Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > GUAM-a üzv dövlətlər gömrük prosedurlarının asanlaşdırılması istiqamətlərini müəyyənləşdirir
GUAM-a üzv dövlətlər gömrük prosedurlarının asanlaşdırılması istiqamətlərini müəyyənləşdirir |
GUAM-a üzv dövlətlərin sərhədlərini keçən sərnişinlər, mallar və nəqliyyat vasitələrinə münasibətdə gömrük prosedurlarının asanlaşdırılması üçün birgə səylərin istiqamətləri müəyyənləşdirilir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 19-dan etibarən Ukraynanın Sxodnitsa qəsəbəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-a üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. GUAM-a üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşündə son illər ərzində gömrük əməkdaşlığının nəticələri təhlil olunur, GUAM-a üzv dövlətlərinin sərhədlərini keçən sərnişinlər, mallar və nəqliyyat vasitələrinə münasibətdə gömrük prosedurlarının asanlaşdırılması üçün birgə səylərin istiqamətləri müəyyənləşdirilir. Görüşdə GUAM-a üz dövlətlərinin tranzit potensialını reallaşdırmaq və qarşılıqlı ticarəti təşviq etmək barədə məsələlərə də baxılır. Tədbirdə GUAM-a üzv dövlətlərinin gömrük xidməti rəhbərlərinin birgə bəyanat qəbul edəcəyi gözlənilir. Görüş dekabrın 23-dək davam edəcək. Geri dön |