Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran adlı Türk Dövləti
İran adlı Türk Dövləti |
İranın Qərblə münasibətlərini pisləşdirməkdə məqsədi, ölkədəki Türkləri zəiflətməkdir
Qərb, İran Türkləri ilə hesablaşmadan ordakı rejimi dəyişə bilməz Sovet qoşununun İran ərazisinə daxilolma səbəblərindən biri də bu ölkədə yenidən Türklərin bütün dövlət strukturlarını və biznes sahələrini ələ keçirmələri olub. Mehtər Rza Türkləri nə qədər yox etməyə çalışmışdısa da buna nail ola bilməmişdi. İranda yenidən Türklər hakimiyyətə gələ bilərdi. Bu səbəbdən də dünya dövlətləri narahatlıq içindəydi. Bunu Stalin də sezməmiş deyildi. Dünyanı bürüyən milliyyətçilik ideologiyasını bu dəfə İrandakı Türklərin mənimsəməsi qorxusu hamını narahat edirdi. Stalinin, İran ərazisinə girməkdə digər məqsədi indiki Cənubi Azərbaycan ərazisində sosialist rejimli bir ölkə qurmaq olub. Təxminən ikinci dünya savaşından sonra Avropa ərazisində qurulan Macarıstan, Bolqarıstan, Rumıniya, Polşa və s. kimi. Cənubi Azərbaycan ərazisində qurulacaq olan bu oyuncaq dövlət bütün məsələlərdə daim SSRİ-ni dəstəkləməli idi. Ancaq Stalin tezliklə bu fikrindən daşınıb. Ona görə ki, necəliyindən asılı olmayaraq, Azərbaycanın cənubunda bir müstəqil dövlətin olması, eyni zamanda işğal altında olan Şimali Azərbaycana da hər zaman dəstək demək idi. Məhz bu qorxu, diktatoru tezliklə fikrindən daşınmağa məcbur edib. Təbii ki, bu məsələdə ingilislərin və yəhudilərin də təsiri az olmayıb. Bu dönəmdə Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırov idi. Bağırov isə diktatordan fərqli olaraq, tamamilə başqa şeylər haqda düşünürdü. O, əlinə düşən bu tarixi fursəti qaçırmaq istəmirdi. Onun fikrinə görə bu olaydan istifadə edərək, iki Azərbaycanı çox rahatlıqla, özü də birdəfəlik birləşdirmək olardı. O, bu məqsədlə bir neçə dəfə «millətlər atası»nın yanında olub, onu razı sala bilmişdi. Bundan sonra Stalin, Bağırovu Cənubi Azərbaycanda müəyyən işlər görmək üçün oraya göndərib. Bağırov da oraya gedərək, bir müddət Cənubi Azərbaycanda qalıb, SSRİ-yə bağlı və kommunist meylli bir lider ortaya çıxara bildi. Bu şəxs İran Türkü olan Pişəvəri idi. Göründüyü kimi Stalin, İranı laxlada biləcək yeganə gücün Türklərin olmasını gözəl bilib. Bağırov İrana getməsəydi bəlkə də orada Pişəvəri kimi bir lider də olmayacaqdı. Belə ki, Pişəvərini xalq yox, Bağırovun Bütöv Azərbaycan istəyi yetişdirib. Stalin İran ərazisinə göndərəcəyi qo şunun tərkibini və bu hərbi korpusa kimin rəhbərlik edəcəyini təbii ki, Bağırovla məsləhətləşib. Bağırov diktatordan tapşırıq aldıqdan sonra İrana göndəriləcək hərbi korpusun rəhbərinin Türk milliyyətçisi olmasını təmin edə bilib. Həmin korpusun rərbəri isə Əziz Əliyev olub. Korpus rəhbərinin birinci işi İran ərazisində Türk Milliyyətçiliyi şüurunu inkişaf etdirmək və onları Şimali Azərbaycana daha çox bağlamaqdan ibarət olub. Stalini iki Azərbaycanın birləşməsinə razı salan Bağırov, əməli fəaliyyətə keçib. Bütün çətinliklərə baxmayaraq o, İrandan qayıtdıqdan sonra birləşmənin ardınca hökumətə rəhbərlik edəcək insanların siyahısını da hazırlayıb. Siyahıda hər iki Azərbaycandan olan insanların adları olub. Bundan sonra Bağırov siyahı ilə diktatoru tanış etmək üçün Moskvaya gedib. Yeni Azərbaycan hökumətinin siyahısını Stalinə təqdim edən Bağırov, Stalindən aşağıdakı cavabı alıb: «Hələ bunun zamanı deyil». Siyahını isə elə oradaca Stalin qaytarıb Bağırovun cibinə qoyub. O andan Bağırov başa düşüb ki, iki Azərbaycan ən azından Stalinin dövründə birləşməyəcək və onun bundan sonra Stalinə olan inamı itib. Bilindiyi kimi Bağırov mühakimə edildiyi zaman cəmi 5-10 cümlə söyləyib ki, bu cümlələrdən biri belədir: «Mənim ən böyük səhvim Stalinə inanmağım olub». Pişəvərinin rəhbərlik etdiyi hərakat, İran ərazisində SSRİ-yə, kommunist ideologiyasına meylli bir hökumət qura bilmişdi. Hökumətin parlamenti də formalaşmışdı. Bu arada Pişəvəri tez-tez Şimali Azərbaycana gələrək Bağırovla görüşür və onunla gələcəkdə atılacaq addımları müzakirə edirdi. İranda vəziyyətin çətin olduğu, o cümlədən də Pişəvərinin həyatı üçün təhlükə yarananda onun təhlükəsizliyi naminə Bağırov, Pişəvərini Bakı kəndlərinin birində gizlədib. Hətta İranda vəziyyətin gərgin olduğu və türklərin təlaşlandığı vaxt, Pişəvəri onlara gizləndiyi Bakı kəndlərinin birindən canlı müraciət də edib. Onun müraciətini Cənubi Azərbaycan parlamentinin qarşısına toplaşan Türklər canlı dinləyə biliblər. Hamı da elə bilib ki, Pişəvəri parlamentin binasındadır. Onun bu çıxışı müxtəlif texniki vasitələrlə İran ərazisinə yayımlanıb. Hətta Pişəvəri çıxışı zamanı bildirib ki: «Mən hazırda parlamentin binasındayam və narahatçılığa əsas yoxdur». Bütün bu işləri isə Mircəfər Bağırov həll edib. Nəhayət, 1943-cü il gəldi və Stalin, Sovet qoşununu İran ərazisindən çıxarmaq qərarına gəldi. Təbii ki, diktatorun bu qərarı müzakirə edilə bilməzdi. Türkmənçay müqaviləsinin bağlandığı 1828-ci ildən bu yana Azərbaycanın bütöv olma yolunda əldə etdiyi ən böyük tarixi fürsət əldən çıxmışdı. Cənubi Azərbaycan hökumətinin və parlamentinin üzvləri, o cümlədən də Pişəvəri Azərbaycana qaçdı. Bundan sonra İran və oradakı Türklər taleyin axarına buraxıldı. Bu hadisədən sonra Pişəvəri ilə birlikdə Şimali Azərbaycana yüzlərlə Türk insanı mühacirət etdi. Onların buradakı taleyi ilə isə heç vaxt heç kim maraqlanmadı. Pişəvərinin özü isə İranın təhlükəsiz bir ölkəyə çevrildiyi andan Stalinin diktəsi ilə yalançı avtomobil qəzasında bir erməni tərəfindən öldürüldü. Bəs Stalini iki Azərbaycanı birləşdirmə fikrindən kim və necə daşındıra bildi? Ruzvelt və Çörçill. Necə? Onlar, Stalini inandıra biliblər ki, Azərbaycan birləşsə, Türklər Qafqazda gürcüləri və erməniləri sıxışdıracaq. Bu da gələcəkdə SSRİ üçün böyük təhlükələrə səbəb ola bilər. Onların məsələyə bu cür yanaşmaları Stalinin ağlına batıb və diktator Azərbaycanı birləşdirmək fikrindən daşınıb. Özlərini Stalinin qayğısına qalan kimi göstərən bu yəhudi artıqları əslində daha çox özlərini və öz dövlətlərini düşünüblər. Qəlyan sömürməkdən başqa əlindən heç nə gəlməyən Stalindən fərqli olaraq, Ruzvelt və Çörçill SSRİ-nin nə vaxtsa dağılacağını bilirdilər. Bu dağılmadan sonra isə Qafqazda böyük bir Türk Cümhuriyyəti yaranacaqdı. Məhz bu qorxu Ruzvelt və Çörçilli Azərbaycanı birləşdirməyə qoymayıb. Beləliklə də ötən əsrin əvvəlindən ortalarına kimi İran adlanan Türk Torpaqlarında Türklərin qaldırdığı üç böyük inqilab Turklərə heç bir xeyir gətirmədən yatırıldı. İndi də gələk Türklərin etdiyi və hələlik sonuncu hesab edilən İslam İnqilabına. Ancaq İslam İnqilabına qədər İranda bəzi maraqlı hadisələr oldu. Stalinin sovet qoşununu İran ərazisindən çıxarmasından əvvəl İranın o zamankı başçıları, Pişəvəri və diktator arasında maraqlı hadisələr olub. Bu hadisələrdən bəzi maraqlı məqamlar Pişəvəri ilə Stalin arasında cərəyan edib. Sovet qoşununun İrandan çıxarılacağını eşidən Pişəvəri, Stalinə bir neçə məktub yazıb. Bütün bu məktubların məğzi ondan ibarət olub ki, Stalin qoşunu İrandan çıxarmasın. Bunun müqabilində isə İrandakı Türklərə inqilab etməyə yardımçı olsunlar. Stalin müxtəlif bəhanələrlə Pişəvərinin bu istəyini yerinə yetirməkdən boyun qaçırıb. Ən sonda diktator, Pişəvəriyə yazdığı məktubunda İran ərazisində hələlik sosialist inqilabının yetişmədiyini bildirib. Bununla da onların arasında olan məktublaşma bitib. Daha sonra Pişəvəri Bakıda yaşamağa başlayıb. Ona avtomobil və erməni sürücü ayrılıb. Erməni sürücüyə nə Pişəvəri, nə də Bağırov nədənsə heç etiraz etməyib. Ancaq sözügedən hər iki şəxs anlamalı idi ki. bu erməni dığası gec-tez Pişəvərini öldürəcək. Sonrakı hadisələr məhz belə də olub. Belə ki, Pişəvərinin olduğu avtomobilə qarşı avtomobil qəzası düzənləndi və Pişəvəri bu qəzada həlak oldu. Bununla da İran ərazisində Türklərin bir müddət səsi çıxmaz oldu. Ceyhun Çingizoğlu Geri dön |