Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ədəbiyyatçıları İraqda necə hərbi çevriliş edib - Tarixi araşdırma
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycan ədəbiyyatçıları İraqda necə hərbi çevriliş edib - Tarixi araşdırma

Azərbaycan ədəbiyyatçıları İraqda necə hərbi çevriliş edib - Tarixi araşdırma


Televiziya vurğunu olan prezident yeni studiya qurulması üçün Bakıdan mütəxəssislər çağırır, elə ilk canlı yayında həmin prezident əsgərlər tərəfindən güllələnir

Xahiş edirəm, cümləmi axıracan oxumadan dediklərimə dodaq büzməyəsiniz. Məncə, Rusiya səfiri Andrey Karlovun qatili-polis məmuru Mevlüt Mert Altıntaş əsl zombidir.

***

Zombi deyəndə ki... Bilirsiniz, əslinə baxsan, bütün cangüdən tayfası müəyyən mənada elə zombi sayıla bilər. Bütün cari hərəkətləri kənardan, qulaqcıq vasitəsilə idarə edilən cangüdənlərin adətən nəinki öz fikri, heç öz hərəkətləri belə olmur. Cangüdən daxili monoloqdan məhrumdu. Özünü deyil... qulağına ötürülən əmrləri eşidir adətən.

Amerika mənşəli bu cür təlim-tədris proqramları nəticəsində öyrəncilər adətən iki-üç günə əmrə tabe müti qullara, daha doğrusu, zombiyə çevrilir. Ardıcıl, ağır təlimlər nəticəsində sən öz şəxsi “mən”indən, daxili monoloqundan məhrum oldunsa, vəssalam, demək, polis məmuru Mevlüt Mert Altıntaş kimi, içinə “cangudən” sətirləri yazılmış diplomunu götür qoy qoltuq cibinə. Get işə. Axşam telefonuna, yaxud qulaqcığına əmr gələcək, bəs, get, filan küçədəki hotelə. Xidməti paltarlarını mülkü geyimlə əvəzlə. Tapançanı yoxla. Afərin... Sənət mərkəzlərinin birində, filan-filan ünvanda sərgi keçirilir indi. Vəsiqəni təqdim et qapıdakı mühafizəçilərə. Afərin... Qoruyacağın şəxs ordadır...

[img=left]https://scontent-fra3-1.xx.fbcdn.net/v/t34.0-12/15683028_1552161548144546_1422792684_n.jpg?oh=2380444149a2f0272aafea4e783a9c28&oe=585FB0BE[/img]

Məncə, qətldən əvvəlki saniyələrdə vəziyyət elə bu cür də olub. Altıntaş instruksiyalara əməl edərək, qorunan ərazidə özünə düzgün mövqe seçib. Qulaqcıqdakı əmrin göstərişiylə gedib durub səfirin arxasında...

Bir başqa həyəcanlı səs bu an araya girib gizli şifrəni - tutaq ki, 7469 kodunu, Altıntaşın qulağına pıçıldayıb. 7469 kodunu eşidincə, xüsusi təyinatlının beyinqafasında qısaqapanma baş verib - o, ildırım sürəti ilə tapançasına əl ataraq, qarşısındakı kürəyi atəşə tutub, vəssalam.

Azərbaycan ədəbiyyatçıları İraqda necə hərbi çevriliş edib - Tarixi araşdırma

Sonra qulaqcığına ötürülən bir başqa siqnalın təsiri ilə ərəbcə şüarlar səsləndirməyə başlayıb.

***

Rusiya səfiri Andrey Karlovun qatili Altıntaş, hardasa Mehmed Ali Ağcanı xatırladır, hardasa bir başqa ölüm qəssabını - Filippin prezidenti Markosu öldürməyə göndərilmiş xüsusi agent Luis Anjelo Kastilonu.

Azərbaycan ədəbiyyatçıları İraqda necə hərbi çevriliş edib - Tarixi araşdırma

Kriminalistlərin bu qatil barədə yekun rəyi eynidir - Kostilonun, üzr istəyirəm, Altıntaşın daxilində dörd fərqli insan, daha doğrusu, zombi mövcuddur. Bu dörd fərqli şəxsiyyətin hər birinin ayrıca gizli adı, qan təzyiqi, ürək döyüntüsü, nəbzi, nəfəs alma tempi varmış. “Zombi-1" vəziyyətinə düşərkən o, özünü üstündəki pasport göstəricilərindəki kimi Antonio Reys Eloriaqa, yaxud Altıntaş adlandırıb istintaqa ifadə verməyə tam hazırdı.

[img=left]https://scontent-fra3-1.xx.fbcdn.net/v/t34.0-12/15666109_1552161538144547_1620720361_n.jpg?oh=c94553c10445841c271c58d290877ecd&oe=585F7A67[/img]

Ancaq ”Zombi-2" vəziyyətində o, istintaqla əməkdaşlıq etməkdən imtina edərək sükuta qapılırdı. “Zombi-3" halında o, iflasa uğramış agent kimi intihar etmək isəyir, ”Zombi-4" vəziyyətində özünə qayıdıb Nyu-York sakini 29 yaşlı Manuel Anjelo Ramires, yaxud ərəb mənşəli türk kommandosu filankəs filankəs olurdu. Xatırlayırdı ki, MKİ-nin xüsusi qapalı düşərgələrində nə cür, nə vaxt təxribatçı sənətinə mükəmməl yiyələnib.

[img=left]https://scontent-fra3-1.xx.fbcdn.net/v/t34.0-12/15666167_1552161541477880_737114226_n.jpg?oh=c6af0b7ae1640598e381c12161930fbf&oe=585F7022[/img]

Dediklərimiz sizə çox da fantastik görünməsin. Axtarış zamanı Kastiloda 12 hərifdən ibarət xüsusi şifroqramm aşkarlandığını görən həkimlər bu kodu sındırmaq qərarına gəlirlər. Şifroqrammı müxtəlif ahənglərdə, kombinasiyalarda yuxulu Kastiloyanun qulağına pıçıldamağa başlarkən, gördüklərinə əvvəlcə heç özləri də inanmırlar. Sonra tədricən özlərinə gəlib Kostilonun daxilində dörd fərqli insanın dörd fərqli siqnala reaksiya verdiyini imzaladıqları sənədlə təsdiqləyirlər.

Ötən yazılarımın birində irəli sürdüyüm iddialar bugünkü informasiya ilə də öz təsdiqini tapır. Həmin informasiyada bildirilir ki, Rusiyanın Türkiyə böyük elçisi Andrey Karlovu qətlə yetirən polis məmuru Mevlüt Mert Altıntaşın mobil telefonu üzərində təhqiqat aparılıb. Sən demə, telefonda dörd fərqli parol müəyyənləşdirilib və mütəxəssislər məsələ üzərində işləyir.

Belə yerdə deyərlər “No komment”. Şükür, ipucları tapılıb. Dörd siqnal barədə iddiam, axır öz həqiqi, real təsdiqini tapdı.

Qalır, indi ancaq aktyor Mett Daymonun iştirakıyla çəkilmiş “Jason Bourne film series” (2002-2016) filmlərinə baxmaq. Altıntaşın ordakı oxşarını izləyin, vəssalam, cinayətin digər müəmmaları sizlərə gün kimi aydın olacaq.

***

Ancaq ötən əsrin 70-80-ci illərində Altıntaş kimi ərəblər qatil sənətinə deyil, başqa təlimlərə, başqa tədris proqramlarına yiyələnirdilər al bayraqlı SSRİ-də. Elə lap bizim küləkli Bakıda. Yaddaşımızı silkələsək ərəblərin, zəncilərin, bəli, AZİ-də, Tibb İnstitutunda, Politexnikdə təhsil aldığı gözəl vaxtları xatırlayıb dərindən bir ah da çəkə bilərik indi biz.

Təhlükəsizlik qurumlarımız, əks-kəşfiyyatımız da indikilərdən daha səmərəli, daha uzaqgörən, peşəkar idi o vaxtlar. Azərbaycan SSR DTK-sının, əks-kəşfiyyat idarəsinin sınaqdan keçirilmiş, özünü əməldə doğrultmuş xüsusi dəsti-xətti vardı. Misal üçün, hər hansı bir ölkədə, tutaq ki, lap elə İraqda əməliyyat keçirməzdən öncə bizimkilər adətən filoloji mövzulara müraciət edirdilər. Əvvəlcə, tutaq ki, 1958-ci ildəki kimi, bağdadlı Məhəmməd Füzulinin 500 illik təntənəli yubileyini keçirirdilər Bakıda. İraqdan və bölgə ölkələrindən bir xeyli qonaq gətirirdilər paytaxtımıza. Füzuli yubileyini bəhanə edib İraq mövzusunu mənimsəyib öyrənərdilər.

[img=left]https://scontent-fra3-1.xx.fbcdn.net/v/t34.0-12/15666125_1552161531477881_69096190_n.jpg?oh=04f4cc3adf68a56cf67f41ef38b4eb0a&oe=585EB998[/img]

Sonra adətən bu qonaqlarımızın iştirakıyla saray çevrilişi baş tuturdu Dəclə və Fərat sahillərində. 1958-ci il Füzuli şənlikləri elə bax bu cür sonluq da qazanır özünə. Həmin ilin 14 iyul tarixində İraq generalı Əbdül Kərim Qasem, Moskvanın etimadını qazanaraq kral Feysəli hakimiyyət Olimpindən aşağı yuvarladıb ailəsiylə birgə qətlə yetirir. Əbdül Qasem, deyilənə görə, qəribə adamdı. Televiziya sənəti vurğunuydu deyə, əmr etmişdi təcili Bağdadda teleqüllə ucaldılsın. Köməyə, həmişəki kimi, Bakıdan mütəxəssislər gəlir. TV studiyaları qurub, ötürücü antenalar quraşdırırlar Bağdadda. 1963-cü ilin fevralında, teleyayımın ilk günlərində Bağdadda növbəti saray çevrilişi baş tutur. Əbdül Qasimi tikdiyi telestudiyaya gətirib elə telekameralar önündə, canlı yayımda gülələyirlər. Yazığın meyiti, düz bir həftə canlı yayımda camaata göstərilir. Sıravi əsgərlərdən biri, deyilənə görə, Əbdülqasimin başını yuxarı qaldırıb vaxtaşırı üzünə tüpürürmüş.

[img=left]https://scontent-fra3-1.xx.fbcdn.net/v/t34.0-12/15673512_1552161544811213_2103249911_n.jpg?oh=8b232f102e0a97070efc583f00360d16&oe=585EA8F5[/img]

Bu, İraq televiziyasının ilk verilişi sayılır indi.

***
İndi deyirsiz, bu əməliyyatlarda bizim filoloqların, hərbi qulluqçuların və digərlərinin iştirakı olmayıb, hə? Olub. Özü də sözün həm ən yüksək, həm də ən məxfi mənasında. Ancaq bizimkilər, bin ladenlər, əl-bağdadilər, altıntaşlar yetişdirməyiblər AZİ, Politexnik institutları auditoriyalarında. Əvəzində mütəxəssislər yetişdiriblər dinc həyat üçün. Liviyada, Suriyada, İraqda neft sahəsi milliləşəndə, xarici mütəxəssislər neft mədənlərini kütləvi tərk edəndə köməyə yenə də Bakı mütəxəssisləri gəlib. Qısa vaxta neft hasilatını bərpa ediblər.

Suriyada Əsəd ailəsinin hakimiyyətə gəlməsi də Azərbaycan SSR DTK-sının məxfi əməliyyatı sayəsində mümkün olub. Əvvəlcə bizimkilər, həmişəki kimi, yenə filoloji mövzuya, filoloqlara müraciət ediblər. “Nəsimi” filmini lentə alıb, Nəsiminin yubileyini keçirməyə başlayıblar 60-cı illərin sonunda. Qərara gəliblər ki, Suriyada hakimiyyətə ələvi Əsəd nəslini gətirsələr, həəə, bir güllə ilə iki dovşan vura bilərlər. Birinci “dovşan” - Türkiyədəki 10 milyonluq ələvi cameəsini kontrolda saxlamaq idi. İkinci “dovşan” - Dəməşqi alıb Suriya-Türkiyə sərhədində NATO-ya qarşı ikinci cəbhəni açmaqdı.

Atəş, həmişəki kimi, Bakıdan açılıb hər iki “dovşanı” qətlə yetirir. Nəzarətsiz Suriya sərhədindən Türkiyəyə axan sovet silahı tezliklə Bosfor sahillərini al-qana boyayır.

***

Beləliklə, Yaxın və Orta Şərqin indiki siyasi coğrafiyası vaxtilə məhz Azərbaycan çekistlərinin, əks-kəşfiyyatçılarının, neft ustalarının gərgin əməyi nəticəsində mümkün olub. İndi okeanın o tərəfindən gəlmiş siyasi texnoloqlar, əliqanlı təxribatçılar bizim ənənələri pozub burda Azərbaycansız yeni Orta Şərq projesi qurmaq niyyətindədirlər.

Ancaq deyəsən, babalarımız ağır... çox ağır daşlar atıb bu coğrafiyanın dərin təməlinə. İŞİD-in, Altıntaşın, gördüyümüz kimi, gücü çatmır bu coğrafiyanı pozmağa.

Fikrimizi soruşsaydız, deyərdik sizə - bu coğrafiya, Mövlud Mərd Altıntaş, agent Jeyson Born kimi zombilərin iştirakıyla pozulmayacaq heç vaxt.

Çünki bizlər bu coğrafiyaya Füzulinin, Nəsiminin yeliylə qanad vermişik.

Zombiləriniz, agent Bornlarınız, inanın, heç nədir bu coğrafiyanın Dəclə və Fərat sahillərində.
O, coğrafiyanın həqiqi müəllifləri bizik.

Həmid HERSÇİ

Geri dön