Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > On bankın qorunan əmanətçilərinə 717 milyon 823 min manatdan artıq kompensasiya ödənilib
On bankın qorunan əmanətçilərinə 717 milyon 823 min manatdan artıq kompensasiya ödənilib |
Əmanətlərin Sığortalanması Fondu tərəfindən dekabrın 13-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 382 min manat (72 faiz), "Kredobank"ın əmanətçilərinə 27 milyon 764 min manat (98 faiz) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq (96 faizdən çoxu) kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 126 milyon 074 min manatdan artıqdır. Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 16 milyon 204 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 261 min manatı (ümumi kompensasiya öhdəliyinin 97 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 943 min manatı (92 faiz) "Qafqaz İnkişaf Bankı"nın payına düşür. "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 975 min manat (94 faiz), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 050 min manatdan artıq (98 faiz) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 173 min manatdan çoxdur. Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 430 milyon 372 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödəyib. Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 717 milyon 823 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. Geri dön |