Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gələcəyin dahi rəssamı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, DAVAMın yazıları > Gələcəyin dahi rəssamı

Gələcəyin dahi rəssamı


Böyük bir ölkənin ilk paytaxtında- Leninqradda ali rəssamlıq təhsili alan İsmayıl Məmmədovla bəlkə də 40 ilin tanışı idik.Əvvəllər onu treleviziya verilişlərinə dəvət edilmiş gənc rəssam kimi təqdimatlardan tanıyırdım. Sonralar iş elə gətirdi ki,Bakının mərkəzində açılmış yeni təfəkkür tərzli Avropa Azərbaycan Məktəbində bir yerdə işləyəsi olduq.Səmimi dostluq ünsiyyətimiz yarandı.Mən İsmayıl müəllimi burada kəşf etdim; uşaqla uşaq,böyüklə böyük idi, şagirdlərə DÜNYANIN şəklini çəkməyi öyrədirdi.Qısa bir müddətdə şagirdlər öz dünyalarını əks etdirən maraqlı şəkillərlə əvvəlcə məktəb, sonralar isə şəhər və ölkə sərgilərində uğurla iştirak etdilər.

Bir dəfə İsmayıl müəllimə zarafatla dedim ki, uşaqlarin çoxu, deyəsən,rəssam olacaqlar, axı. İsmayıl müəllim razılıqla gülümsədi.

İsmayıl müəllim onlarıın hamısında yüksək bədii zövqün formalaşmasının yarandığını görürdü. O, bu fikirdə idi ki, rəssamlığa meyil edən bu şagirdlərin cəmi 5-6 nəfəri rəssam olacaq, lakin onlar seçdikləri ixtisas sahəsininını görünməyən cəhətlərini öz əməli işləri ilə göstərə biləcəklər.
Gələcəyin dahi rəssamı

Gələcəyin dahi rəssamı


İsmayıl müəllim rəssamlığa meyilli şagirdlərinin hansı peşəni və ya ixtisası seçəcəyini görə bilmədi. Onlarla cəmi 5 il işləyə bildi.Bu gün təsadüfən öyrəndim ki,İsmayıl müəllim dekabrın 12-də uzun sürən ağır xəstəlikdən sonra dunyasını dəyişib.
Allah rəhmət eləsin.
İsmayıl müəllimin sorağı son illərdə yay tətili günlərində Nyu-Yorkdan gəlirdi:İsmayıl müəllimin oğlu burada yaşayırdı .

Bəlkə də çoxları onun hər Amerika səfərini dərd əlindən dağa ğa çıxan Füzulinin aqibəti ilə qiyaslandırır, müqayisə edirdi. Təkcə 4-5 dostu bilirdi ki, o, sağlam həyata can atır. O, Amerikanın səhiyyə imkanlarından faydalanmağa çalışırdı.
İsmayıl müəllimlə,demək olar ki,həmyaşıd idik.Aralıqda bir bayram fərqi var idi.
Hər ikimiz Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdük. O vaxtlar məktəbdə cəmi iki nəfər bu fıəxri adı daşıyırdı. Hər ikimiz ölkədə və onun xaricində işlədiyimiz təhsil ocağını ləyaqətlə təmsil edirdik.


İsmayıl müəllim kafedramızın ən yaxın dostlarından biri idi.Vaxt tapanda kafedrauya gəlir,fəaliyyəti bəyənilən gənc müəllimələrin karandaşla şəklini çəkir, çarp olunmuş əsərlərini onun rəssamlığını bəyənələrə hədiyyə verirdi.
Onun sorağı dünyanın bir çox ölkələrindən gəlirdi. Onu Nyu-York da , Moskva da, Peterburq da, London da tanıyırdı.
Bir dəfə İsm ayıl müəllimi türk dünyasına təqdim etmək fikrinə düşdüm. Bunun əsas səbəbi onun hamıya bağıladığı 2012-ci ilə aid stolüstü təqvimdəki maraqlı şəlkillər oldu.

Təqvimin üz qabığındakı "KÖHNƏ BAKININ ƏNƏNƏLƏRİ" mövzusunu əks etdirən 12 rəsm əsəri və çoxlu tarixi fotoşəkillər onları başa düşənlər,incələyə bilənlər üçün bədii əsərin süjetini xatırladırdı. Bu rəsmləri və tarixi fotoları Bakının vizit kitabçası da adlandırmaq olardı. Bu rəsmlərdə Azərbaycanın və onun baş kəndinin-paytaxtının düşündürücü, səfərbəredici etnoqrafik təsvirlərinə yaşıl işıq yandırılmışdır.
Təqvimdə ilin hər ayına aid 2 rəsm və fotoşəkil var: yanvar- "Uzaq yol qarşısında" rəsm əsəri ilə başlayır.
Babalarımız dünyanı araba ilə dolaşıblar:"İpək yolu" Azərbaycandan keçib. İndi bu yolun qanadları çoxdur.
Əcnəbilər kimi biz də göydə balonlarla süzürük. Kosmosun tədqiqində və kosmik texnikanın Yerdən və göydən idarə olunmasında azərbaycanlı alimlər də rəhbərlik ediblər.

Yanvar vərəqindəki "Abşeronda" rəsmində yuxa (lavaş) yayan abşeronlu qadının həyat eşqi aydın hiss olunur: təhnədə 8 kündə görünür, biri də yayılr,un torbasında hələ də un var, Abşeronun bağ evləri, külək fırfıraları qayğısız kənd həyatından xəbər verir.

Fevralın bir vərəqi "İçəri şəhərdə bir həyət" adlandırılmışdır.İçəri şəhər köhnə Bakının köhnə məhəlləsidir,tarixə düşən,yadda qalan məhəllədir .İlin ən qısa ayının ikinci vərəqi də çörək ətirlidir.Burada sadə bir əmək adamının-təndir düzəldən qadının, hələ heç bir dünya rəssamının yadına düşməyən parlaq obrazı yaradılmışdır.

Mart vərəqindəki "Çayxanada" fotosu köhnə Bakının tarixi anlarını əks etdirir: çayxanadakılar tarixi anı yaşatmaq üçün diqqətini fotoararatın obyektivinə yönəltmişlər. Uzaqdan boylanan da var, razılıq və məmnunluqla sulu qəlyan çəkən də, heç kəs özünü dartmır, bütün tərzlər və baxışlar təbiidir. Asma lampalar da, Tula samovarı da, çayxanadakıların geyimləri də Bakı tarixinin yaddaqalan lövhələrindəndir.

"Təndirçi".
Mən dil mütəxəssiyəm, aspirantura təhsilimə görə türkoloqam.Amma hələ belə söz eşitməmişdim.

Mən bu şəkildəki çörəkbişirəni öz adı ilə çağırardım. Görünür, İçəri şəhərdə bu peşə sahiblərinə təndirçi adını nahaq yerə, elə-belə verməyiblər. Çörək bişirilən yer də, burada yandırılan çırçırpı da təmiz olmalıdır, halal olmalıdır. Nahaq yerə deməyiblər ki, çörəyi ver çörəkçiyə, üstəlik də bir çörək.

Təqvimdəki "Küçə cızbızxanası", "Bazardan qayıdanlar", "Tacir Məşədi", "Güləşçilər", "Tərəvəz dükanı", "Qalayçı", "Xalçasatan", "Məktub yazan mirzə", "Xalçaçı", "Yolda", "Su satanlar", "Müqəddəs kitab oxucusu" və sair rəsmlər, həyatın bir anıni tarixdə yaşadan tarixi fotoşəkillər milliliyinə, etnoqrafik təsvirlərin əyani izahına görə hamının diqqətini cəlb edir.
Qonaqlarımız onlara hədiyyə verilən bu təqvimi böyük heyranlıqla bəyənir və təqvimin sonunda ingilis dilində yazılmış

"PICTURES BY ISMAYIL ASADOGLU MAMMADOV,THE HONORED ARTİST OF AZERBAICAN"

sözlərini oxuduqda müəllifin sənətdə böyük əməyi, dərin düşüncə tərzi olan MÜTƏXƏSSİS olduğunu bilib, müəllifə məmnunluqla baş əyib, təşəkkür edirlər.
***

Yazıya İsmayıl Məmmədovun mənə baışladığı 2012-ci il təqvimindən bir neçə şəkli də əlavə edirəm. Mən bu şəkillər haqqında türk mətbuatında geniş məqalə ilə çıxış etmişəm. Bu gün İsmayıl müəllim haqqında keçmiş zamanda danışanda bir az təsəlli tapıram ki,İsmayıl müəllimi sağlığında qiymətləndirənlərdən biri də mənəm:

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.türkoloq.


P.S. İsmayıl müəllimin elektron poçt ünvanı hэmişə mənə maraqlı görünürdu:
artism 08@ mail.ru

Görəsən, bu nömrədə rəssamlıq yoxdur ki?

Geri dön