Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yol polisi: Sürücülər bəhanə gətirməsinlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş, Hüquq > Yol polisi: Sürücülər bəhanə gətirməsinlər

Yol polisi: Sürücülər bəhanə gətirməsinlər


“Avtomobilin şaxtalı havada sürüşərək qəza törətməsi yol və meteoroloji şəraitin nəzərə alınmaması ilə bağlıdır. Qəzanın baş verməsinə yol şəraitinin, yolun buz bağlamasının bəhanə gətirilməsi səhv yanaşmadır”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, avtomobillərin sürüşmə hallarını araşdırarkən əyləc sistemindən istifadə edilməsi, düzgün sürət həddinin seçilməməsi yaxud da diqqəti yayındıra biləcək hərəkətlər aşkarlanarsa, sürücü məsuliyyətə cəlb ediləcək:

“Yol və meteoroloji şərait nəzərə alınmazsa, avtomobil hərəkətdə olarkən sürüşüb qəza törədərsə və bu zaman maddi ziyan vurarsa, belə hallar araşdırılacaq və sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. Qanunda göstərilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə olunmalıdır ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü toqquşmanın qarşısını ala bilsin”.

V.Əsədov bildirib ki, bəzən sürücülər buzlu hava şəraitində avtomobil idarə etdiklərini unudub eyni zamanda əyləc sistemindən istifadə edirlər. “Bu da avtomobilin sürüşməsinə səbəb olur”

V.Əsədov əlavə edib ki, şaxtalı hava şəraitində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Geri dön