Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi 2017-ci il üçün fəaliyyət strategiyasını hazırlayıb
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi 2017-ci il üçün fəaliyyət strategiyasını hazırlayıb |
Dekabrın 19-da Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Ümumukrayna İctimai Birliyinin (UABK) yekun iclası keçirilib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Dnepropetrovsk Vilayət Şurasının üzvü Qoşqar Muxtarov, UABK-nın rəhbərləri, birliyin bütün regional qurumlarının və digər diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. UABK-nın sədri Rövşən Tağıyev tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edərək, təşkilatın fəaliyyəti barədə hesabat verib. 2016-cı ildə keçirilən ictimai-mədəni, xeyriyyə tədbirləri, soydaşlarımızın hüquqi müdafiəsi və digər məsələlər barədə danışan R.Tağıyev bildirib ki, əksər regional təşkilatların bazası əsasında bazar günü məktəbləri fəaliyyət göstərir. Bu məktəblərdə peşəkar müəllimlər Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, tarix fənlərini tədris edir, uşaqları Azərbaycan və Ukrayna xalqlarının adət-ənənələri ilə tanış edirlər. Sonra Rövşən Tağıyev iclasın iştirakçılarını UABK-nın 2017-ci il üçün strategiyası, birliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması üçün təşkilatın nizamnaməsinə dəyişikliklər olunması ilə bağlı məsələlərin müzakirəsinə dəvət edib. Tədbirdə çıxış edən səfir Azər Xudiyev qloballaşma, daim dəyişən dünya və müasir çağırışlar şəraitində ictimai birliyin fəaliyyətində sistemli, innovativ yanaşmaların və yeni metodların tətbiqinin vacibliyini vurğulayıb. Ümumilikdə diaspor hərəkatının müsbət cəhətləri ilə yanaşı, diplomat diqqəti Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, o cümlədən UABK-nın strukturlaşma, optimallaşdırma və maliyyələşmə sahəsindəki problemlərinə yönəldib. A.Xudiyevin fikrincə, işi elə qurmaq lazımdır ki, diaspor birlikləri vahid nizamlanmış mexanizm kimi fəaliyyət göstərsinlər. Bu yaxınlarda Ukraynanın Nikolayev və Jitomir vilayətlərinə səfərləri barədə təəssüratlarını bölüşən səfir həmvətənlərimiz və yerli özünüidarə orqanlarının rəhbərləri ilə görüşlərindən danışıb. Qeyd edib ki, hər bir vilayətdə yerli hakimiyyət orqanlarının Azərbaycan diaspor təşkilatlarının, o cümlədən UABK-nın fəal ictimai-siyasi fəaliyyətinə hörmət və müsbət münasibəti hiss edilir. Səfir sonda deyib ki, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının son qurultayında irəli sürdüyü məqsəd və vəzifələri rəhbər tutmaq, Ukraynanın seçkili qanunverici hakimiyyətində və dövlət idarəçiliyi orqanlarında diasporun layiqli nümayəndələrinin təmsil olunmasına çalışmaq lazımdır. Tədbir iştirakçıları 2016-cı ilin yekunlarına əsasən UABK-nın sədri R.Tagıyevin fəaliyyətini səmərəli və qənaətbəxş hesab ediblər. Həmçinin Ukrayna Ədliyyə Nazirliyində sonrakı qeydiyyatı ilə bağlı təşkilatın nizamnaməsinə dəyişikliklər edilməsi barədə qərar qəbul olunub. Zeynal Ağazadə Geri dön |