Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İnsan tükü qalınlığında olan plastır standart həkim müayinəsini əvəz edəcək
İnsan tükü qalınlığında olan plastır standart həkim müayinəsini əvəz edəcək |
“Ağıllı plastır” invaziv diaqnostikaya son qoyacaq
İnsan tükü qalınlığında olan plastır standart həkim müayinəsini əvəz edəcəkdir. Bunu ABŞ-ın İllinoys Universitetinin professoru Con Rocers əminliklə bildirmişdir. “The Daly Mail” xəbər verir ki, plastır ürək ritmini, susuzlama səviyyəsini (diabetin və ürək probleminin simptomu), temperaturu, əzələlərin yığılmasını və digər əsas həyat göstəricilərini yoxlayır. İlk dəfə 12 il əvvəl yaradılan elektron plastırları həm xəstə, həm də sağlam, eləcə də müxtəlif problemlərə malik şəxslərə tətbiq etmək olar. Plastırlar müasir nəhəng diaqnostika aparatlarından daha rahatdır və sağlamlığın vəziyyətini müəyyən etmək üçün tamamilə qeyri-invaziv üsul təklif edir. Plastırlar mobul telefon və ya noutbukun mikroçiplərini xatırladır. Onlar hərəkəti çətinləşdirmədən uzadılma qabiliyyətinə malik silikon plyonkadan hazırlanır. Plastır toplanan məlumatı kompyuter və ya mobil telefona ötürərək müalicə prosesinin necə sürətlə getdiyini həkimə göstərir. Plastırın sonuncu modelinə sabun, su və tər təsir göstərmir. 10 günlük istifadədən sonra o özü təbii şəkildə əriyib gedir. Geri dön |