Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:-Mən də prezidentimizi doğum günü münasibəti ilə təbrik edirəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:-Mən də prezidentimizi doğum günü münasibəti ilə təbrik edirəm

Fərəc Quliyev:-Mən də prezidentimizi doğum günü münasibəti ilə təbrik edirəm


Dekabrın 24-ü Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. İlham Əliyev 1961-ci ilin 24 dekabr tarixində Bakı şəhərində doğulub.

Milli Məclisdə təmsil olunan müxalifət partiyaları Modern.az saytı vasitəsilə ölkə prezidentinə təbrik ünvanlayıblar.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev:

“Mən bir müxalifət partiyasının rəhbəriyəm. Amma buna baxmayaraq ona şəxsi həyatında uğurlar, ailə səadəti arzulayıram. Hesab edirəm ki, İlham Əliyev çox səbrli, olduqca sadə və təvazökar bir insandı. Çox gözəl bir ailəsi var, babadır. Ölkə prezidenti kimi çox böyük çətinliklərə baxmayaraq ciddi şəkildə islahatlara gedən, Azərbaycanın müdafiə qabiliyətini artıran Ali Baş Komandandır. O, ermənilərin və ağalarının təpkilərinə baxmayaraq nəinki Dağlıq Qarabağ münaqişəsində güzəşt olunmayacağını, hətta Ermənistanın yerləşdiyi torpaqların da Azərbaycana aid olduğunu deyən prezidentdir. İlham Əliyev 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Mən də prezidentimizi doğum günü münasibəti ilə təbrik edirəm”.


Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli:

“Cənab prezidentin 55 yaşı yubiley də sayıla bilər. İlham Əliyevin doğum günü ciddi dövrə - postneft erasında yeni islahatların elan olunduğu bir zamana təsadüf edir. Bu günlərdə prezident özü də 11 istiqamət üzrə strateji planlar tərtib edib. Mən prezidentimizə ilk növbədə can sağlığı və bu islahatları uğurla başa çatdırmasını arzu edirəm. İnanıram ki, vaxtilə Malayziyada, Sinqapurda olduğu kimi, Azərbaycanda da islahatlar uğurlu nəticələr verəcək. Arzu edirəm ki, Azərbaycanda da neftdən asılılıq azalsın və prezidentin dediyi kimi, neft kapitalı insan kapitalına çevrilsin. Ciddi şəkildə korrupsiyanın kökü kəsilsin və insanların rifahı yüksəlsin. Bu istiqamətdə ancaq uğurlar diləyirəm və hesab edirəm ki, Azərbaycan sabitlik təmin olunub. Sabitlik təmin olunmayan ölkələr hazırda müharibə meydanıdır. Prezidentimizə müvəffəqiyyətlər arzu edirəm, bizlər də deputat olaraq hər zaman ona dəstək verməyə hazırıq”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa:

“Əlbəttə prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan bölgədə ən sabit ölkədir. Bəzi çətinliklər yaşasaq da, sabitlik əsas meyarlardan biridir. Bu istiqamətdə ölkə prezidenti böyük zəhmət ortaya qoyub. Xarici siyasətdə balansın saxlanılması da Azərbaycanın normal inkişaf etməsinə şərait yaradır. Bütün hallarda mən İlham Əliyevi təbrik edirəm və ümid edirəm ki, bundan sonrakı illərdə də ölkə prezidentinin səyləri nəticəsində Azərbaycan cəmiyyəti ancaq inkişaf istiqamətində düşünəcək, daha böyük tərəqqi əldə edə biləcək.
Tezliklə Qarabağ probleminin həlli istiqamətində də nəticələrə nail olmağı arzu edirəm. Ölkə prezidentinə təbriklərimizi və diləklərimizi çatdırırıq”.

Deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası:

“İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə bir çox uğurlara imza atıb. Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə tanıdılması istiqamətində kifayət qədər ciddi işlər görülüb. Azərbaycan regionun önəmli bir dövlətinə çevrilib. Eyni zamanda Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi platforma kimi tanınıb. Azərbaycanda dünya miqyaslı tədbirlər keçirilib. Xüsusi olaraq beynəlxalq forumlar, idman oyunlarını qeyd etmək lazımdır. Nəqliyyat dəhlizlərinin sayı artırıldı. Bu uğurlar Azərbaycan prezidentinin əldə etdiyi uğurların bir hissəsidir. Bu minvalla ölkə prezidentinə möhkəm can sağlığı və uğurlar arzulayırıq. Ona növbəti ildə Azərbaycanın qarşısında duran bütün çətinliklərin aradan qaldırılması istiqamətində müvəffəqiyyətlər diləyirik. Şübhəsiz ki, prezidentin can sağlığı hər bir Azərbaycan vətəndaşı üçün önəmlidir. Ölkənin ritmi məhz onun nəbzində döyünür. Bu baxımdan da hesab edirik ki, bu ritm nə qədər dəqiq və düzgün olarsa, Azərbaycanın inkişafında ciddi irəliləyişlərin şahidi olarıq. Tanrı prezidentimizi, millətimizi və bayrağımızı qorusun”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı:

“Cənab prezidentin ad günü münasibəti ilə ona təbriki göndərmişəm. Ulu tanrıdan ona uzun ömür, can sağlığı və xoşbəxtlik arzu edirəm. Son dərəcə çətin və şərəfli işlərində ona uğurlar diləyirəm. Ölkə prezidenti bu gün dünyada sayılıb-seçilən liderlər sırasındadır. 2003-cü ildən bəri ötüb keçən zaman içərisində dövlət xadimi, siyasi lider kimi özünü təsdiq etdi. Azərbaycana böyük sədaqət və sevgi ilə xidmət etdiyini ortalığa qoydu. Onun prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə inkişafın yüksələn dövrünü yaşadı. Ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrildi. Ulu öndrərimiz tərəfindən qoyulan ölkəmizin harmonik inkişafı prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycan regionda ən güclü orduya sahib oldu. Prezidentimizin hakimiyyəti illərində 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycan beynəlxalq tədbirlərdə söz sahibi oldu. Bizim bir çox dövlətlərlə dostluq əlaqələrimiz var. Azərbaycan dünyanın sayılıb-seçilən nüfuzlu subyektlərindən birinə çevrilib.
Ölkə prezidentinin çox böyük potensialı var. Mən inanıram ki, Azərbaycan xalqı uzun illər boyunca prezident İlham Əliyevə etimad göstərəcək. Biz onun rəhbərliyi ilə böyük uğurlara imza atacağıq. Şübhə etmirəm ki, İlham Əliyevin qətiyyəti, müdrik siyasəti nəticəsində həm də işğal olunmuş torpaqlarımızın tez bir zamanda azad edilməsi baş verəcək.
Bir daha ölkə prezidentini iki uğurlu rəqəmin cəmləşdiyi 55 yaşı münasibəti ilə təbrik edirəm. Eyni zamanda qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə də təbrik edirəm. Tanrı onu qorusun, o ölkənin lideri kimi Azərbaycanı sabitlik adasına çevirib”.

Qafar Ağayev

Geri dön