Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanın 2017-ci ildə neft hasilatı üzrə proqnozu OPEK-in qərarına uyğundur
Azərbaycanın 2017-ci ildə neft hasilatı üzrə proqnozu OPEK-in qərarına uyğundur |
Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnoz OPEK ölkələri və digər istehsalçılar tərəfindən dekabrın 10-da Vyanada əldə olunmuş neft hasilatının azaldılması üzrə razılaşmaya uyğundur.
Bu barədə Energetika Nazirliyindən bildiriblər. Qurumdan deyiblər ki, hasilatın azaldılması haqqında Vyana razılaşmasını nəzərə alaraq, Azərbaycanda 2017-ci ildə orta sutkalıq neft hasilatı 800-807 min barel təşkil edəcək. Belə ki, cari ildə bu göstərici 842 min barel olacaq. Ümumilikdə Azərbaycan hakimiyyəti 2017-ci ildə neft hasilatını 39 796,9 min ton səviyyəsində proqnozlaşdırır. Bu, 2016-ci ilin göstəricisindən 3,7 faiz azdır. Geri dön |