Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ne­tan­ya­hu Ba­kı­ya, İran pre­zi­den­ti İrə­va­na...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Ne­tan­ya­hu Ba­kı­ya, İran pre­zi­den­ti İrə­va­na...

Ne­tan­ya­hu Ba­kı­ya, İran pre­zi­den­ti İrə­va­na...


Fə­rəc Qu­li­yev: "İra­nın öz ayə­tul­lah­la­rı­nın ri­sa­lə­lə­rin­də var ki, qəsb olun­muş yer­də dəs­tə­maz alıb na­maz qıl­maq be­lə qə­bul edil­mir"

İran pre­zi­den­ti Hə­sən Ru­ha­ni­nin Er­mə­nis­tan, Qa­za­xıs­tan və Qır­ğı­zıs­ta­na sə­fər edə­cə­yi bil­di­ri­lir. İran Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Pər­viz İs­ma­i­li de­yib ki, H.Ru­ha­ni re­gi­on və qon­şu öl­kə­lər­lə əla­qə­lə­rin də­rin­ləş­mə­si və güc­lən­di­ril­mə­si məq­sə­di­lə de­kab­rın 21-də Er­mə­nis­ta­na sə­fər edə­cək.
P.İs­ma­i­li bil­di­rib ki, bir­gün­lük sə­fər za­ma­nı H.Ru­ha­ni er­mə­nis­tan­lı həm­ka­rı ilə gö­rü­şə­cək və iki­tə­rəf­li əla­qə­lə­rin in­ki­şa­fı­na da­ir da­nı­şıq­lar apa­ra­caq. Elə­cə də sə­fər çər­çi­və­sin­də iki öl­kə ara­sın­da bir ne­çə əmək­daş­lıq sə­nə­di im­za­la­na­caq. İki öl­kə­nin iş adam­la­rı­nın iş­ti­ra­kı ilə biz­nes fo­rum ke­çi­ri­lə­cək.
P.İs­ma­i­li bil­di­rib ki, H.Ru­ha­ni Er­mə­nis­tan­dan son­ra Qa­za­xıs­ta­na sə­fər edə­cək. Qa­za­xıs­tan­da da bir­gün­lük sə­fər çər­çi­və­sin­də iki öl­kə­nin pre­zi­dentlə­ri gö­rü­şə­cək və bir ne­çə əmək­daş­lıq sə­nə­di im­za­la­na­caq. İki öl­kə pre­zi­den­ti­nin bir­gə mət­bu­at konfran­sı ke­çi­ri­lə­cək. De­kab­rın 22-də isə H.Ru­ha­ni Qa­za­xıs­tan­dan Qır­ğı­zıs­ta­na sə­fər edə­cək. Qır­ğı­zıs­tan və İran iq­ti­sa­di fə­al­la­rı­nın iş­ti­ra­kı ilə bir­gə fo­rum ke­çi­ri­lə­cək, iki öl­kə ara­sın­da müx­tə­lif sa­hə­lər­də əmək­daş­lıq üçün bir ne­çə sə­nəd im­za­la­na­caq.
Sə­fər­də pre­zi­dent H.Ru­ha­ni­ni bir ne­çə na­zir və İra­nın özəl sek­to­run­da ça­lı­şan şir­kət rəh­bər­lə­ri mü­şa­yi­ət edə­cək.
H.Ru­ha­ni­nin re­gi­on öl­kə­lə­ri­nə sə­fə­ri de­kab­rın 23-də ba­şa ça­ta­caq.
Tə­bi­i­dir ki, hər bir öl­kə­nin müs­tə­qil xa­ri­ci si­ya­sət kur­su yü­rüt­mək ki­mi haq­qı var. An­caq İs­ra­il baş na­zi­ri­nin bu ya­xın­lar­da Azər­bay­ca­na re­al­la­şan sə­fə­ri­nə İran rəs­mi sə­viy­yə­də eti­raz bil­dir­di. Bu­nu da be­lə izah edir­di­lər ki, İs­ra­il mü­səl­man­la­rı in­ci­dən döv­lət­dir, bir mü­səl­man öl­kə­si ki­mi Azər­bay­ca­nın onun­la mü­na­si­bət qur­ma­sı məq­bul de­yil. Be­lə olan təq­dir­də su­al ya­ra­nır: Bəs mü­səl­man­la­rın tor­pa­ğı­nı iş­ğal edən Er­mə­nis­tan­la baş­qa bir di­ni-te­ok­ra­tik mo­del­li bir öl­kə­nin bu cür meh­ri­ban ol­ma­sı məq­bul­dur­mu?
Mil­lət və­ki­li Fə­rəc Qu­li­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, İra­nın Ne­tan­ya­hu­nun sə­fə­ri­nə de­yi­lən şə­kil­də re­ak­si­ya ver­mə­si bi­zim da­xi­li iş­lə­ri­mi­zə qa­rış­maq­dan baş­qa nə­sə de­yil: "İra­nın öz ayə­tul­lah­la­rı­nın ri­sa­lə­lə­rin­də var ki, qəsb olun­muş yer­də dəs­tə­maz alıb na­maz qıl­maq be­lə qə­bul edil­mir. Di­ni qa­nun­lar­la ida­rə olu­nan İran isə bu­nun əvə­zin­də mü­səl­man­la­rın tor­pa­ğı­nı qəsb edən və uzun müd­dət iş­ğal al­tın­da sax­la­yan bir öl­kə ilə çox ya­xın tə­mas­lar qu­rur. Hət­ta ona la­zım olan şə­kil­də yar­dım edir. Hət­ta be­lə faktlar var ki, iş­ğal edil­miş əra­zi­lər­də­ki bə­zi məh­sul­lar İra­na sa­tı­lır. Bir növ, İran hə­min öl­kə­yə sü­ni nə­fəs ve­rir. Bi­zim ica­zə­miz ol­ma­dan, öz sər­həd­lə­ri va­si­tə­si­lə iş­ğal al­tın­da olan məs­cid­lə­ri tə­mir et­di­rir. Nə­dən­sə, bun­la­rı gör­mək is­tə­mə­yən İran hö­ku­mə­ti bi­zim müt­tə­fiq­lər­lə ara­mı­zı vur­maq is­tə­yir. İs­ra­il bi­zim ən ya­xın müt­tə­fi­qi­miz­dir. İs­tə­ni­lən sa­hə­də bi­zim­lə ya­xın­dan əmək­daş­lıq edir. Hət­ta hər­bi sa­hə­də bi­zə la­zım olan dəs­tə­yi gös­tə­rir. İran ça­ı­lı­şır ki, on­la­rı biz­dən ayır­maq­la Azər­bay­ca­nı da­ha da zə­if du­ru­ma sal­sın. Biz bun­la­ra fi­kir ver­mə­dən öz müs­tə­qil si­ya­sə­ti­mi­zi yü­rüt­mə­li­yik".
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Geri dön