Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > 6 may Ermənistanda Parlament seçkiləridi
6 may Ermənistanda Parlament seçkiləridi |
6 may 2012-ci ildə Ermənistanda parlament seçkilərinin keçirilməsi planlaşdırılır.
Artıq hakim koalisiyanı təşkil edən bütün partiyalar - Ermənistan Respublika Partiyası ("Firavan Ermənistan","Qanunun aliliyi" ("Orinats erkir"), müxalifəti təmsil edən Ermənistan Milli Konqresi, "Daşnaktsütyun", "İrs", "Azad demokratlar", həmçinin Ermənistan Kommunist Partiyası seçkilərdə iştirak etmək istəklərini bəyan ediblər. Mart ayının 12-dən parlamentə namizədlərin irəli sürülməsi proseduru başlayıb və martın 22-dək davam etdirilib. Ermənistanın hakim Respublika Partiyası seçkilərdə majoritar sistem üzrə 33 namizəd irəli sürmək niyyətini elan edib. Mövcud qanunvericiliyə əsasən, parlament qarışıq sistem üzrə formalaşır. 75 deputat proporsional (partiya siyahısı) sistem üzrə, 56 deputat isə təkmandatlı seçki dairələri üzrə seçilir. Müxalifət isə tam proporsional sistemə keçməyi tələb edir. Onların fikrincə, seçkiqabağı rüşvətxorluq, səslərin satın alınması əsasən majoritar namizədlər tərəfindən edilir. Ermənistanın hazırkı parlamentinin 131 deputatından 76-sı fəal bizneslə məşğul olan və hər biri bir neçə şirkət sahibi olan oliqarxlardır. Demək olar ki, Ermənistan parlamentində biznes və siyasətin birləşməsi nəticəsində parlament hökumətin tabeçiliyində olan və müxtəlif oliqarxlar və iqtisadi klanların marağını qoruyan dövlət idarəsinə çevirilib. Ermənistan Konstitusiyasının 65-ci maddəsinə əsasən, "deputatlar, elm, təhsil və yaradıcılıq istisna olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul ola, hər hansı başqa ödənişli dövlət və yerli hakimiyyət orqanlarında vəzifə tuta bilməzlər". Bu ənənə 2012-ci ildə növbəti parlament seçkilərində də davam edəcək və indiki "biznes deputatları", hakim partiyadan millət vəkili Tiqran Arzakantsyan - "Great Valley" konyak istehsalı ilə məşğul olan şirkətin sahibi, Samvel Alexanyan - təxəllüsü "Lfik Samo", "Alex Grig" şirkətinin sahibi, Levon Sarkisyan - təxəllüsü "Leva mukamolnı", un dəyirmanları və Moskvadakı "Ararat Park Hyatt Samvel" hotelinin sahibi və digərləri yenidən seçkilərdə iştirak etmək niyyətindədirlər. Parlament seçkiləri elə şəraitdə keçirilir ki, demək olar seçicilərin 50-60 faizi ölkədə yoxdur və onların iştirakı da gözlənilmir. Doqquz aydan sonra Ermənistanda prezident seçkiləri də keçirilməlidir. Bununla əlaqədar ölkədə çaşqınlıq yaşanır. Ölkənin gələcəyinə inanmayan, antidemokratik siyasi sistem və korrupsiyadan əziyyət çəkən istedadlı, qabiliyyətli və zəka sahibi olan insanlar Ermənistanı tərk edirlər. Milli Statistika Xidmətinin çap etdiyi press-relizə görə, Ermənistanda 2001-ci ildə ölkə vətəndaşlarının sayı 3.002.598 nəfər, 2011-ci ildə isə 2.871.509 nəfər olub. Yəni son 10 ildə say 131.089 nəfər azalıb. Qeyri-rəsmi mənbələrə nəzər salsaq görərik ki, son 10 ildə ölkəni 500.000 nəfərə yaxın vətəndaş tərk edib. Deməli, Ermənistan vətəndaşlarının sayı təxminən 2.5 milyon nəfərdir. Miqrasiyanın əsas səbəbi, əlbəttə ki, xalqın ağır sosial vəziyyətidir və bunun da obyektiv səbəblərindən başlıcası Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həll edilməməsidir. Subyektiv səbəb kimi isə demokratiya və insan hüquqlarının pozulması, dövlət miqyasında korrupsiya, insan hüquqlarının pozulması və s. göstərmək olar. Bütün bunların hamısı "soyqırım"ın tanınması ətrafında "qələbə" ilə əlaqədar alovlu vətənpərvər çıxışlar və şənliklərlə bağlı fonda baş verir. Yanvarın 23-də Fransa Senatı "erməni soyqırımı"nın inkarı ilə bağlı cinayət işinin qaldırılması haqqında qanun layihəsinin lehinə səs verdi. Ermənistan liderləri Fransa rəhbərliyinə hədsiz təşəkkür edərək, bu hadisəni diplomatiya üçün parlaq qələbə kimi qeyd etdilər. Məlumdur ki, Fransa hökuməti tamamilə müstəqil olaraq bu addımı atıb və əsas məqsəd Türkiyənin Aİ-yə üzvlük prosesini əngəlləmək, eyni zamanda, prezident seçkilərində erməni diasporunun səsini qazanmaq olub. Demək, diplomatiyanın rolu məsələsi uydurma bir şeydir. Lakin bu "sevinc" də çox çəkmədi, Fransa Konstitusiya Şurası Senatın antikonstitusion qərarını ləğv etdi. Ermənistan rəhbərliyi başa düşmək istəmir ki, bu qərarın qəbulundan ən çox Ermənistan-Türkiyə münasibətləri ziyan görəcək, regionun təhlükəsizlik və iqtisadi inkişafında problemlər daha da dərinləşəcək. Gələcək haqqında düşünməyən erməni siyasi elitası bu gün sanki keçmişini yaşayır. Bu isə qonşu ölkələrlə, əsasən də Türkiyə və Azərbaycanla münasibətlərin - sülh, sabitlik və davamlı iqtisadi tərəqqinin inkişafına mane olur. Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması Ermənistan iqtisadiyyatına tək enerjidaşıyıcılardan əhəmiyyətli faydalar verə bilər və bütün Cənubi Qafqaz üçün böyük əhəmiyyət kəsb edər. Ermənistan rəhbərliyi bunu başa düşmək istəmir və belə şəraitdə seçilmiş deputatlar heç vaxt xalqın istək və arzularını əks etdirən siyasi və iqtisadi qərarlar qəbul etmək iqtidarında ola bilməzlər. Demək, məqsəd hazırkı siyasi rejimin seçkilərdə özünün mütləq üstünlüyünü təsdiq etmək, Ermənistanın "səhra"laşma prosesinin və xalqın qarətinin amansızcasına davam etdirilməsidir. Geri dön |