Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Adolf Hitler Nuru Paşanın şərtlərini qəbul etmir - Onu şahzadə Əbdülqadirlə əvəzləyir
Adolf Hitler Nuru Paşanın şərtlərini qəbul etmir - Onu şahzadə Əbdülqadirlə əvəzləyir |
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənəvi borcudur.
Biz də Enter.News olaraq Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik. Yazıda istifadə olunan fotolar türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabından götürülüb. II HİSSƏ Yazının əvvəlini bu linkdən oxuyun Almaniya Xarici İşlər Nazirliyinin Türkiyə ilə əlaqələr üzrə müşavir köməkçisi dr. Ernest Voerman 1941-ci il oktyabrın 28-də göndərdiyi hesabatında belə bir dəyərləndimə aparıb: “Əlaqələndirmə zabiti kimi cəbhədə olan Hentiq Nuru Paşa və Pan-Turançılıq ilə bağlı məsələləri həyata keçirmək üçün Xarici İşlər Nazirliyində vəzifəyə təyin edilmişdi. Özü təxminən oktyabrın 29-da burada olacaq. Gəldiyi zaman bu məsələlər üçün xüsusi bir komitənin qurulması barəsində düşünürük. Həmçinin ordu rəhbərliyindən Türk və müsəlman hərbi əsirlərinin digərlərindən ayrılması üçün hazırlıq görmələri də xahiş edilmişdi.” Təlimata uyğun olaraq səfir Von Papendən Türk hökumətinin hərbi əsirlərin ayrılması məsələsinə münasibəti də soruşulmuşdu: “Nuru Paşanın Pan-Turançı hərəkatındakı nüfuzunu nəzərə alsaq, hərbi əsirlərin təşkilatlanması və yetişdirilməsi məsələsində onun başda yer almasını uyğun görürəm. Buna Türk hökumətinin də etiraz etməyəcəyinə əminəm. Çünki mən bir müddət öncə cənab Saracoğluna türk əsilli əsirlərin xüsusi düşərgələrdə yerləşdirilməsini planladığımızı söyləmişdim. Bundan başqa səfir Papendən Berlində Nuru Paşanın rəhbərliyi ilə bir Pan-Turançı təbliğat mərkəzinin qurulması məsələsində Türk hökumətinin mövqeyinin nə olacağı barədə soruşulub. Ancaq bununla bağlı hələlik bir cavab yoxdur. Cavab göndərməsi üçün xəbərdar edilib... Cənab səfir Von Papenin bildirdiyinə görə, hazırda cəbhədə olan general Hüsnü Erkilet də Pan-Turançı hərəkatının öndəgələn adlarından biridir. Cənab Erkilet cəbhə gəzintisindən sonra səfir Papen vasitəsilə məni ziyarətə gələcək. Hettinq gəlir-gəlməz məsələnin həlli ilə bağlı cəhdlər edəcəkdir.” Bəli, Voerman bu təklifi Xarici İşlər Nazirliyinə təqdim edir. Bundan sonra turançılıq üçün dərhal bir alman masası qurulur. Voerman bu təklifi belə dəyərləndirir: “OKV (Ordu rəhbərliyi) Hərbi Əsirlərlə İş üzrə idarədən verilən məlumata görə, Reyx Rozenberq OKV-yə bununla bağlı tələbini bildirib. OKV hələlik hərbi əsirlərin ayıracaq gücündə olmasa da, gələcəkdə rus əsirlərini milliyyətinə görə ayırmağı düşünür. Bundan başqa, ordu rəhbərliyi Xarici İşlər Nazirliyinin əsirlər arasında olan türk əsilli və müsəlmanların digər əsirlərdən ayrılması tələbini də xoş qarşılayır. Bu məsələdə OKV ilə rəsmi danışıqlar aparmaq üçün səlahiyyətli şəxsin ayrılması xahiş edilib. Heç şübhə yoxdur ki, bu məsələnin həyata keçməsi üçün aylar ötəcəkdir. Eyni zamanda Nuru Paşa türk xalqlarının yaşadığı bölgələrin idarəçiliyini yerli türk və müsəlmanlara verilməsini istəyir. İndiki şəraitdə ağıla ilk gələn bölgə Kırımdır. Bu istəyin OKV-yə, ordunun ələ keçirdiyi bölgələrin idarəçiliyində yerli türk və müsəlman xalqların təbii olaraq iştirak etməsi tövsiyyə edilir və bu xüsusda VLR Qrosskop vasitəsi ilə Reyx naziri Rozenberq ilə əlaqənin yaradılıb-yardılımaması məsələsində qərar verilməsi də xahiş edilir...” Alman diplomatı bu təklifləri dəyərləndirdikdən sonra fikirlərini də yazır: “Bu təkliflərə müsbət cavab veriləcəyi halda, Nuru Paşanın Pan-Turançı düşüncələri baxımından bu öhdəliyin altına girmək olmaz. Bundan başqa, müsəlman hərbi əsirlərin ayrılması və ələ keçirilən şərq bölgəsində müsəlmanların bölgənin idarəçiliyində iştirak etməsi bizim İslam və Şərq siyasətimiz baxımından da uyğundur". Nuru Paşanın Berlində bir Pan-Turançı təbliğat mərkəzi qurmaq istəyini də alman diplomat belə şərh edir: “Pan-Turançı hərəkatının idarə edilməsində Nuru Paşa şəxsən fəal rol oynamaq istəyir. Bununla yanaşı türk əsilli müsəlmanlara aid əsir düşərgələrinin qurulmasından sonra, bu insanlardan ibarət olan qurumun təşkilində hansısa bir formada iştirak etməyi düşünür. Həmçinin bunu Türk hökumətinin gizli icazəsi ilə edəcəyini də bildirir. OKV ilə bu mövzuda fikir mübadiləsi apara bilmək üçün səlahiyyət verilməsi də xahiş edilir. Bundan başqa, Nuru Paşa Berlində özünün və yoldaşlarının iştirak edəcəyi bir Pan-Turançı təbliğat mərkəzinin qurulmasını istəyir. Bu məsələ diqqətdən kənarda qalmamalıdır.” Voerman, təkliflərinin qəbul edilməsini gözləyən Nuru Paşanın bir az xəyal qırıqlığına düşdüyünü də hesabatına əlavə edir. “Bu məsələdə Almaniyanın Ankaradakı səfirliyi Nuru Paşadan inamlıdır. Alman diplomatı münasibətlərin davam etməsini istəyir”. Yenə Veormanın imzası ilə 1941-ci il sentyabrın 27-də göndərilən 905 saylı hesabata da göz gəzdirək: “Sizdən Nuru Paşanın Berlini tərk etməzdən qabaq (Ust S. Pol. Nr 887 saylı və 26 sentyabr tarixli qeydimə baxın) onunla təkrar əlaqə yaratmağınızı və ona kimi də cənab Xarici İşlər nazirinin hər hansı bir təlimatı olmazsa, ona şəxsən Berlin səyahətinin çox yararlı olduğunu və bizi çox məmnun etdiyini deyin və salamımı söyləyin. Bundan başqa, bizimlə olan təmasını səfirimiz Von Papen vasitəsilə davam etdirməsini də deməyinizi xahiş edirəm. Əgər türk əslilli müsəlman hərbi əsirlər məsələsində hər hansı bir qərar verilərsə, Ankaradakı səfirliyimiz vasitəsi ilə məlumat veriləcəkdir. Özünə də söylədiyim kimi, məsələ uyğun görülmək üzrədir. Nuru Paşa ilə son görüşümüzdə onu xəyal qırıqlığına uğramış gördüm. Sizdən bir xahişim də ondan ibarət olacaq: çalışmaq lazımdır ki, o, bizə olan etibarını qorusun, lakin üzərinə hər hansı bir öhdəlik götürmədən əlaqələrimizi davam etdirməliyik.” Alman məxfi sənədləri arasında diqqətimizi 1941-ci il 29 sentyabr tarixli bir sənəd çəkir. Həmin sənəddə Almaniya Xarici İşlər nazirliyinin əməkdaşı Von Qroten yazır: “Nuru Paşa bu gün məni ziyarət etdi. Ona müşavir Voermanın salamını söylədim və onunla cənab Voermanın dediyi kimi, görüşdüm. Nuru Paşa xəbəri verdiyim üçün təşəkkür edərək, cənab müşavirin sağollaşmaq üçün onu qəbul etəməsini söyləməyimi xahiş etdi. Bundan sonra Nuru Paşa Türkiyə və Almaniya arasında siyasi və iqtisadi əlaqələrin qurulması yönündə fikirlərini də dedi. Onun fikrinə görə, əgər İtaliyaya dəqiq bir zərbənin vurulması istənilirsə, bunun üçün öncə Hindistana hücum etmək lazımdır. Hindistana gedən yol dağlıq Əfqanıstanla müqayisədə uzaq olsa da, ancaq Şərqi Türküstan üzərindən orada yaşayan türk xalqlarının dəstəyi ilə bu mümkün ola bilər. Eyni zamanda da Nuru Paşa bizimlə əlaqələrini davam etdirməyə də söz verdi.” 10 oktyabr 1941-ci il tarixli DG Pol. Nr 16 saylı qeyddə almanların Turançılıq hərəkatı üçün qollarını çirmələdiyi də yazılır: “Bir neçə gün öncə telefonla səfir Rintlenə, cənab nazirinin təlimatı üzrə Nuru Paşa və Pan-Turançı hərəkatı üçün XİN-dən xüsusi bir qrupun göndərilməsini və müşavir Voerman gələnə kimi ləngidilməsini məsləhət gördüm. L.R.Melçersin fikrincə bu məsələdə ən uyğun şəxs səfir Von Hentiqdir. Səfir Rintlenin bu gün mənə dediyinə görə, Xarici İşlər Naziri məsələ ilə bağlı ona sorğu göndərib. Cənab nazir, bu vəzifəyə Von Hentinqin təyin edilməsini uyğun görür. Bundan sonra mən cənab Rintlenə Von Hentinqin əlaqələndirmə zabiti kimi cənbhədə olmasını, fəqət Nuru Paşanın da bir-iki günə Berlindən gedəcəyini və bir neçə həftədən sonra yenidən gələcəyi üçün bunun problem olmayacağını bildirdim. Eyni zamanda səfir Von Papendən də Nuru Paşa Türkiyədə olduğu müddətdə onunla görüşməsi də xahiş edilmişdi.” Həmin qeydin altında belə bir təlimat yazılıb: “Cənab səfir Papendən Türkiyəyə geri dönməsi artıq dəqiləşən Nuru Paşaya məsələ ilə bağlı Hentiqin göndəriləcəyi barəbə məlumat verməsi xahiş edilir.” Hitler Almaniyası Türkiyədə Pan-Turançı hərəkatını dəstəkləmək barədə qərara gəlmişdi. Hərəkatın da lideri Nuru Paşa olacaqdı. Həmin tarixdə Hitler Almaniyasının Xarici İşlər naziri Ribbentrop, nazir müşaviri, sabiq dəniz qüvvələri zabiti Baron Ernest fon Veizsaçkerdi. Müşavir Veizsaçkerin nazir Ribbentropa yazdığı 1941-ci il 1 oktyabr tarixli məktubunda “Nuru Paşa ilə danışıqların” aparılmasını təklif edir: “Bu gün Nuru Paşa mənimlə vidalaşmağa gəldi. Onunla son görüşümüzdən indiyə kimi Pan-Turançı hərəkatının öz vətənində də diqqət çəkdiyini söylədim. Fəqət, nəsə mənə elə gəlir ki, Türkiyənin dövlət adamları bir az daha gözləmək istəyirlər. Açığı, onlar Alman ordusunu Şərq cəbhəsində irəli gedə bilmədiyini və Rusiya da Pan-Turançı hərəkatının fərqinə varacağı təqdirdə, orada yaşayan Türk xalqlarının bolşevik zülmünə məruz qalarlarsa bunun qarşısının alınması yönündə danışırlar. Nuru Paşaya onu yenidən Berlində görmək istədiyimi söylədim. Bizim Şərq səfərimizin davamı olaraq onun məlumatlarının bizim üçün olduqca yararlı olduğu fikrindəyəm.” Almanlar Nuru Paşanı şahzadə Əbdülqadirə dəyişirlər Aparılan danışıqlarda ortaq nəticəyə gələ bilməyən almanlar bu iş üçün Nuru Paşanı bir o qədər uyğun görmədilər. Onlara öz şərtlərini diqtə edən yox, deyilənlərlə razılaşan bir şəxs lazım idi. Belə olduğu təqdirdə almanlar işləyə biləcəkləri şəxs üçün axtarışa çıxırlar: yeni namizəd isə Şahzadə Əbdülqadirdi. Əbdülqadir II Əbdülhəmidin oğludur. Həmin vaxtlarda şahzadə Əbdülqadir xanımı və iki uşağı ilə birlikdə Macarıstanda yaşayırdı və boğazına qədər də borcun içində idi. Nasistlər Macarıstanda yaşayan şahzadə Əbdülqadiri Berlinə dəvət edərək borclarını da tamamilə ödəyirlər. Şahzadə Əbdülqadirin “Türk Quislinq”i (Quislinq - İkinci Dünya Müharibəsində Hitler orduları ilə işbirliyində olan Norveç Baş nazirinin adıdır. İkinci Dünya Müharibəsindən sonra siyasi terminlərdə Quislinq adı işğalçı orduları ilə işbirliyində olan siyasətçi mənasında işlədilir - R.S.) kimi istifadə edilməsi Hitlerin heç ağlına gəlməmişdi. Amma yenə də şahzadə ehtiyatda saxlanılırdı. Bəs, şahzadə Əbdülqadir uyğun bir seçim idimi? Hitlerin Əbdülqadir ilə bağlı “yaslı türklər” və “fanatik kürdlər” arasında problem yaradılması haqqında FBI 22 mart 1943-cü il tarixli hesabatında şahzadə Əbdülqadir haqqında məlumat verirdi. FBI başqanı John Edqar Hoover “State Departament”də Adolf A.Berleyə göndərdiyi raportda bildirir ki, əgər Türkiyə almanlara qarşı müharibəyə qoşularsa o zaman şahzadə Əbdülqadirə “Türk Quislinq”i kimi baxılacaqdır. Bir İttihadçı paşa və bu ittihadçıların devirdikləri padişahın oğlu nasistlərlə iş birliyi üçün uyğun görülmüşdü. Buna istər qismət deyin, istərsə də təsadüf. Durm ortada idi. Geri dön |