Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “İranla münaqişənin inkişafı yəqin ki, Azərbaycan və Cənubi Qafqazdan yan keçməyəcək” - MÜSAHİBƏ
“İranla münaqişənin inkişafı yəqin ki, Azərbaycan və Cənubi Qafqazdan yan keçməyəcək” - MÜSAHİBƏ |
Kanzas Universitetinin professoru, Vaşinqton Xarici Əlaqələr Şurasının siyasi şərhçisi Deyl Hersprinq (Dale Herspring) APA-ya müsahibə verib. Qeyd edək ki, D. Hersprinq 32 il ABŞ hərbi dəniz donanmasında, 23 il isə xarici siyasət idarəsində xidmət edib.
- Azərbaycan-İran münasibətlərində mövcud gərginliyi necə qiymətləndirirsiniz? Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadə edilməsinə heç vaxt yol verməyəcək. Buna baxmayaraq, İran Azərbaycanı İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıqda günahlandırır. Bu vəziyyətdə Azərbaycan hansı siyasəti yürütməlidir? - Möhkəm durmaq lazımdır. Nə qədər paradoksal olsa da, bu vəziyyətdən çıxmaqda Bakıya Rusiya kömək edə bilər, çünki Azərbaycan-İran münasibətlərində gərginlik onların marağında deyil. İsrail kəşfiyyatına gəldikdə isə, bu, Bakının işidir. Bu sualın cavabı sədədir. “Hökumətimiz heç bir şərh vermir, kəşfiyyat fəaliyyəti ilə bağlı şərhləri nə təsdiqləyir, nə də inkar edir”. - İran və Azərbaycan əhalisinin böyük hissəsini şiələr təşkil edən dövlətlərdir, aralarında qohumluq əlaqələri var. Bəs indiki Tehran rejiminin öz şimal qonşusuna antipatiyasının səbəbi nədir? - Mənə elə gəlir ki (düzdür mən bunu təsdiqləyə də bilmərəm), İran məsələnin İsraillə əlaqədar olmasında əmindir. Əlaqəsiz ideoloji çıxışlardan görünür ki, İran Bakının ona qarşı işlədiyinə inanır. Tehrandan yayılan son şərhlər həm də onu göstərir ki, onlar özlərini kifayət qədər dalaşqan hesab edirlər və əmindirlər ki, bircə sözlə Bakını onların dediyini etməyə məcbur edə bilərlər. - Bu gün hamı İrana qarşı mümkün müharibədən danışır. Amerikanın İrana hücumu nə qədər realdır? - Mənə elə gəlir ki, İrana ilk olaraq İsrail hücum edə bilər. Tehran isə elə cavab verəcək ki, guya hər şey Vaşinqtonda hazırlanıb. Bu, əlbəttə, nonsensdir. Amma Tehran boğazları bağlasa, ABŞ-ın dəniz qüvvələri İranın donanmasının (əgər buna donanma demək mümkündürsə) öhdəsindən tez bir zamanda gələcəklər. Sonra isə onlar “HAMAS” və “Hizbullah”la məşğul olacaqlar. Bu məsələdə ruslar haqlıdır, hadisələrin bu cür inkişafı təxmin edilməyən münaqişəyə gətirib çıxarar və yəqin ki, Azərbaycandan və Cənubi Qafqazdan yan keçməz. Yalnız Allah bilir ki, bunun nəticəsi nə ola bilər. - Bəzi analitiklər belə hesab edirlər ki, gərginlik artsa, İran Azərbaycana hücum edə bilər. Siz bu fikirləri bölüşürsünüzmü? - Əgər Amerika körfəzdə hücuma keçsə, onda cavab ağır olacaq. Mən nüvə silahını nəzərdə tutmuram. Mən möhkəmlədilmiş və ya yeraltı qurğuları dağıdan bombaları nəzərdə tuturam və nə olursa olsun, bu, İranın donanmasını və digər əsas hədəfləri körfəzin dibinə göməcək. - Əgər İran ətrafında gərginlik artsa, Azərbaycanın rolu nədən ibarət ola bilər? - Birincisi, yadınızda saxlayın ki, ruslar bu gərginliyin artmasını istəmir və yeri gəldikdə əsas müttəfiq ola bilərlər. Hər şey Tehranın necə düşünməsindən asılıdır. Mən Bakıdan müsəlman dünyasında ağlın səsi olmağı gözləyirəm. Ümid edirəm ki, Bakı özünü qoruyacaq və ağlın səsinə çevrilərək, Amerika və Rusiyanı sülh uğrunda mübarizədə birləşdirəcək. Bu, mənim şəxsi mövqeyimdir. Geri dön |