bir il içərisində Аzərbаycаndа ana dilində оnlаrlа kitаb, o cümlədən çoxlu sayda dərslik, siyasi, tarixi və ədəbi kitablar da çap olundu, 50-yə qədər qəzet və jurnal nəşr edildi. Bu islahatlar geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyi üçün tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində də öz əksini tapdı və təsir dairəsini yaratdı. AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçiliyi əldə etməyin mümkünlüyünü ortaya qoydu. Bununla belə “İranın ərazi bütövlüyünü qorumaq” şüarı Azərbaycan Demokrat Firqəsinin (ADF) yarandığı gündən onun əsas şüarları sırasında dayanırdı. ADF-nin “12 şəhrivər” müraciətində (3 sentyabr 1945-ci il) də deyilirdi: “... biz istəyirik ki, İranın istiqlalı və təmamiyyətini hifz etməklə bərabər öz daxili işlərimizi də idarə etməkdə muxtar və azad olaq...” ADF rəhbəri S.C. Pişəvəri deyirdi ki, “...xalqlar və millətlərin dövlət işlərində iştirakı nə qədər müstəqil və sərbəst bir şəkildə təmin edilərsə, bir o qədər də onların vətənə maraqları, məhəbbətləri artar və möhkəm olar. ...Milli birlik o vaxt yarana bilər ki, xalqın hamısı öz milli xüsusiyyətlərini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir-biri ilə bərabər hquqlara malik olsunlar”. ADF vəМилли Щюкумят рящбярлийиnin 1946-жы илин май айынын 31-дя гябул етдикляри Бяйаннамя дя еля бу мязмунда иди вя орада айдын дейилирди: "Azərbaycan başdan-başa vətənpərvərlik hissləri ilə doludur və heç bir zaman İrandan ayrılmayacaqdır". Hətta, bütün bu nailiyyətləri əldən verməmək xatirinə 1946-cı ilin iyun ayının 13-də Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri Qəvamüssəltənə dövləti ilə 15 maddədən ibarət bir müqavilə imzaladı. Həmin müqaviləyə uyğun olaraq Azərbaycan Milli Hökumətinin fəaliyyət sahəsini əhatə edən ərazi yenidən İranın inzibati-ərazi bölgüsündə onun 3-cü və 4-cü əyaləti kimi qəbul edildi, Azərbaycan Parlamenti Əyalət Əncüməni kimi tanındı, İranın Daxili İşlər nazirliyi tərəfindən Azərbaycan Əyalət Əncüməninin təklifi ilə Milli Hökumətin Daxili İşlər naziri dr.Salamulla Cavid əyalətin ostandarı təyin edildi və beləliklə də AMH ləğv edilmiş oldu. Müqaviləyə görə Azərbaycanda əldə olunan gəlirin 75%-i faizi yerli xərclər üçün məsrəf edilməklə, qalan 25%-nin İran dövlətinin ümumi xərcləri üçün mərkəzə göndərilməsi təsdiq edildi. Müqavilədə o da razılaşdırıldı ki, fədai adıyla təşkil olunan könüllü qoşun dəstələri hərbi hissəyə çevrilsin və hüquq mühafizə qüvvələri kimi fəaliyyət göstərsin. AMH tərəfindən aparılmış torpaq islahatına uyğun olaraq dövlətə aid əkin torpaqlarının kəndlilər arasında bölüşdürülməsi prinsipcə razılaşdırıldı və bu məsələyə aid layihənin təsdiq üçün növbəti İran parlamentinə təqdim olunması qərara alındı. Müqavilədə orta və ali məktəblərdə tədrisin fars dili ilə yanaşı Azərbaycan dillərində aparılması, Azərbaycanda olan kürdlərin, asori və erməni kimi etnik azlıqların da 5-ci sinifə qədər öz ana dillərində təhsil ala bilmək haqları təsbit edildi. Müqavilədə razılaşdırıldı və təsdiq edildi ki, bütün İran üzrə demokratik üsulla, yəni ümumi və gizli, birbaşa və bərabər səslə tənzim olunan yeni şəhər əncümənləri qanunu təsdiq olunmaq üçün növbəti, 15-ci İran parlamentinə təklif ediləcəkdir, bu qanun təsdiq edilən kimi Azərbaycan və İranın bütün nöqtələrində şəhər əncümənlərinin seçkisinə başlanacaqdır. Bu qanun qəbul edilənə və Parlamentə yeni seçkilər keçirilənə kimi Azərbaycanda olan indiki şəhər əncümənləri öz vəzifələrinə davam etdirəcəklər. Bu müqavilə İranın o zamankı Qəvamüssəltənə hökumətinin səlahiyyətli nümayəndəsi, baş nazirin siyasi işlər üzrə müavini Müzəffər Firuz tərəfindən imzalanmışdı. Əslində AMH İran Mərkəzi hökuməti ilə belə bir müqaviləni imzalamaqla öz milləti və xalqı üçün əldə etdiyi nailiyyətləri qorumağı və qaranta almağı qarşısına məqsəd qoymuşdu. Bu müqaviləni imzalamaqla AMH İran daxilində qalmağı və onun ayrılmaz tərkib hissəsi olmasını əməli olaraq bir daha təsdiqlədi, bununla göstərdi ki, onun qurduğu hökumət heç bir xarici qüvvəyə və köməyə arxalanmır. Bu müqaviləni imzalamaqla AMH özünün qalibiyyətini rəsmi olaraq qeyd və eyni zamanda Azərbaycan xalqına, millətinə münasibətdə aparılan soyqırımı siyasətinin qarşısını almaq üçün təzminat əldə etmiş oldu. 1946-cı ilin 17 iyun tarixində axşam Təbriz radiosu vasitəsilə AMH ilə Qəvamüssəltənə dövləti arasında imzalanmış 13 iyun 1946-cı il tarixli müqaviləni bütün Azərbaycan xalqı üçün şərh edən ADF sədri S.C.Pişəvərinin nitqindən də çox aydın şəkildə duyulur ki, bu müqaviləyə böyük ümidlər bəslmiş və onun icrasında xalqının, millətinin nicatını görmüşdür. Belə ki, bu tarixi nitqinin sonunda Zəncan (Xəmsə) məsələsinə toxunan S.C.Pişəvəri baş nazir Qəvamın siyasi işlər üzrə müavini Müzəffər Firuzun onun adına yazdığı rəsmi məktuba istinadən müvəqqəti də olsa, ümumi işin xatirinə Zəncana Təbrizdən hakim təyin edilməyəcəyinə imkan verdiklərini, Zəncanda demokratik hərəkat iştirakçılarının hər növ təcavüzdən qorunmalarının təmin ediləcəyi, xalq düşmənlərinin Zəncana girmələrinə yol verilməyəcəyi, onların hər növ təxribatlarının qabağının alınacağı barədə yazılı və rəsmi öhdəlik aldıqlarını qeyd etdikdən sonra deyir: “Həqiqətdə əldə etdiyimiz bu haqq hələlik elə də kamil hesab edilə bilməz. Apardığımız şiddətli mübarizənin dəyəri bundan böyükdür. Bununla belə mühit, zaman ilə məkanı nəzərə alarsaq, görərik ki, çox böyük iş görmüşük və cənab Qəvamüssəltənə hökuməti də bu minimum haqları bizə verməklə gözlənilən böyük vətəndaş müharlbəsinin qabağını almışdır... çəkdiyimiz zəhmətlər nə qədər ağır və yorucu olsa belə, aldığımız nəticə ondan daha böyükdür. Məxsusən o cəhətdən böyükdür ki, biz bu nəticəni davasız və qan tökülmədən əldə edə bilmişik. Burada heç kəs heç kəsə təslim olmamış və kimsə də Azərbaycanı tutmamışdır. Biz bilirik ki, xalqın qəlbindən qalxan böyük demokratik hərəkatımız o vaxt nəticə verə bilər ki, bütün İrana sirayət edərək qanuni şəkil alsın. İmzaladığımız müvafiqətnamənin bundan başqa bir təbir və təfsiri ola bilməz. Xarici siyasətdə isə bizim mərkəzi dövlət ilə sazişimiz azadlıq düşmənlərini tərksilah etdi...” Təəssüflər ki, belə olmadı, bu ümidlər boşa çıxdı. Mцттяфигляр арасында, hələ əsası 1943-cü ildə Tehran Konfransında qoyulmuş dünyanın, xüsusən də Yaxın və Orta Şərqin,yenidən nüfuz dairələrinə ayrılması məsələsi günün vacib problemi kimi qarşıda dayandı. Hər bir müttəfiq dövlət öz mənafeyinə uyğun şəkildə tədbirlər görməyə və İrandakı, o sıradan Cənubi Azərbaycandakı 21 Azər hərəkatına müdaxilə etməyə, onun taleyini həll etməyə girişdilər. Amerika və ingilis imperializmi, eləcə də İranın hakim dairələri bu hərəkatın daxili və xarici təsirindən xeyli narahat idi.Azərbaycandakı milli-demokratik hərəkatı, demokratik islahat və dəyişiklikləri “sarı təhlükə”nin tərkib hissəsi kimi görən İngiltərə və Amerika imperializmi hər vasitə ilə Azərbaycanda “21 Azər” hərəkatını boğmağa, onun ideya-siyasi istiqamətlrini müəyyənləşdirən milli ruhlu rəhbər və ideoloqlarını, bu ideyaların dönməz daşıyıcıları olan fədailəri, ADF fəallarını, bu hərəkata rəğbət bəsləyən bütün insanları məhv etmək planlarını işlyib hazırladılar və onları İranın yerli mürtəce ünsürləri vasitəsilə həyata keçirdilr. İlk gündən özünü milli-demokratik hərəkatın hamisi göstərən SSRİ rəhbərliyi isə sonda özünün milli və iqtisadi maraqları naminə “21 Azər” hərəkatına xəyanət etmiş oldu, onun iştirakçılarını xarici imperializ və onların əlaltısı olan yerli mürtəce quvvələri ilə əliyalın üz-üzə qoydu. ABŞ-ın rəsmi nümayəndələri 1941-1946-cı illərdə Cənubi Azərbaycandakı milli-demokratik hərəkata qarşı təşkil edilən mürtəce hərbi-siyasi kompaniyada iştirak etmələrini uzun müddət inkar etsələr də, tarixi sənədlər bunun tam əksini göstərir.AMH yaranarkən onun Daxili İşlər naziri, Qəvam hökuməti ilə 13 iyun 1946-cı il müqaviləsi imzalandıqdan sonra isə Azərbaycan ostandarı olmuş dr.S.Cavid tərtib etdiyi “Azərbaycan milli hərəkatı haqqında Amerika Xarici İşlər nazirliyinin məktubları” adlı kitabında 1945-1946-cı illərdə baş vermiş milli-demokratik hərəkatın (21 Azərin) məğlub edilməsində xarici imperialist qüvvələrin, xüsusilə Amerika və İngiltərənin roluna aydınlıq gətirməyə çalışmışdır. Onun qeydlərinə görə, Qəvam və şah həmişə Amerika dövlətindən maddi və mənəvi köməkliklər istəmişlər.Amerika dövləti də öz növbəsində Azərbaycan xalqının keçmişini, tarixi əhəmiyyətini, hətta 19-cu əsrdə milli və ictimai hərəkatlarda rolunu (Məşrutiyyət hərəkatı, Şeyx Məhəmməd Xiyabanı qiyamı və Lahuti üsyanı) nəzərə almadan Azərbaycan xalq hərəkatını sovetlərə bağlı bir hərəkat hesab etməklə onun aradan qaldırılmasına çalışmışdır. Şah da öz növbəsində yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün 6 mart 1946-cı il tarixdə özünün şəxsi adyutantını İngiltərə səfirliyinə göndərir və onların məsələ ilə bağlı mövqeyini öyrənmək istəyir. 15 may 1946-cı il tarixində Amerika səfiri Alenlə görüşən Qəvam ondan şaha Azərbaycan məsələsi ilə bağlı tövsiyə verməsini xahiş edir. 31 may tarixli görüşündə isə Qəvam Alenə deyir ki, o, Parlamenti öz əlinə almağa çalışacaq və ora yerləşdirəcəyi nümayəndələr vasitəsilə Azərbaycan məsəlsini qurtaracaqdır. Alen də öz hesabatında Amerika Xarici İşlər Nazirliyinə yazır və bildirir ki, Qəvamın məqsədi Azərbaycanı öz nüfuzu altına almaqdır. Demokratlarlar iyun ayı danışığında (13 iyun 1946-cı il danışıqları nəzərdə tutulur – S.B.) Pişəvəriyə vədə vermiş ki, onlardan da bir nəfərini kabinetə dəvət etsin və razılaşma danışığında nəzərdə tutulmuşdur ki,Azərbaycan Baş naziri Azərbaycan Ali komandanı olsun. Avqust tarixli görüşündə Qəvam Alenə deyir ki, bu yaxında dr.Cavidin başçılığı ilə bir heyət onunla danışıq üçün Tehrana gələcək və bu danışıqlar zamanı o, Azərbaycanın İran daxilində qalmaq istəyini yəqinləşdirmək niyyətindədir. O, bu görüşü zamanı Alenə bildirmişdir ki, iranlı qanını tökməyə hazır deyil, amma nəticə verməsə, məcburdur Azərbaycanı İran daxilinə qaytarmaq üçün gücə əl atamağa məcbur olsun. Sonda Alendən soruşur, “Amerika nə edə bilər?” Əldə edilən bütün mlumatları əsaslı analiz etdikdən sonra Amerika Xarici İşlər nazirinin müavini Helldrik 26 sentyabr 1946-cı il tarixində Amerika müştərək hərbi qərargahına aşağıdakı məktubu yazır:“İrana olunan hər bir hərbi kömək Amerikanın xeyrinədir”. Sonra adıgedən XİN müavini qərargaha silah növləri haqqında yazır ki, onlar istər aşkar və ya istər gizlin şəkildə İrana göndərilsin”. Dövlət qoşunlarının Cənubi Azərbaycana girməsi ərəfəsində İran hökuməti Amerikadan böyük məbləğdə silah və sursat, o cümlədən 40 ədəd dörd motorlu hərbi təyyarə almışdı. AMH ilə 13.06.1946-cı il tarixdə bağlanmış məlum müqavilənin şərtlərini pozaraq, 1946-cı ilin noyabr ayında 15-ci çağırış Məclisə "seçkilərin azad keçirilməsini təmin etmək" bəhanəsi ilə 50 min nəfərlik şəxsi heyətdən ibarət hökumət qoşunu Azərbaycana yeridildi. Bütün bunların müqabilində Cənubi Azərbaycandakı Milli Hökumətin ixtiyarında cəmi texniki cəhətdən nasaz vəziyyətdə olan 3 tank, anbarlarındakı 2 mln. ədəd patron, 5 min ədəd pulemyot və bir neçə qutu əl qumbaraları olmuşdu. Bütün bunlar onu göstərir ki, Milli Hökumətin rəhbərliyi hərbi qüvvə ilə İrandan ayrılmağı qarşısına məqsəd qoymamışdı və rəsmən bütün İran çərçivəsində demokratik bir rejimin bərqərar olmasını istəyirdi. Bu günə kimi 21 Azər hərəkatına həsr edilmiş elmi, tarixi və publisistik yazılarda onun məğlubiyyət səbəbi belə şərh edilmişdir: “Azərbaycan Əyalət Əncüməni Azərbaycanın imperializmin avantürasının altına düşməməsi və İran daxilində qardaş qırğınının qarşısını almaq üçün 1946-cı il dekabr ayının 11-də Azərbaycan Xalq Qoşunlarına və fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək göstərişi verdi”. AMH dövründə Təbrizdə açılmış radionun direktoru, eyni zamanda ADF sədri S.C.Pişəvərinin köməkçisi və 1956 -1960-cı illərdə ADP MK-nın birinci katibi olmuşM.M.Çeşmazr öz xatirələrində qeyd edir ki, Azərbaycan Əyalət Əncüməninin bu qərarı mötəbər sayıla bilməzdi, beləki o, səs çoxluğu ilə qəbul edilməmişdi, çünki həmin qərarın qəbul olunduğu 11 dekabr 1946-cı il tarixində Azərbaycan Əyalət Əncüməninin nümayəndələri və ADF MK-nın əksər üzvləri Təbrizi tərk etmişdilər. Dr.S.Cavid də “Azərbaycan milli hərəkatı haqqında Amerika Xarici İşlər nazirliyinin məktubları” adlı kitabındabu mövqeyi təsdir edir və yazır ki, “qardaş qanı tökməmək üçün hərbi əməliyyatları dayandırmaq qərarı” barədə şaha və Qəvama göndərilən teleqrafı əslində o zaman Azərbaycan ostandarı kimi özü və Əyalət Əncüməni sədri Şəbüstəri imza etmişdilər. Belə bir sənəd isə Azərbaycan tarixində milli-demokratik hərəkatın zirvəsi kimi yadda qalmış 21 Azərin təslim aktı kimi mötəbər sayıla bilməz. Belə ki, 11 dekabr 1946-cı il tarixində ADF MK-nın sədri S.C.Pişəvəri və Azərbaycan Fəhlə və Zəhmətkeşlər İttifaqı Mərkəzi Şurasının sədri M.Biriya müştərək Bəyanatla xalqa müraciət edərək onları silaha sarılmağa və əldə edilmiş nailiyyətləri qarumağa çağırır. Bəyanatda deyilir: “Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə yerinə yetirək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız, bizim qoşun gücü ilə aldığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veriririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir”. S.C.Pişəvərinin və M.Biriyanın Azərbaycan xalqına belə bir məzmunda müraciəti onu göstərdi ki, milli-demokratik hərəkatın mötəbər sayılan rəhbərliyi, ADF sona kimi öz mövqeyindən dönməmiş, mübarizə meydanını da tərk etməmişdir. Öz ingilis-amerikan ağalarının göstərişlərinə uyğun olaraq AMH ilə imzalamış olduqları müqaviləni tapdalayıb demokratik hərəkatı qan dəryasında boğmaq üçün Azərbaycana qoşun yedirən İran dövləti buranı tufanlı bir səhnəyə çevrdi. 23 noyabr 1946-cı il tarixində Zəncana daxil olan hökumət qoşunları tərəfindən açıq fikirli ruhani Şeyx Məhəmməd Xoi öz evində öldürüldü və cənazəsi yerə atıldı. Həmin bu vaxt yerli irticaçılar zəhmətkeşləri dəstə-dəstə yığıb öldürməyə aparırdılar. Azərbaycanın azadlıq ocağı olan Sərab başdan-başa oda tutuldu. Kəndlər qarət edildi, fədailəri orta əsrlərin qulları kimi arabaya qoşdular, kəndlilər tikə-tikə doğrandılar. 16 dekabr 1946-cı il tarixi Ərdəbil üçün ən acınacaqlı gün oldu. Burada həmin gün öldürülənlər o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Azadlıq düşmənləri Ərdəbil qırğınında kiçik uşaqları da dara çəkdilər. Elm və sənət ocaqlarına da hücumlar təşkil edildi. Təbrizdə Əyalət Əncüməninin kitabxanası, filarmoniya və dövlət teatrı qarət edildi. Sərdari milli Səttarxanın, salari milli Bağır xanın heykəlləri sındırılıb yerə salındı. İran odrusu 1946-cı ilin dekabr ayının 18-ə kimi Cənubi Azərbaycanın bütün şəhərlərini işğal edib, bu ərazilərdə hərbi rejim qurdu. Nəticədə Azərbaycanda 30-35 min nəfər insan soyqırıma məruz qaldı (fransız qəzetində bu hadisələrdə edam olunanların sayı 20 min nəfər göstərilir), 100 min nəfərə yaxın insan sürgün edildi, təqiblərdən yaxasını qurtara bilən 20 min nəfərə yaxın insan xarici ölkələrə, 14 min nəfərə yaxın azərbaycanlı Sovet İttifaqına pənah apardı. İran hakim dairələri tərəfindən azərbaycanlılara qarşı soyqırım akti 21 Azər hərəkatının xarici imperialist dövlətlərin təzyiqi və sovetlərin xəyanəti nəticəsində yatırılmasından sonra müxtəlif üsullarla daha amansız və qəddar şəkillərdə davam etdirildi. Belə ki, XX əsrin 40-50-ci illərində İran hakim dairələri tərəfindən həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanda bir sıra sənaye müəssisələri bağlandı, kənd təsərrüfatı tənəzzülə uğradı, yaşayış səviyyəsi kəskin aşağı düşdü və nəticədə şəhərlərdə 70-80 min, kənd yerlərində isə 500 min nəfərə yaxın işsiz yarandı. Bununla bağlı Azərbaycan əhalisinin İranın sənaye cəhətdən inkişaf etmiş rayonlarına, xüsusilə Tehrana mühacirəti başlandı. 1948-ci il məlumatına görə Tehranda yaşayan 180 min azərbaycanlının təqribən 50%-i 1946-cı il hadisələrindən sonra buraya gəlmişdilər. 1950-ci ildə isə 50 min nəfərə yaxın insan Azərbaycandan ölkənin digər əyalətlərinə, o cümlədən Tehrana mühacirət etmişdilər. Elə həmin ildə də 120 min nəfər Azərbaycan kəndlisi şəhərlərə yerləşdilər. Azərbaycanda qalıb mühacirət etmək imkanı olmayanlar isə ağır və dözülməz şəraitdə yaşamağa məhkum idilər. Tibbi xidmət çox aşağı səviyyədə idi və demək olar ki, əhali ondan əslən faydalana bilmirdi. Azərbaycanda əhali arasında malyariya, traxoma, dəri-zöhrəvi, mədə-bağırsaq xəstəlikləri geniş miqyasda yayılmışdı. 1950-ci ilin sonunda Azərbaycanda yayılmış qarın yatalağı, çiçəkvə angina kimi xəstəliklər nəticəsində çoxlu sayda uşaq tələf oldu. Çiçək xəstəliyinə tutulanların 25%-i həkim və dərman çatışmamazlığı üzündən ölmüşdülər. Bu cür infeksion xəstəliklərin yayılmasına səbəb isə yerlərdə içməli suyun olmaması, antisanitariyanın baş alıb getməsi idi. Həmin ildə Azərbaycanda 150 min nəfər soyuqdan və aclıqdan ölüm təhlükəsi ilə üzbəüz dayanmışdı. 1949-cu ildə Azərbaycanda 55 min insan aclıqdan dünyasını dəyişmişdi. 1947-1950-ci illərdə Azərbaycan iqtisadiyyatı tamamilə dağınıq bir hala gətirildi. Fabrik və zavodlar bir-birinin ardınca bağlanmağa və işsizlərin sayı artmağa başladı. 1949-cu ilin sonuna Azərbaycanda toxuculuq məhsulları istehsal edn 10 min dəzgah dayanmalı oldu, nəticədə 150 min nəfər sənətkar iflasa uğrayaraq işsizlər sırasına qatıldılar. Bu sayda işsizləri də aclıq, səfalət, xəstəlik, ölüm və yaxşı halda İranın nisbətn inkişaf etmiş və farsların sayca üstünlük təşkil etdikləri rayonlara mühacirti gözləyirdi. Belə bir şəraitdə İranın fars-millətçi dairələri Azərbaycanla məğlub bir ölkə, azərbaycanlılarla isə məzlum bir millət kimi rəftar etməyə başladılar, azərbaycanlılara qarşı soyqırım aktını mədəni sahələrdə daha geniş miqyasda həyata keçirməyə başladılar. Çox sərt bir qaydada Azərbaycan dilindən istifadə qaydası məhdudlaşdırıldı. Azərbaycan dilində çıxmış kitablar yığılaraq tonqallarda yandırıldı. Təbriz universiteti və teatr bağlandı, Azərbaycan dilində radio verilişləri və film nümayişi qadağan edildi. Əvəzində isə fars dilini rəsmi dil və hətta, İranda yaşayan bütün əhali arasında ünsiyyət vasitəsi kimi yaymaq siyasətinə yenidən başlanıldı. 1963-cü ildə referendum yolu ilə İranda, xüsusilə də ölkənin qeyri-farslar yaşayan ucqar rayonlarında fars dilini yaymaq məqsədilə “Maarif korpusları” təşkil edildi. “Korpusların” tərkibinə hərbi xidmətə çağrılan və yalnız fars dilində danışan gənclər daxil olunurdular. ABŞ səfirliyi tərəfindən fars dilində nəşr edilən “Mərzha-ye nou” jurnalı yazırdı: “Maarif korpusları” fars dilinin ölkənin başqa xalqları arasında yayılması sahəsində çox böyük və mühüm işlər görür. Bu işə ölkənin bütün rayonlarında, xüsusən Azərbaycan və Kürdüstanda hakim dairələr tərəfindən böyük qiymət verilir”. Məktəblər qarşısında qoyulan farslaşdırma siyasəti də o qədər açıq-aydın idi ki, bunu heç kimdən gizlətmirdilər. Bu barədə İran şahı Məhəmməd Rzanın özünün də xüsusi göstərişləri vardı. Hələ 1958-ci ildə nazirlər kabineti üzvlərinin iclaslarının birində o, maarif nazirinə müraciətlə bildirmişdi: “...elə et ki, fars dili uşaq bağçalarında, məktəblərdə və mətbuat orqanları vasitəsilə yayılaraq bir müddətdən sonra xalqın adət və vərdişinə çevrilsin və onlar tədricən öz ana dillərini unutsunlar”. Azərbaycanlılara qarşı bu soyqırım aktı 1978-1979-cu illər İran inqilabına qədər şah rejimi tərəfindən planlı şəkildə, eimi-nəzəri əsaslarda dövlət səviyyəsində həm iqtisadi, həm mədəni və həm milli-mənəvi dəyərlərin formalaşıb meydana gələ biləcəyi bütün sahələrdə həyata keçirildi. Nəticədə Azərbaycanın iqtisadi durumu, mədəni durumu İranın digər yerlərinə nisbətən nəzərçarpacaq dərəcədə inkişafdan geridə qaldı. Bayramzadə Səməd Zülfəli oğlu, tarix üzrə fəlsəfə doktoru Geri dön |