Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Növbəti hərracda 20 dövlət əmlakı özəlləşdirilib
Növbəti hərracda 20 dövlət əmlakı özəlləşdirilib |
Dekabrın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda, ümumilikdə 20 dövlət əmlakı olmaqla, 1 səhmdar cəmiyyəti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, eləcə də 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Komitədən bildirilib ki, hərracda satılmış kiçik dövlət müəssisəsi Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 129 kvadratmetr sahəsi olan 130 saylı mağazadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 11-i Bakıda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən obyektlərin sahəsi əsasən 20 kvadratmetrdən 100 kvadratmetrədəkdir. Ən böyük sahəyə malik obyekt isə Yevlaxda yerləşən və 185,5 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektidir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, həmin əmlak 70 min manata özəlləşdirilib. Yevlaxda yerləşən qeyri-yaşayış sahəsi isə 46 min 500 manata satılıb. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı nəqliyyat vasitəsinin sahibi olub. “Cəlilabad Taxıl” açıq səhmdar cəmiyyətinin satışı üzrə də hərrac rəqabətli olub. Bu, regionlarda yerləşən səhmdar cəmiyyətlərinin özəlləşdirilməsinə marağın böyük olduğunu göstərir. Belə iri müəssisələrin özəlləşdirilməsi regionlarda kənd təsərrüfatı sahəsinin inkişafına da böyük dəstəkdir. Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və ortahəcmli sahibkarlıq fəaliyyəti baxımından əlverişlidir. Özəlləşdirilmiş belə əmlaklar sonradan sahibləri tərəfindən rahat şəkildə gəlir mənbəyinə çevrilir. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək. Eyni zamanda, belə daşınmaz əmlaklara dair hərracdan qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış da təqdim olunur. Qeyd edək ki, komitə cari il sentyabrın 14-dən etibarən açıq hərraclar keçirir və indiyədək 12 belə hərrac keçirilib. Hərraclara müxtəlif çeşiddə 700-ə yaxın dövlət əmlakı çıxarılıb. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli Fərmanına əsasən, Nazirlər Kabineti tərəfindən yeni dövlət müəssisələrinin özəlləşməyə açılması ilə bağlı Sərəncam verilib. Ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb. Hazırda sadə prosedura əsasən, hərraca qatılmaq üçün “Özəlləşdirmə portalı” üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, “Özəlləşdirmə portalı”, eləcə də “facebook”dakı rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir. Hərracda media nümayəndəsi və istənilən vətəndaş rahat şəkildə iştirak edib prosesi müşahidə edir. Eyni zamanda, müasir texnologiyalar sayəsində böyük monitorlarda regionlarda keçirilən hərraclar da izlənilir. Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük fürsətdir. Geri dön |