Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > İbrahim xanın Rusiyadan ayrılmaq planı - niyə baş tutmadı?
İbrahim xanın Rusiyadan ayrılmaq planı - niyə baş tutmadı? |
İbrahim xan erməni məliyi Cəmşidə deyir ki: “…Cəmi Qarabağ xanlığında altmış min evsiniz, bir dəfə göz eləsəm toxumunuzu yer üzündən kəsərlər. Amma mən pislik etmək istəmirəm...”
Tariximizi, keçmişimizi dərindən öyrənməliyik ki, keçmişdə buraxılan səhvləri yenidən təkrar etməyək. Bunun üçün isə öncə öz tariximizi doğru-dürüst bilməli və həm də öyrətməliyik. Bu səbəbdən də Enter.News tarix elmləri doktoru Mehman Süleymanovun “Erməni milliyətçiliyi və təcavüzkarlığı tarixindən” adlı kitabından İbrahim xanın öldürülməsi ilə bağlı olan hissəni təqdim edir: II YAZI Yazının əvvəlini bu linkdən oxuyun Azərbaycanlı müəlliflərin salnamələrində isə İbrahim xanın qətlində onun adına yazılan günahların doğru olmadığını görmək mümkündür. Məsələn, Mir Mehdi Xəzani özünün “Kitabi-tarixi-Qarabağ” adlı əsərində İbrahim xanın öldürülməsi məsələsinə də toxunmuş və orada mayor Lisaneviçin başqalarının qızışdırıcı söhbətlərinə inanaraq görünməmiş bir vəhşiliyə əl atdığını yazmışdır. Hadisənin təfərrüatı burada bir qədər genişdir və Lisaneviçin özbaşınalığının səviyyəsi daha da açıqlanmaqdadır: “Həman 1806-cı ildə bahar fəsli olan kimi naibussəltəneyi- İran Abbas Mirzə qoşunları cəm edib və tədarüklər görüb Qarabağa köcmək binasını qoydu. Həmin dəmlər Mirzə Əli bəy, İbrahim xanın əmizadəsi xandan xəlvət adam göndərib oğlu Behbud bəy ki, sərdar Sisianov zaval aparıb Gəncə şəhərində qoymuşdu oradan oğlunu götürüb və Rusiya dövlətindən əl cəkməyi zahir edib və Feyzi bəy də ki, Mirzə Əli bəyin qardaşı oğlu idi və Mirzə Əli bəydən heç vaxt da ayrı olmazdı, köçüb Qarabağdan Qızılbaşa və Arazın sol tərəfinə getdilər. Bəd əzan rəxnə düşüb xırda-xırda xalqdan cəpavul və qarət qorxusundan Qızılbaşiyyə canibinə azim olmağa başladılar. Tiflis və Gürcüstanda dəxi bir sərdari məşhur olmamağa görə İbrahim xan mülahizə elədi ki, əgər Qızılbaş qoşunları Qarabağa gəlsə mayor Lisaneviç bir batalyon ilə qaladan çıxıb onlara cavab verə bilməz. Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa getdilər. Çoxusu dəxi üz ruzgərdanlığa mayil idilər. Aşikara, Əbülfət xan tamam xalqı və əhaliyi-Qarabağı köçürüb aparacaqlar. Heç kəs də getməsə (evini) çalıb-çapıb xarab edərlər. İlat və dihati-Qarabağ tamam pamal və qarət olar. Qəllə məhsulunun dəxsi vədəsi yetişirdi. İbrahim xan Qızılbaş ilə müdafiə etməyi lazım və səlah bildi. Hər günə ümurat və məsləhətlər mayora dəxi hali edildi. Mayor da bu tədbiri səlah bilib xana ürək-dirək verərdi ki, tezlik ilə dövlət tərəfindən qoşun bu tərəfə gəlir. Vədə və təəhhüdlər edirdi. Əlhəqq, qoşunun gəlməyi dəxi çox təlib və taliq oldu. news-detail Qızılbaş əsgərləri və Abbas Mirzə naibussəltənə dəxi gəlib, Arazı keçib qalanın iki ağacına varid oldular. İbrahim xanı itaətə dəvət qılıb, xan da mayora məsləhət elədi. Mayor dedi ki, mən müdara etgilən, şimdi sərdarın yerində general Nesvetayev olur ki, Tiflisdə canişindir. Ənqərib Qarabağın mühafizəsinə qoşun gəlir. Bu növ ilə müdara olunub İbrahim xan Abbas Mirzəyə cavab verdi ki, mən İran dövlətindən bilmərrə məyus deyiləm. Əgər xatircəmlik olsa, itaətimdə varam. Əlhasil, bu heynlərdə İbrahim xanın evi və külfəti xan bağında olurdu. Oradan köçüb qalanın iki verstliyinə gəldilər. Xan orada evində idi. Mehdiqulu xan ki, xidmətində idi. Bir irəli qalaya göndərib vəd elədi ki, sübhdən oradan xan özü həm külfəti ilə köçüb qalaya gələlər. Pəs, şül gecə şeytanlıq peşəsi olan şər adamlar mayora şərarət edib deyiblər ki, İbrahim xanın Qızılbaşla güftügusu var. Bu gecə xanın yanında çox cəmiyyət-külli və qoşun var ki, Qızılbaşdan gəlib, hazırdırlar. Bu gecə gedəcəklər. Qərəz, şül gecə, şeylan və bədxah adamlar mayoru fərağət qoymayıblar. Xüsusən Miraxor adlı gürcü böyüyü var idi ki, mayorun yanında otururdu. O çox bais olmuşdu. Əlqissə, həmin gecə sabaha üç saat qalmış mayor iki dəstə soldat ilə qaladan çıxıb xanın evi olan məkana gedirlər. Xəlvət xanın mənzilinə yavuq olub mülahizə edirlər ki, görələr nə qədər cəmiyyət var və nə işlədirlər. Baxıb görüblər ki, tamamən rahət və fərağət yatıblar. Bir əlavə qoşun və bir biganə adam yoxdur. Orada mayor dəxi gəlməkdə dəxi peşiman olub, xan bidar olub rus qoşunun oraya gəlməyindən xəbərdar olub, acıqlanıb, səslənib mayora ki, bu nə qisim gəlməkdir ki, bu gecə vaxtında övrət və uşağı qorxudursan. Bu əhvalat xanın yanında adamların içinə inqilab və vahimə salıb, sərasimə yerindən qalxan hər kəs bir tərəfə qaçmağa başlayıb. Əz qəza o ki, müqəddər olmuşdur, olacaqdır. Bu əsnada mayor əmr eyləyib, soldatlar atəş açıblar. Töküklüb duşməni qətlə yetiriblər. Qalan adamlar qaçıb xilas olub, xanın evini tarac etmişdilər. Xana əvvəl bir güllə dəyib, yıxılıb, bir övrəti ki, Səlim xan Şəkilinin bacısı idi və bir Nəcibə qızı ki, Bikə ağadan olmuşdu və bir oğlu ki, Gövhər ağanın anasından olmuşdu, bir nəcib oğlan idi, on üç yaşında orada qətlə yetişib; övrəti və qızı yaralı qalaya gəlib, qalada mərhum olublar. Onlardan əlavə 17 nəfər bəy və bəyzadə, mirzə və nökər qətlə yetişmişlər ki, adları bu təfsil ilədir: İbrahim xan özü, Tuti bəyim-şəkili Hüseyn xanın qızı, Hərəmi xan, Səltənət bəyim-səbiyeyi xan, Abbasqulu ağa-fərzəndi xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Hümmət bəy Cavanşir, Həsə ağa, Gülməli bəy Sarıcalı, Mirzə Tağı Əfşar, Əlipənah-pişxidmət, Xacə Həsən Əcəm oğlu Kəbirli, Qaranın iki oğlu, başqa iki nəfər, birinin adı Teymur, iki nəfər də şuşalı.” Mir Mehdi Xəzaninin isə yazdıqlarından aydın olur ki, vəziyyətin mürəkkəbləşdiyi üçün İbrahim xan mayor Lisaneviçlə məsləhətləşmələrdən sonra Abbas Mirzə ilə əlaqə saxlayır və onlar arasında olan əlaqələri dərhal mayor Lisaneviçə çatdırırdı. Mayor Lisaneviç isə nə özü Şuşanın əhalisinin təhlükəsizliyini təmin etmiş, nə də İbrahim xanın əhalinin bu və ya digər şəkildə qırğınlardan qorumasına imkan vermişdi. Özünün də fərsizliyini İbrahim xanın üzərinə atmış və söylənilən iftiralara uyaraq onu xəyanətkarlıqda ittihamlandırmış və bununla da qeyri-insani vəhşiliyə əl atmışdı. Mirzə Camal Qarabaği də özünün “Qarabağ tarixi” əsərində Mir Möhsün Xəzaninin yazdıqlarını təsdiq edir və İbrahim xanın öldürülməsinin onun Rusiyaya xəyanətkarlığı ilə bağlanmasının heç bir əlaqəsi olmadığını bildirir. Onun yazdıqlarından görmək mümkündür ki, İbrahim xanın Rusiyaya qarşı xəyanətkarlığa atılmış və verdiyi vədləri pozmuş olsaydı oğlanları da onun yolunu davam etdirərdilər. İbrahim xanın ailəsinin, kiçik uşaqları, yaxınları ilə birlikdə qətlə yetirilməsi Qarabağda çox ciddi narazıçılığa səbəb olmuşdu. Bu narazılıq elə bir miqyas almışdı ki, hətta Rusiya qoşunları komandanlığı mayor Lisaneviçi istintaqa da cəlb etmişdi. Doğrudur, ara sakitləşəndən sonra Lisaneviç də istintaqdan azad edilmiş və hətta general rütbəsinə qədər yüksələ bilmişdi. Onun törətdiyi vəhşilikdən sonra İbrahim xanın övladları yenə də Rusiya ilə bağlanmış müqaviləyə sadiq qalmağı üstün tutmuşdular. Mirzə Camal Qarabaği bununla bağlı yazırdı ki, İbrahim xan öldürüləndə general-mayor Mehdiqulu xan və polkovnik Cəfərqulu ağa qalanın içində idilər. Onlardan rus dövlətinə bəslədikləri səmimiyyət qaydalarını poza biləcək heç bir hərəkət baş vermədi. Əksinə, qorxuya düşmüş xalqı sakitləşdirməyə çalışır, heç bir işdə cənab mayorun ziddinə getmirdi. Taxıl və ərzağın qıtlığına baxmayaraq qoşun üçün azuqə tədarük etməyə çalışırdılar. Mayor Lisaneviçin birdən birə belə vəhşi vasitəyə əl atmasını bir sıra müəlliflər onun erməni məlikləri tərəfindən qızışdırılması ilə bağlayırlar. Məsələn, Myurel Etgen adlı muəllif Nyu-Yorkda çap olunan məqaləsində İbrahim xanın öldürülməsini Qarabağ məlikləri, konkret olaraq məlik Cəmşidin fitnəkarlığı ilə əlaqələndirirdi. Müəllif bölgədə İran və Rusiya arasında kəskin mübarizə getdiyini, bu mübarizənin İbrahim xanın qətlinə təsirsiz ötüşmədiyini bildirir və eyni zamanda məlik Cəmşidin qızışdırıcılığını və fitnəkarlığını da istisna etmirdi. Tədqiqatçı N.Axundov yazırdı ki, mayor Lisaneviç Azərbaycan dilini yaxşı bilirdi. Ancaq dilini öyrəndiyi xalqa qarşı hörmətlə deyil, həmişə hiyləgərliklə yanaşırdı. O, Gəncə xanı Cavad xanı da öz əlilə öldürmüşdü. Öz xislətinə uyğun olaraq Azərbaycanca kobud söyuşlər söyməkdən xoşu gələrmiş. İbrahim xanın qətli ilə bağlı istintaqa cəlb edilməsi də onun kobudluğunun qarşısını ala bilməmişdi. Elə həmin kobudluğun da qurbanı olmuşdu. 1825-ci ilin yayında saymazyana şəkildə bir azərbaycanlını söydüyü üçün onun tərəfindən dərhal yerindəcə öldürülmüşdü. Qarabağ xanı ilə açıq mübarizəyə girişməyi bacarmayan məliklər, o cümlədən məlik Cəmşid xislətlərinə uyğun olaraq məkr və xəyanət yolunu tutmuşdular. Həmin məkr və xəyanətlərin başa çatdırılmasının ən yaxşı vasitəsi isə heç şübhəsiz ki, rus zabitləri və əsgərləri idi. Yuxarıda qeyd edilmişdi ki, Sisianovun mayor Lisaneviçi Şuşa qalasına göndərməkdə İbrahim xanı nəzarət altında saxlamaq idi. Heç şubhəsiz ki, o, Qarabağda olduğu müddət ərzində İbrahim xandan və ya azərbaycanlılardan daha çox ermənilərə arxalanırdı. Bu, bir tərəfdən Sisianovun siyasətinin davamı idi. Digər tərəfdən də məzhəb birliyi onları yaxınlaşdırırdı. Erməni məliklərinin mövqeyi və fəaliyyəti də Rusiyanın bölgədəki işğalçılıq fəaliyyəti ilə üst-ustə düşürdü. Ona görə də mayor Lisaneviçin erməni məlikləri ilə yaxınlıq etməsi və onlara arxalanması təbii idi. Qarşılıqlı məqsəd və mənafe birliyinə dayaqlanan belə münasibətlərdən isə ermənilər sui-istifadə etməyi bacarırdılar. Nəticədə mayor Lisaneviclə məlik Cəmşid arasında yaxın münasibətlər formalaşmışdı. Məlik Cəmşid nəsillikcə düşmənçilik etdiyi İbrahim xandan qisas almaq üçün Lisaneviçi hər vasitə ilə onun əleyhinə qızışdırırdı. Onun söylədiyi böhtan və iftiralar isə daxilən xoflu olan mayoru daha da xoflandırırdı. Məlik Cəmşid onu inandıra bilmişdi ki, İbrahim xan İran rəhbərliyi ilə, Abbas Mirzə ilə gizli əlaqələr saxlayır, Rusiya təbəəliyini qəbul etmək barədə müqaviləyə imza atsa da, verdiyi vədə əməl etmir və bununla o, bölgədə olan rus qüvvələrini də çıxılmaz vəziyyətə salır. Bununla məlik Cəmşid güman edirdi ki, İbrahim qətlə yetirilərsə Qarabağda erməni məlikləri özləri hakimiyyəti ələ ala biləcəklər. Çox güman ki, məlik Cəmşid İbrahim xana qarşı istaqmətlənmiş xəyanətlərin təşəbbüsçüsü kimi elə Qarabağın gələcək hakimi kimi də özünü görürdü. N.Axundov tədqiqat əsərində İbrahim xanla məlik Cəmşid arasında olan münasibətlərin gərginliyini göstərmək üçün Y.V.Çəmənzəminlinin “Qan içində” tarixi romanından aşağıdakı parçanı nümunə gətirmişdi. Onun sözlərinə görə yazıçı romanında Mirzə Camalın salnaməsinə geniş istinad etmişdi: “Xan qaynı (məlik) Cəmşidi yanına çağırtdırdı. Cəmşid qorxu içində gəldi. Xan, Ağası bəylə oturub düşüncəyə dalmışdı. (Məlik) Cəmşid salam verdi. Xan onun salamını almadı. Bir az ayaq üstə qaldıqdan sonra xan onu qəzəblə süzüb,- otur! - dedi və həyəcanla danışmağa başladı: - Balam, sən erməni, mən müsəlman, heç məndən əziyyət görmüsən? Cəmşid itaətli bir halda: - Allah eləməsin, xan,-dedi,- həmişə hörmət görmüşəm. - Bacın da neçə ildir ki, mənim əyalımdır, məndən güldən ağır bir şey eşidib? - Allah eləməsin! - Atan məndən, ya rəhmətlik atamdan heç incimişdi? - Allah rəhmət eləsin, nə rəhmətlik Pənah xandan, nə də səndən bir tikə də inciməyib. - Yaxşı, bəs bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dizak məliyi İsa kiməsə bel bağlayıb, alt-üst danışır. O bilmir ki, bir İsanı, on İsanı, yüz İsanı buradan yox eləmək mənim əlimdə bir qurtum su içmək kimi bir şeydir? (Məlik) Cəmşid yavaş səslə: - Əlbətdə, xan,-dedi.- Bilirsən ki, bu başı batmış dörd məlik mənim atamla da duşmənçilik edib... Qudurğanlıq edirlər. Xan yenə hiddətləndi: - Quduranın boynunu sındırarlar!-dedi. Biz dedik müdara ilə dolanaq, sənin bacını aldım ki, aralıqda qohumluq olsun. Daha üzdə bir, dalda ayrı cür olmaq demədik. Adam yorğanına görə ayaq uzadar; cəmi Qarabağ xanlığında altmış min evsiniz, bir dəfə göz eləsəm toxumunuzu yer üzündən kəsərlər. Amma mən pislik etmək istəmirəm...” Geri dön |