Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub


Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov dekabrın 26-da Acarıstan Muxtar Respublikasının yeni təyin olunmuş Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan, eləcə də Naxçıvan və Acarıstan muxtar respublikaları arasında səhiyyə sahəsində mövcud əlaqələr və tibb sahəsində birgə əməkdaşlığn inkişafı perspektivləri müzakirə olunub.
Baş konsul 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum” cərcivəsində hər iki tərəf arasında səhiyyə sahəsindəki olan proqramın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Diplomat Azərbaycanda fəaliyyət göstərən müalicə mərkəzləri barədə nazirə ətraflı məlumat verib, gələcəkdə bu müalicə mərkəzləri ilə Acarıstanda fəaliyyət göstərən müalicə mərkəzləri arasında əlaqələrin yaradılmasının zəruriliyini vurğulayıb. Zaal Mikeladze isə öz növbəsində Acarıstan MR-də fəaliyyət göstərən müalicəvi istirahət zonaları barədə baş konsula ətraflı məlumat verib.
Söhbət zamanı, hər iki ölkədə səhiyyə sahəsində görülən işlər, qazanılan uğurlu nəticələr, tibb sahəsində qarşılıqlı təcrübə mübadiləsi məsələləri də diqqət mərkəzində olub. Tibbi turizmin inkişaf etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Geri dön