Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dilənçi mədəniyyətlərin acınası kölələri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Dilənçi mədəniyyətlərin acınası kölələri

Dilənçi mədəniyyətlərin acınası kölələri


Bu gün Azərbaycan milli kimliyində təhlükəli küləklər əsir. Əslində bu, çoxdan var amma biz indi fərqinə varırıq. Bu təhlikənin gətirdiyi axıntıda kiçicik insanların “kiçicik kimlik” ləri də ortaya çıxır. Və başlayır Şimali Azərbaycanın (bütöv Azərbaycan yox a) daxilində, “cənublu”, “şimallı” sindromu yaranmağa. Zaman isə bizə gülür. Böyük mədəniyyətlərin böyük övladlarının “kiçiklik” amalına.

Ölkəmizin cənub bölgəsində İslam dini dinlikdən çıxıb, fanatizmə çevrilib. Burda təbii ki, İranın barmağı var amma bu barmaq hərdən dindən çıxıb ədəbiyyatımızın da gözünə girir. Burdan da köhnə “bölgəçiliyin” yeni “əfsanəvi” balalarının törəməsi başlayır. Bu balalar da bəlaya dönüb dilənçi mədəniyyətlərin köləsinə çevrilib, başlayır soylu-köklü Azərbaycan ədəbiyyatının evini yıxmağa.
Azərbaycan Yazıçılar Birliyinin hara baxdığını kimsə görmür. Mən ümumiyyətlə bu qurumdan demokratik qurum tanımıram. “Heç kim yerində deyil!” prinsipi burda elə gözəl oturur ki, heyran qalmaya bilmirsən. Əsərlərini heyranlıqla oxuduğun bir şair və ya yazar ya heç ədəbiyyat adamı deyil (kimlərə görəsə), ya da əlyazmaları əlində qapı-qapı gəzməkdən bezib, öz içinə qapanmaqla məşğuldur. Daha doğrusu öz mənəviyyatında boğulmaqla. O boyda mənliyin yaratdığı boşluq isə...
Ya da əksinə, ədəbiyyatdan xəbəri olmayanlar Yazıçılar Birliyinin üzvü olmağı, oranın vəsiqəsini daşımağıyla fəxr edir.
Və bütün bunlar bizim mənəvi böyüklüyümüzün kölgəsində həddindən artıq kiçik görünür. Mənəvi böyüklük sərbəst şeirlərin ifrat “sərbəstliyin”də deyil, bizim millət olaraq dəliqanlı olmağımızdadır. Kim deyir ki, bizə ədəbiyyat, incəsənət gərək deyil, bizi xalq olaraq bəsləyən elə bunlar deyilmi? Göstərin mənə bir Türk ki, ədəbiyyatla ruhlanmasın! mənəvi qida almasın! Yoxdur, olması da mümkün deyil! Əgər varsa deməli bizdən deyil!
Gəlin yığışdıraq ədəbiyyatımızdan bu sərbəstliyi, dilənçi mədəniyyətlərdən gələn axıntılara uymayaq. Bir az dəliqanlılığımızı qoyaq ortaya, bir az özlüyümüzdən yola çıxaq. Bir az da qan damladaq yazılarımıza, oxuduqca içimizdəki milli kimlik oyandı, bəlkə...

Geri dön