Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Venesuela neft hasilatını sutkada 95 min barel azaltmağa razılaşıb
Venesuela neft hasilatını sutkada 95 min barel azaltmağa razılaşıb |
Venesuela OPEK ilə sazişə əsasən 2017-ci ilin əvvəlindən neft hasilatını sutkada 95 min barel azaltmağa razılıq verib.
Bu barədə "Reuters" yazıb. 1 yanvar 2017-ci il tarixindən OPEK ölkələri və təşkilata üzv olmayan dövlətlər arasında neft hasilatının ildə təqribən 1,8 milyon barel azaldılması barədə imzalanan müqavilə rəsmi olaraq qüvvəyə minir. "Beynəlxalq öhdəliklərə xələl gətirməmək üçün 1 yanvar 2017-ci il tarixindən etibarən PDVSA (Venesuelanın Dövlət Neft-Qaz Şirkəti. — Report) və ya onun bölmələri müvafiq razılaşma və şərtlərə uyğun olaraq satış müqavilələrinin həcmini azaldacaq", — deyə Venesuelanın Energetika Nazirliyinin məlumatında bildirilib. Geri dön |