Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məmməd Səid Ordubadinin Mir Cəfər Bağırova - Sensasion məktubu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Məmməd Səid Ordubadinin Mir Cəfər Bağırova - Sensasion məktubu

Məmməd Səid Ordubadinin Mir Cəfər Bağırova - Sensasion məktubu


Mən indiyə qədər şəxsi işimdən ötrü heç kəsə müraciət etməmişəm, bundan sonra da etməyəcəyəm. Çünki öz sayılı günlərimdən ötrü başqalarını rahatsız etməkdən utanıram.
Sovet dövründə yazıb-yaratmış bir sıra yazıçı və şairlərimizin zəhmətlərinin bəhrəsini görmək baxımından bəxtləri gətirsə də, yaradıcılıq sərbəstliyi və azadlığı yönündən bunun tam əksi olub. Yəni, tarixi həqiqətləri, düşündüklərini sərbəst şəkildə yaza və deyə bilmirdilər. Onlar ancaq və ancaq sistemin ideologiyasının icazə verdiyi qədər müstəqil idilər. Yazdıqları hər əsərdən sonra əlləri ürəklərinin üstündə həyacanla gözləyirdilər ki, görəsən, rəhbərliyin reaksiyası nə olacaq. Bəzilərinin yazdıqları tərifə layiq görülərək nəşrə verilir, bəzilərinki isə tənqid edilərək, aylarla, illərlə seyflərdə saxlanılarmış. O illərdə “gözümçıxdı”ya salınan ədiblərimizdən biri də M.S.Ordubadi idi.

Beləliklə, Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin Azərbaycan SSR KP MK-nın I katibi Mir Cəfər Bağırova yazdığı ərizəsini (əski əlifbada olan əlyazmanın fotosu mətnin sonunda verilib) təqdim edirik:

“Mərkəzi Komitənin katibinə

Məmməd Səid Ordubadi tərəfindən

Ərizə

Yoldaş Mir Cəfər! Mən Azərbaycanın sovetləşməsinin 20 illik bayramı münasibətilə “Beş manatlıq gəlin” musiqili bir operetta yazmışdım. Kolxoz həyatındandır, sizə məlum olub-olmadığını bilmirəm. Əsər Qlavrəyə təqdim olundu. Qlavlit və İncəsənət işləri komitəsi tərəfindən böyük təriflərlə qəbul olundu. Birinci qapalı göstərişdə mətbuat nümayəndələri də əsəri qəbul etdi. “Bakinski raboçi” qəzetində və “Ədəbiyyat qəzeti”ndə əsərə çox böyük qiymət verildi və birinci sovet operettası olduğunu qeyd etdilər. Əsər musiqili komediya teatrında, işçi mədəniyyət saraylarında təxminən 20 dəfəyə qədər göstərildi, hətta rayonların tələbinə görə radio ilə də Azərbaycan rayonlarına verildi. Nədənsə bu günlərdə əsəri yoldaş Yaqubovun əmrinə görə səhnədən çıxardılar. Təbii ki, bu hadisə olmayan bir günah və yainki əsərin siyasi cəhətdən düzgün olmaması və yaxud aralıqda bir intriqanın olması səbəb ola bilər.

Yoldaş Mir Cəfər!

Mən indiyə qədər şəxsi işimdən ötrü heç kəsə müraciət etməmişəm, bundan sonra da etməyəcəyəm. Çünki öz sayılı günlərimdən ötrü başqalarını rahatsız etməkdən utanıram. Lakin bu məsələ şəxsi məsələ deyildir. Rica edirəm, məsələni aydınlaşdırmaq üçün işə müdaxilə edəsiniz. Onsuz da mən xəstəyəm. Mənim sayılı günlərimi daha da azaldır.

Yoldaş Mir Cəfər!

Mən sizə göndərilən imzasız məktublardakı göstərilən adam deyiləm. Bəlkə də o kimi məktubları hər kəsin haqqında yazmaq olar. Lakin onu 68 yaşlarında və 10 ildən bəri xəstə olan bir yazıçının adresinə... həqiqət yerinə qoymaq doğru deyil. Sizin partiya komitəsindəki çıxışınızdan sonra mənə qarşı əlaqələr tamamilə dəyişmişdir. Azərnəşr belə “Dumanlı Təbriz” adlı əsərim haqqında oxuculardan Azərnəşrə yüzlərcə tələbat məktubları gəlmələrinə baxmayaraq indiyə qədər IV tomu çap etmək üçün mənimlə müqavilə bağlamır. Qurultayda çıxışınız haqlı idi. Mən təəssüf edirəm ki, sizə mənim oğlumun başına gələn hadisənin ancaq fantazi tərəfini danışmışlar. Lakin həqiqət büsbütün başqa idi. Məni çağırıb soruşmalı idiniz”.

Məmməd Səid Ordubadi

16. VI. 1940

Məmməd Səid Ordubadinin Mir Cəfər Bağırova - Sensasion məktubu

Geri dön