Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda TRACECA dəhlizi ilə yük daşımaları azalıb
Azərbaycanda TRACECA dəhlizi ilə yük daşımaları azalıb |
Bu ilin yanvar-oktyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 41356,4 min ton, yük dövriyyəsi isə 8129,3 milyon ton/km olub. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, yüklərin 25984,9 min tonu və yaxud 62,8%-i avtomobil nəqliyyatı, 11456,4 min tonu və yaxud 27,7%-i dəmir yolu nəqliyyatı, 3915,1 min tonu və yaxud 9,5%-i dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,9% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 11,9% və 24,7%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9%-ni və ya 6171,2 min tonunu tranzit yüklər təşkil edib. 10 ay ərzində dəhliz vasitəsilə 280,7 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5634,4 milyon sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2%, sərnişin dövriyyəsi isə 1,6% artıb. Geri dön |