Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat verib


Dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

Komitənin sədri Mübariz Qurbanlı cari ildə görülən işlərdən danışıb. O bildirib ki, komitə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq “Tədbirlər Planı”na uyğun olaraq, ölkədə və beynəlxalq səviyyədə ardıcıl iş aparıb.

Qeyd edilib ki, cari ildə 101 İslam, 4 qeyri-İslam olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-İslam təmayüllüdür. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi ilə bağlı 33 müraciət daxil olub. Bunlardan 24 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb. Ümumilikdə 2016-cı ildə 9 ixtisaslaşdırılmış satış məntəqəsinə razılıq verilib.

Diqqətə çatdırılıb ki, il ərzində komitədə 1451 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə idxalına razılıq verilməyib. Ölkədə çap olunmaq məqsədilə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 3-də dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapı məqsədəuyğun sayılmayıb. Dini təyinatlı ədəbiyyat, audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində tədbirlər davam etdirilib. Belə ki, 379 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 689 adda dini ədəbiyyata baxılaraq, onlardan 330 adda dini ədəbiyyatın zərərli olduğu, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşib. Komitə tərəfindən milli-mənəvi dəyərlərimizin, o cümlədən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda maarifləndirici kitab və broşürlər nəşr olunub. Hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə dini radikalizmlə mübarizə istiqamətində 50-dən artıq tədbir həyata keçirilib. Həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 30-dan çox tədbir təşkil olunub. Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə 24 tədbir keçirilib.

Vurğulanıb ki, komitə dini maarifləndirmə istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edib və bu qurumla birgə 11 tədbir həyata keçirib. Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumalarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Cari ildə Sərəncamda göstərilən istiqamətlər üzrə maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsi həyata keçirilib və 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 136 layihə maliyyələşdirilib.

DQİDK-nın sədri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 12 mərkəzi şəhərdə qəbul keçirib. Qəbullarda əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmalara maliyyə yardımının ayrılması, məscid və dini icmaların kitablarla təmin edilməsi, “Quran” kurslarının təşkili, məscidlərin təmiri, dini məzmunlu məhsulların satışı üzrə ixtisaslaşdırılmış məntəqələrin yaradılmasına razılıq verilməsi və s. məsələlərlə bağlı olub.

Geri dön