Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Polkovnik-leytenantdan generallığa gedən yol - Ənvər Paşa qardaşı Nuru Paşaya niyə general rütbəsi verdi?
Polkovnik-leytenantdan generallığa gedən yol - Ənvər Paşa qardaşı Nuru Paşaya niyə general rütbəsi verdi? |
Ənvər Paşaya məktub yazan Mustafa Kamal Paşa Osmanlı əsgərlərinin bir alman komandirinin əmrinə verilməsinin də əleyhinəydi. Uzun sürən mübahisələrdən sonra Mustafa Kamal Paşa 1917-ci il oktyabrın 9-da vəzifəsindən istefa verdiyini bildirdi...
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənəvi borcudur. Biz də Enter.News olaraq Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik. Yazıda istifadə olunan fotolar türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabından götürülüb. Yazının əvvəlini bu linkdən oxuyun III YAZI Almanlarla dürüst olduq. Almanlar məmləkətimizə, ordumuza və hökumətimizə qədər girdilər. Fəqət, almanlardan bəziləri müstəqilliyimizə və qürurumuza qarşı çıxdıqları dəqiqədə, həmən ruhən üsyan etdim. Bu isyanın səbəbiylədir ki, döyüşdə bir ilə yaxın bu hərəkətimə tərəfdar olmayanlara qarşı durdum. Atatürk 24 aprel, 1921-ci il Nuru Paşanın almanlarla nəyə görə iş gördüyünü anlaya bilmək üçün Paşanın keçmişini, ailə kökənini və münasibətlərini araşdırmaq lazımdır. Buna görə də araşdrıdığımız 1940-ci illəri bir anlıq saxlayıb, 1920-ci ildən bir az o yana baxaq. 1941-ci ildə Hitler orduları ilə anlaşıb Turan qurmaq xəyalına düşən Nuru Paşa İttihad Tərəqqinin ən məşhur paşalarından biri olan Ənvər Paşanın qardaşıdır. Altı qardaşın ən böyüyü Ənvər Paşadır. Ənvər Paşa, Nur Paşa, Ərtoğrul, Kamil. Bunlar Hacı Əhməd Paşanın oğlanlarıdır. Ərtoğrul 1931-ci ildə, Kamil isə 1964-cü ildə dünyasını dəyişmişdi. Ənvər Paşanın iki də bacısı vardı. Birinin adı Mediha, o birisinki isə Həsanə. Kamil, Ənvər Paşanın 1922-ci ildə ölümündən sonra Paşanın xanımı Naciyə Sultan ilə evlənmişdi. Ənvər Paşanın qardaşı Nuru Paşa uzun müddət Almaniyada yaşadıqdan sonra Türkiyəyə dönərək Xaliç sahillərində bir fabrika qurmuşdu. Nuru Paşanın Sait Faikin danışdığı əhvalatlarda adıkeçən fabrikası 1949-cu ilin mart ayının əvəllərində bir partlama nəticəsində dağılmışdı. Nuru Paşa özü də bu partlamada rəhmətə getmişdi. O, rəhmətə gedəndə çox varlı bir iş adamı idi. Nuru Paşa fabrikada iş otağında. Gənc yaşlarında Ali baş Komandanın vəkili olan böyük qardaşı Ənvər Paşa tərəfindən generallığa yüksəldilən polkovnik-leytenant Nuru, “Qafqaz İslam Ordusu” Komandanı kimi əmisi Xəlil Paşa ilə birlikdə Azərbaycana gedir... Ənvər və Nuru Paşaların bacısı Mediha isə Kazım Orbay ilə evlənmişdi. Kazım Orbay, 1944-cü ildə Marşal Çakmağın təqaüdə getməsindən sonra Baş Qərargah rəsi vəzifəsinə gətirilir və oğlu Haşmet Orbayın adının da hallandığı “Neşət Naci cinayəti” nəticəsində 1946-cı il iyulun 29-da vəzifəsindən ayrılır. Və 1950-ci ilin 6 iyulunda isə təqaüdə çıxır. Kazım Orbay 27 may 1960-ci il çevrilişindən sonra qurulan müvəqqəti məclisin sədrliyini edir... Orbay, 1964-cü ildə haqqın rəhmətinə qovuşur. Ənvər Paşanın əmisi Xəlil Paşa Atatürkün sinif yoldaşı idi. Ənvər Paşa 1881-ci ildə anadan olub. Əmisi Xəlil Paşa isə qardaşı oğlu Ənvərdən bir yaş kiçik idi. 1908-ci il məşrutiyyəsindən sonra qardaşı oğlu Ənvər Paşanın çevrəsindəki insanlardan biri olan Xəlil Paşa, Trablusqarpda, Qafqaz və İrak cəbhələrində döyüşüb. 1916-ci ildə alman generalı Qoltzın ölümündən sonra İraqda olan 6-cı Ordu Komandanlığına təyin edilir. Bu vəzifədə olduğu zaman ingilislərin əlindən Kutul Amareyi geri almışdı. Xəlil Paşa Kutul Amaredən ilhamlanaraq cümhuriyyət dönəmində soy adını “Kut” olaraq seçmişdi. Xəlil Kutun üç uşağı vardı: Çingiz, Aydın və Şükriyyə. Xəlil Paşa Turan İmperatorluğunun xəyallarını qurduğu vaxt iki yaşında olan oğlu Çingizi Türküstan taxtına oturdacağını söyləyərdi! Xəlil Paşa Kutul Amareyi ingilislərdən aldıqdan sonra, qardaşı oğlu Baş komandanın vəkili Ənvər Paşadan Kırmışah və Həmədanı almaq üçün əmr alsa da, bu əmri yerinə yetirməyəcəyini Ənvər Paşaya bildir. Onu da qeyd edək ki, Ənvər Paşanın kəsdiyi başa sual olunmazmış. Qardaşı oğlunun qətiyyəti qarşısında geri çəkilən Xəlil Paşa verilən əmrlə razılaşır. Bu arada ingilislər yenidən hücuma keçirlər. Osmanlı ordusu ingilislərin hücumu qarşısında geri çəkilməyə məcbur olur. Belə olduqda Xəlil Paşa ilə Kazım Paşa (Qarabəkir) arasında mübahisə yaşanır. İraq cəbhəsinə rəhbərliyi isə alman marşalı Von Der Qoltz edirdi. Qarabəkir Paşa general Qoltzın qərargah rəisi təyin olundu. Elə həmin dönəmlərdə Xəlil Paşa general Qoltzın yerinə təyin edilən kimi, Kazım Qarabəkir Paşanın yerinə də Von Qleyx adlı bir alman zabiti təyin olunur. Ancaq bir müddət sonra Qleyx öz xahişi ilə vəzifəsindən istefa verir və onun yerinə isə Kreysmer təyin olunur. Altıncı Ordu ingilislərin hücumunu dəf edə bilmədyinə görə, 1917-ci ilin 11 martında Bağdad ingilislərin əlinə keçir. İngilislərin irəliləməsindən sonra İngilis Hərbi Qüvvələrinin komandanı general Mod, Hicaz kralı Hüseyndən bir təbrik teleqramı alır. Kral Hüseyn teleqramında “İngilis ordularının müvəffəqiyyəti üçün dua etdiyini” yazır. Bağdadın ingilislərin əlinə keçməsi alman və Osmanlı orduları üçün ağır məğlubiyyət idi. Bundan başqa, Ənvər Paşa alman Baş Qərargahının məsləhəti ilə əmisi Xəlil Paşanın etirazına baxmayaraq 6-cı Ordunu İrana göndərir. Bağdadı isə ingilislərdən geri almaq tapşırığı general Falkenheine verilmişdi. Ona İstanbulda “Türk Marşalı” adı verildi. General Falkenhein Hələbdə Ənvər Paşa ilə görüşüb hərblə bağlı bir sıra müzakirələr edirlər. Görüşdə Xəlil Paşa, Camal Paşa və Mustafa Kamal Paşa da iştirak edirdi. Diyarbəkrdəki 2-ci ordu komandanı olan Mustafa Kamal Paşa 7-ci ordu komandanlığına təyin edildi. İsmət Paşa da burada xidmət edirdi. Polkovnik Ənvər bəy mayor Mustafa Kamalla Trablusqarpın Dərnə cəbhəsində mühacirlər üçün qurulan kampda söhbət edərkən, 1912-ci il. İngilis və Türk orduları var gücü ilə döyüşə hazır idilər. Ancaq ərəblərin ingilisləri dəstəkləməsi ingilis qoşunlarına böyük kömək oldu. Şərif Hüseynin rəhbərliyi altında hərəkət edən ərəblər ingilis donanmasının dəstəyi ilə Hicaz sahillərini ələ keçirmişdilər. Akabedə də bir ərəb birliyi bölgədə nəzarəti ələ keçirmişdi. Belə olduğu təqdirdə alman generalı Falkenhein Ənvər Paşadan 7-ci Orduyu Fələstinə göndərməsini istədi. Ancaq Ənvər Paşa isə Ordunun İraqda qalmasının tərəfdarı idi. Bu yandan da Camal Paşanın rəhbərliyi altında olan birliklər də Qəzzada uğur qazana bilməmişdilər. İngilis generalı Mod isə türk ordusunu general Baratovun rəhbərliyi altında olan rus ordusu ilə öz ordusu arasında sıxışdırmağı planlayırdı. İngilis generalının bu planı general Ali İhsanın (Sabis) rəhbərliyi altında olan hərbi birliyin sayəsində boşa çıxır... İngilislərə qarşı dirənən 13-cü korpusun komandiri Əli İhsan Paşa ingilislərin hücumu zamanı qaçan alman diviziya komandiri Sirdenbaxı vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə Nazmiyi (Solok) təyin edir. İngilislər üstünlüyü əldə etmişdilər və məqsədləri də Fələstini ələ keçirmək idi. 250 min ingilis ordusuna qarşı, 50 min Türk ordusu döyüşürdü. Buna baxmayaraq Camal Paşa Qəzzada ingilisləri məğlub etmişdi. Bundan başqa Qəzzada alman Von Kressin rəhbərliyi altında olan türk birlikləri də ingilislərin hücumlarını dəf edə bilirdilər. Ordunun Qəzzada ingilislərə qarşı uğurlu əməliyyatları Baş Qərargahın əhvalını yüksəltmişdi. Ənvər Paşa da Bağdadın geri alınmasına çalışırdı. Ancaq 7-ci Ordunun komandanı Mustafa Kamal Paşa Ənvər Paşanın bu planın əleyhinəydi. Bunula yanaşı Ənvər Paşaya məktub yazan Mustafa Kamal Paşa Osmanlı əsgərlərinin bir alman komandirinin əmrinə verilməsinin də əleyhinəydi. Uzun sürən mübahisələrdən sonra Mustafa Kamal Paşa 1917-ci il oktyabrın 9-da vəzifəsindən istefa etdiyini bildirdi... Necə deyərlər, artıq zərlər atılmışdı, oyun oynanılmalı idi. Bu yandan da Qüds işğal olumaq üzrəydi. Vəziyyəti belə görən Ənvər Paşa Fələstin İldırım Orduları qrupunun komandanlığını alman generalı Falkenheinə, Suriya və Qərbi Ərəbistan ordularının komandirliyini isə dostu Camal Paşaya həvalə edir. Buna baxmayaraq Osmanlı-Alman işbirliyi bir nəticə vermir və ingilislər uğur üstünə uğur qazanırlar. Və nəhayət, 1917-ci il dekabrın 9-da ingils birlikləri general Allanbayın rəhbərliyi ilə Qüdsə girdilər. Həmçinin ingilislər ərəblərlə də iş birliyi yaradaraq alman generalın rəhbərliyi altında olan Osmanlı ordusunu Ərəb Yarımadasından çıxarmağa çalışırlardı. Bu sırada da General Allanbay Asim Paşa (Gündüz), mersinli Camal Paşa və Ali Fuat bəyin (ordu generalı Ali Fuat Erden) rəhbərliyindəki türk birlikləri ilə döyüşə girdilər. Türk əsgərləri Şeria yaxınlığında ingilsilərin hücumlarını dəf etməyi başarmışdılar. Bu yandan da ingilislər Kərkükə doğru hücuma keçmişdilər. Tam bu sırada 6-cı Ordunun komandiri Xəlil Paşa Ənvər Paşadan belə bir teleqram alır: “Şərq Ordularının Komandiri təyin olunmusunuz”. Teleqramı alan Xəlil Paşa vəzifəsini icra etmək üçün yola çıxır. Ənvər Paşanın özü isə Cənubi Qafqazda – Azərbaycanda idi. Ənvər Paşa qardaşı Nuru Paşanı polkovnik-leytenant rütbəsindən general rütbəsinə yüksəldərək onu “İslam Ordusunun Komandanı” təyin edir. Nuru Paşa əmisi Xəlil Paşanın tabeçiliyində olacaqdı. Bundan sonra Şərq səfəri Ənvər Paşa, əmisi və qardaşı tərəfindən idarə ediləcəkdi. Ənvər Paşa xəyalındakı “Turan imperatorluğu”nu qurmaq düşüncəsindəydi. Rəşad Sahil Geri dön |