Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İbrahim xanın ölümünə səbəb olan erməni məlik Cəmşidin - Qarabağ xanı olmaq istəyini çar niyə rədd etdi? - TARİXİ FAKTLAR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > İbrahim xanın ölümünə səbəb olan erməni məlik Cəmşidin - Qarabağ xanı olmaq istəyini çar niyə rədd etdi? - TARİXİ FAKTLAR

İbrahim xanın ölümünə səbəb olan erməni məlik Cəmşidin - Qarabağ xanı olmaq istəyini çar niyə rədd etdi? - TARİXİ FAKTLAR


Tariximizi, keçmişimizi dərindən öyrənməliyik ki, keçmişdə buraxılan səhvləri yenidən təkrar etməyək. Bunun üçün isə öncə öz tariximizi doğru-dürüst bilməli və həm də öyrətməliyik. Bu səbəbdən də Enter.News tarix elmləri doktoru Mehman Süleymanovun “Erməni milliyətçiliyi və təcavüzkarlığı tarixindən” adlı kitabından İbrahim xanın öldürülməsi ilə bağlı olan hissəni təqdim edir:

III YAZI

Yazının əvvəlini bu linkdən oxuyun

N.Axundov onu da yazırdı ki, məlik Cəmşid Qarabağ xanlığının əleyhinə çoxdan işləyirdi və çarın bölgədəki casusu idi. Fikrinin sübutu kimi göstərirdi ki, 1796-cı ildən başlayaraq məlik Cəmşid çar Rusiyası tərəfindən təyin edilmiş 1400 manat illik təqaüd alırdı. Əslində isə Qarabağ məlikləri heç təqaüd almadan da Rusiyaya casusluq edirdilər və bunu heç gizlətmirdilər. I Pyotrun vaxtından başlayaraq ermənilərə arxalanmaq Rusiyanın dövlət siyasətinə çevrilmişdi. Ermənilər isə özlərini Rusiyanın bölgədəki ən etibarlı dayağı hesab edirdilər. Mövzuya müraciət edən müxtəlif erməni tarixçiləri də erməniləri I Pyotrun dövründən başlayaraq Rusiyanın cənuba doğru istiqamətlənən təcavüzkarlıq siyasətinin dayağı kimi qəbul edirdilər. Məlik Cəmşid də bu “etibarlı” dayağın fəal bir nümayəndəsi idi. O da öz etibarını onunla sübut elədi ki, mayor D.T.Lisaneviçi İbrahim xanın əleyhinə qaldıra bildi.

Rus qoşunları komandanlığına casusluq etməsi və onu İbrahim xana qarşı qızışdırması haqqında Məlik Cəmşidin özünün də məktubları saxlanmaqdadır. Həmin məktublar erməni məliyinin İbrahim xana qarşı necə məkrli xəyanətlər qurduğuna heç bir şübhə yeri qoymur. O, general-mayor Nesvetayevə göndərdiyi məktubunda belə yazırdı: “Bu ərzimlə hörmət və ehtiramımı bildirirəm və əlahəzrətin nəzərinə çatdırıram ki, buradakı vəziyyət və hadisələr haqqında soruşsanız ərz edirəm: Hal hazırda İbrahim xan yolunu azıb və böyük hökmdara xidməti tərk edib. O, farslarla sövdələşib, onların qoşununu gətirib və yaxınlaşdırıb ki, özü onlarla birləşsin və birlikdə gələrək qalanı (Şuşa qalası nəzərdə tutulur-M.S.) dörd yandan mühasirə etsin. Mərhəmətli cənab! Ancaq onun oğulları Mehdiqulu xan və Cəfərqulu ağa heç də hökmdara xidmətdən əl cəkməmişlər. Onlar hər ikisi xeyrixah mayor Dimitri Tixonoviçə (Lisaneviç nəzərdə tutulur-M.S.) bəyan etmişlər ki, biz şəfqətli hökmdara sədaqətlə xidmət edəcəyik və biz atamız İbrahim xana nə qədər desək də ki, bu yol düz deyil, bunu etmə, hökmdara yaxşı qulluq et, yenə yerinə yetirmir. Bundan sonra siz deyən olacaq. Sizin və sizin hökmdarın qoşunları və faydası nə tələb edirsə, eləcə də hərəkət edin. Mərhəmətli cənab! Qəti əmin olun ki, mayor Lisaneviçin başqa yolu yox idi. Ona görə həmin gecə İbrahim xanın üzərinə getdi. Çünki səhəri fars qoşunları gəlməli idi ki, o, onlarla birləşsin. İbrahim xan öz qoşunlarını qaladan çıxarmışdı. Buna görə də mayor rus qoşunlarının bir hissəsi ilə gecə İbrahim xanın üzərinə getdi və qarma-qarışıq vaxtı güllə onun bir neçə adamını öldürdü.”

İbrahim xanın ölümünə səbəb olan erməni məlik Cəmşidin - Qarabağ xanı olmaq istəyini çar niyə rədd etdi? - TARİXİ FAKTLAR

Məlik Cəmşidin məktubundan onun İbrahim xana necə böyük qəzəblə yanaşdığını görmək çətin deyil. Heç şübhəsiz ki, məlik Cəmşid general Nesvetayevə söylədiklərini əvvəlcə mayor Lisaneviçə söyləmiş və bununla da İbrahim xanın qətli üçün zəmin hazırlanmışdı. Məlik Cəmşidin mayor Lisaneviçi onun rəisinin gözündə belə ciddi-cəhdlə təmizə çıxarmaq istəməsi də onların yaxın münasibətindən və əlbir fəaliyyətindən xəbər verirdi.

Cəmşidlə Lisaneviçin İbrahim xanın qətlindəki birgə fəaliyyətini ermənilər də etiraf edirdilər. Məsələn, Arakelyan adlı birisi belə yazırdı:

“Bu işdə Lisaneviçlə məlik Cəmşid (Vərəndə məliyi) böyük kömək göstərmişdir. O öz atlı dəstələri ilə İbrahim xanın Şuşadan çıxdığı məlum yolun üstundə durmuşdu. Çar ordusu qarşısındakı bu xidmətinə görə məlik Cəmşid polkovnik rütbəsi almışdı”.

A.Arakelyanın yazdıqları daha bir neçə məqamı üzə çıxarırdı. Belə ki, məlik Cəmşid İbrahim xanın öldürülməsində təkcə təhrikçiliklə yox, həm də əməli şəkildə iştirak etmişdi. O öz dəstəsi ilə İbrahim xanın geri çəkilmək yolunu bağlayıbmış. Digər tərəfdən onun İbrahim xanın qətlindəki iştirakı Rusiya sarayı tərəfindən təqdir olunmuş və ona polkovnik rütbəsi verilmişdi.

İbrahim xanın hər hansı ciddi bir səbəb olmadan öldürüldüyünü yüksək rütbəli və vəzifəli rus zabitləri də etiraf etməli olmuşdular. Qarabağda meydana gələn ciddi narazılıqlar rus zabitlərini çətin vəziyyətə salmışdı və bölgədə Rusiyanın mövqelərinin itirilməməsi üçün Rusiya qoşunlarının komandanlığı hətta istintaqa başlamışdı. General-feldmarşal Qudoviç 1806-cı il avqustun 21-də Rusiya hərbi-piyada qüvvələri naziri Vyazmitinova göndərdiyi məktubunda belə yazırdı: “Gürcüstandakı qoşunların komandanı general-mayor Nesvetayevdən aldığım raportdan aydın olur ki, 17-ci yeger alayının podpolkovniki Lisaneviç və onunla olmuş mayor Corayev vadaredici səbəb olmadan yeger dəstəsi ilə İbrahim xan Şuşalının üzərinə hücum etmişlər. Qoşunsuz olan İbrahim xanın yanında kişi və qadın cinsindən ibarət olan 35 nəfər xidmətçi, bir arvadı və üç azyaşlı uşağı olmuş və Şuşa qalasının o biri tərəfində, heç bir istehkam olmayan dağda imiş. Dəstəni qarşılamağa çadırdan özü çıxmış və heç bir atəş açmamışdır. Ancaq yegerlər atmağa və süngü ilə doğramağa başlayıblır. İbrahim xan orada öldürülüb. Onun bütün mülkü və əmlakı isə basqın edənlər tərəfindən talan olunub. İbrahim xanın oğlu Mehdiqulu xanın, eləcə də Qarabağ və Şuşa əhalisinin talan edilmiş çoxlu sayda əşyaların qaytarılması barədə xahişləri və yazdıqları məktublar genaral-mayor Nebolsin tərəfindən aparılan araşdırmalarla təsdiq olunur. Baxmayaraq ki, mən onların məktublarını və xahişlərini, habelə podpolkovnik Lisaneviç və mayor Corayevin günahkar kimi tanınmalarını təsdiqlənmiş əsas kimi qəbul etmirəm. Bununla belə general Nebolsinin araşdırmalarının təsdiqini də ehtimaldan kənarda qoymaq olmaz. Ona görə də qərara aldım ki, podpolkovnik Lisaneviç və mayor Corayev üzərində formal istintaq aparılsın və bununla da İbrahim xanın qohumlarına və fəth edilmiş digər xalqlara göstərilsin ki, əlahəzrət imperatorun qoşunları və ədaləti heç bir yerdə cinayətlərə haqq qazandırmır və həmişə ədalətli müdafiəni təmin edir”.

İbrahim xanın ölümünə səbəb olan erməni məlik Cəmşidin - Qarabağ xanı olmaq istəyini çar niyə rədd etdi? - TARİXİ FAKTLAR

General-feldmarşal Qudoviç general Nesvetayevə göndərdiyi məktubunda isə istər Lisaneviçin, istərsə də Corayevin əməllərinin onların vəzifələri və xidməti borcları ilə üst-üstə düşmədiyini bildirir və tezliklə haqlarında istintaqın başlanmasını tələb edirdi. Qudoviç eyni zamanda İbrahim xanın talan olunmuş əmlakının geri qaytarılmasını qətiyyətlə tələb edirdi. Lakin yuxarıda deyildiyi kimi bu məsələdə lazımi qətiyyət göstərilmədi, Lisaneviç və onun həmfikirləri hər hansı bir cəza almadılar.

Məlik Cəmşid isə İbrahim xanın ölümundən sonra sakitləşmədi, onun ölümü ilə Qarabağda hakimiyyətin ermənilərə deyil, yenidən İbrahim xanın nəslinə keçməsi onun niyyətlərinə cavab vermirdi. Ona görə də bu dəfə məlik Cəmşid İbrahim xanın varisi Mehdiqulu xan haqqında məkrli xəyanətlər yolunu tutdu. Baxmayaraq ki, o özünün yuxarıdakı məktubunda Mehdiqulu xanın Rusiya ilə imzalanan müqaviləyə sədaqətli olduğunu yazırdı. Bir müddət keçdikdən sonra məlik Cəmşid Rusiya qoşunları komandanlığına nəinki Mehdiqulu xanın, ümumən, bütün azərbaycanlıların yalançılığı və satqınlığı barədə məktublar göndərməyə başladı. General Qudoviçə ünvanlanmış 27 mart 1807-ci il tarixli məktubunda məlik Cəmşid yazırdı: “Acizanə şəkildə sizin xidmətinizdə hazır olduğumu bildirirəm və sizə, əlahəzrət, çatdırıram ki, tatarların (azərbaycanlılar nəzərdə tutulur-M.S.) bütün sözləri yalandır. Mehdiqulu xan da eləcə. Əgər Şuşa qalası və ya Qarabağ ərazisi Mehdiqulu xanın əlində olsa, əmin olun ki, onun sizə inamı yoxdur.

İbrahim xanın ölümünə səbəb olan erməni məlik Cəmşidin - Qarabağ xanı olmaq istəyini çar niyə rədd etdi? - TARİXİ FAKTLAR

Mən yazılı sənəd-sübuta malik olmasam da, danışırlar ki, Mehdiqulu xan farslarla əlaqədədir. Deyəsən elə belədir. Biz, burada yaşayan ermənilər, tatarlardan eşitmişik ki, guya siz, əlahəzrət burada olan bütün qoşunların çıxarılması barədə əmr vermisiniz. Ona görə də biz, bütün ermənilər, böyük qəm və kədər içindəyik. Gecə və gündüz Allaha dua edirik ki, əgər buranı Mehdiqulu xan idarə edəcəksə, onda qalada çoxlu qoşuna ehtiyac vardır. Heç olmasa 6-7 yüz nəfər. Ya da onu Tiflisə aparın və (idarəçiliyi) bir sədaqətli və inama layiq adama tapşırın. Onda qalanın qorunması üçün 300 və ya 400 adam kifayət edər. Əgər belə olmazsa onda əmin olun ki, 10 gündən sonra farslar Qarabağda olacaq və ya farslarla dolacaq. Farslar Qarabağı tutandan sonra isə Yelizavetpola, Şəmşəddilə və Qazaxa rahatlıq verməyəcəklər. Bütün xristianları qırıb əsir götürəcəklər. Ona görə də yalvararaq xahiş edirəm ki, İsa xatirinə xristian qanına rəhm edərək idarəçiliyi sadiq bir adama tapşırın. Onda 300 və ya 400 əsgər də kifayət edəcək, 600-700 əsgərə ehtiyac olmayacaq. Burada olan qoşunların rəisi də ciddi və tatarların əməllərinə bələd olmalıdır. Əlahəzrət, əgər istəyirsinizsə ki, buradakı xandan və ya digər tatarlardan xatircəm olasınız onda buraların işlərinə bələd olun. Lisaneviçə tapşırın ki, o, Qarabağın tanınmış adamlarından istədiyi 7 və ya 8 adamı sizin yanınıza əmanət göndərsin.

Buradakı tatarlar həmişə rus qoşunlarının qaladan getməsi zəruriliyindən danışırlarsa, bundan ermənilər çox böyük həyəcan keçirirlər. Mən isə həmişə onlara deyirəm ki, onlar söylənilənlər haqqında düşünməsinlər və rus qoşunları getməyəcəkdir. Allah eləməsin, əgər belə bir şey varsa, onda qoşunların rəisinə əmr edin ki, o, buradakı bütün erməniləri toplasın və Gürcüstana köçürsün. Sonra necə istəyirsinizsə eləcə də edin”.


Məlik Cəmşid hər vasitə ilə Qudoviçin nəzərinə çatdırmaq istəyirdi ki, Mehdiqulu xan hakimiyyətdən uzaqlaşdırılsın və idarəçilik etibarlı, həm də yerli əhalinin adətlərinə bələd olan adamlara tapşırılsın. Heç şubhəsiz ki, belə keyfiyyətləri məlik Cəmşid özundə görürdü. Ancaq Rusiya tərəfi belə bir addımı atmadı. Yəqin, Rusiya tərəfi də getdikcə daha dərindən əmin olurdu ki, ermənilərə böyük səlahiyyətlər vermək düzgün deyil. Onlardan ancaq bir vasitə kimi istiafdə etmək, həmişə də onları ümidlərlə yaşatmaq Rusiyanın mənafeyinə daha çox cavab verir.

SON

Geri dön