Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda ilk dəfə qohum olmayan şəxslər arasında sümük iliyi transplantasiyası aparılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanda ilk dəfə qohum olmayan şəxslər arasında sümük iliyi transplantasiyası aparılacaq

Azərbaycanda ilk dəfə qohum olmayan şəxslər arasında sümük iliyi transplantasiyası aparılacaq


“Növbəti ildən Azərbaycanda qohum olmayan şəxslər arasında da sümük iliyi transplantasiyası həyata keçiriliəcək”.
Bunu Respublika Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib.
O bildirib ki, mərkəz Avropa Sümük İliyi Bankına üzv olub: “Biz artıq Avropa Sümük İliyi Bankının üzvüyük. İndiyədək sümük iliyi transplantasiyası yalnız bacı və qardaşdan olub. Bu yaxınlarda bir xəstəyə atasından sümük iliyi uğurla köçürülüb. Avropa Sümük İliyi Bankına üzv olmağımız bizə imkan verəcək ki, yaxın vaxtlarda qohum olmayan şəxslər arasında sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirək”.
N.Əliyeva vurğulayıb ki, donorlar arasında ilk dəfə 6 aylıq körpə də olub.

Geri dön