Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İp (hekayə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > İp (hekayə)

İp (hekayə)


Güney Azərbaycanın istiqlalı uğrunda canından keçən mücahidlərimizə həsr olunur.


Budur, artıq onun üçün hər şey arxada qalmışdı. Bu zamana qədərki keçirdiyi zillətli həyatı mübariz, amma bir o qədər də solğun simasında əks olunurdu. Ən əsas da gözləri, dərin mənalı gözləri... Kim bilir, bəlkə də bu vaxta qədər çoxlarının görmədiyi insanlıq dışı, onlarla, yüzlərlə dəhşətli olayların şahidi olmuş o çarəsiz gözlər... Dili də tutulmuşdu. Artıq illərdir susmayan dili sanki yorulmuş, bitkin düşmüşdü. Görəsən nə idi onun 20 illik mübarizə həyatını təsvir edən çılğın dilini susduran?... Əlbəttə, onun indiki simasına minlərlə sual vermək olardı, amma təəssüf ki, cavab olmayacaqdı, həm də heç vaxt, heç bir cümlə də...
Başdan ayağa qara geymiş, üzünə belə qara örtükdən maska taxmış cəllad ipi onun boğazına keçirəndə, demək olar ki, bütün həyatı bir film lenti kimi keçdi gözlərinin önündən...
Nisbətən sarışın, aydın bir siması olan Eltac, Güney Azərbaycanın Urmiya bölgəsində, şair ailəsində doğulmuşdu. Sadə, olduqca təvazökar bir ziyalı olan atası Fərruxzad, aradabir yerli şeir məclislərində iştirak edir, öz həmkarları ilə gecədən xeyli keçənə qədər Tanrının insanlara bəxş etdiyi əvəzsiz xəzinə - söz davasına çıxırdı. Hərdənbir balaca Eltacı da özüylə gətirir, bu möhtəşəm məclisdən onun da həzz almasına şərait yaradırdı. Uşaqlıqdan sözə, şeiriyyata öyrəşən Eltac da atasından sonra bu ilahi sənəti məmnuniyyətlə davam etdirdi.
Eyni zamanda kiçik bir ərzaq dükanında atasıyla birlikdə gənc Eltac, Urmiya bazarında işləyirdi. Gələnə-gedənə olduqca diqqətlə yanaşan, bütün müştərilərini bacardığı qədər razılıqla yola salmağa çalışan atası kimi, Eltac da aldığı gözəl tərbiyə əsasında vicdanlı, humanist bir şəxsiyyət kimi yetişmişdi. Onun üçün hər şeyin – həyatın bir mənası vardı, sağlam, vicdanlı, ədalətli və insanlığa qarşı xeyirxahlıqla yaşamaq...
İyirmi yaşına qədər ancaq ticarət və şeiriyyatla məşğul olan Eltac, daha sonralar ali təhsil almaq üçün şəhər mərkəzindəki universitetə yollandı. Elə hər şey – həyatını tamamilə dəyişən əsas olaylar bundan sonra başladı.
Ziyalı ailəsində böyüdüyü üçün universitet həyatına tez öyrəşən gənc, burada özü də bilmədən bir ilin içində həm tələbə yoldaşlarının, həm də müəllimlərinin sevimlisinə çevrilmişdi. Bütün elmi və ictimai məsələləri dərindən analiz etməyi bacaran bu istedadlı oğlan, yalnız bircə şeyi anlaya bilmirdi. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil etdiyi məmləkətində niyə bütün təhsil ona yad olan bir dildə - farsca keçirilirdi. Bu düşüncəylə iki ili başa vurduqdan sonra bir qrup milliyyətçi gənclərlə tanış oldu və hər şeyi ondan sonra daha yaxşı anlamağa başladı.
Qoşulduğu şeir məclislərində, dostlarıyla görüşlərində gərəkli mövzularda mübahisələr edir, məmləkətin bir sıra problemlərinin həlli haqqında geniş müzakirələr aparırdı. Və bütün bunları, əlbəttə ki, öz ana dilində - Türk dilində edirdi. Təbii olaraq, tədricən onda bir sıra cavabsız suallar yaranmağa başlamışdı. Bu sualların ilki isə, əlbəttə ki, təhsildə, dövlətdə ana dilinin yer almaması idi.
Hər şey dil ilə bitmirdi. Şovinist fars höküməti, xüsusi planlarla Türklərin geniş yaşadığı ərazilərdə qəsdən, iri həcmli investisiyaların, iqtisadi yatırımların və iri çaplı sənaye layihələrinin yaradılmasına da mane olur, xaricdə təhsil alıb gələn yüksək intellekt bacarığı olan Türklərin öz doğma torpaqlarında işləməsinə qarşı çıxır, bütün elmi, iqtisadi, sosial və bir sıra mədəni yeniliklərin də çoxunluqla farsların sıx yaşadığı bölgələrdə inkişafına şərait yaradırdı. Beləliklə, tədricən Türklər yaşayan ərazilər ümumi ölkə iqtisadiyyatı üçün önəmsiz olur, insanlar daha aşağı səviyyədə yaşayır və güzarını günü-gündən pisləşirdi. Hətta, Türklərin normal dini-ənənəvi yaşayış tərzinə də qarışılır, bütün dini, milli bayramları, özəl günləri, xüsusi ibadət mərasimləri təzyiqə uğrayırdı. İnsanlara ancaq bir şey – mərkəzi hakimiyyətin xüsusi təbliğatı, “liderin” ilahiləşdirilməsi və farsların (arilərin) aliliyi – “Ali irq”-çilik kobud üsullarla yeridilməyə çalışılırdı. Türklərlə bərabər bütün qeyr-fars xalqlar da eyni cür ayrı-seçkiliyə məruz qalır, aşağılanır, asimilə edilməyə çalışılırdı. Bunlara qarşı çıxan kimsələr də müxtəlif bəhanələrlə təqib edilir, həbs edilir, öz fikrində qətiyyətli olanlar qısa bir zamanda məhkəməsiz-filansız, kəşfiyyat orqanları tərəfindən edam edilirdi...
İndi o anları yadına saldıqca kövrələn, eyni zamanda mövcud rejimə qarşı nifrəti daha da artan Eltac üçün hər şey bitsə də, yenə də son anlara qədər ümidlə gülümsəyərək, bu zamana kimi yaşadığı mübariz həyatını xatırlamağa çalışdı...
Otuz yaşı vardı. Artıq bir neçə milli “məclis”-də iştirakına görə hakimiyyət tərəfindən dəfələrlə ciddi xəbərdarlıqla qarşılaşmışdı. Atası bir il bundan öncə vəfat etmiş, anası hökumət qüvvələrinin çox saylı təzyiqinə görə, Eltacın xahişiylə, ölkənin quzeyinə - öz dədə-baba yurduna köçmüş, hələ yeniyetmə olan bacısı Gülzar isə, bir dostunun köməyilə qonşu Türkiyəyə qaça bilmişdi. Orada öz istəyi üzrə hüquq fakültəsində təhsil alacaq, daha sonra təhsilini və həyatını davam etdirmək üçün Avropaya pənah aparacaqdı. Bütün bunları təşkil etməkdə Eltacın bir məqsədi vardı, gözünü qan bürümüş, vicdandan, Allahdan, dindən uzaq fars quduzlarından ailəsini qorumaq istəyirdi. Çünki ölkə kəşfiyyatı milli mübarizəyə qoşulan kimsənin ailəsini, nəslini rahat buraxmır, ta o adam mübarizədən geri çəkilənə, hökumət qüvvələrinə təslim olana qədər ona təzyiq edir, ailəsiylə onu dəhşətli üsullarla şantaj edirdi. Hətta, xarici mediaya çıxa bilən milli fəalların bir neçə yaxınını xüsusi təşkil edilmiş qaydalarla və bəhanələrlə həbs edir, onları soyuq, buz zindanlara salır və insanlıq tarixində görülməmiş dəhşətli işgəncələrlə qarşı-qarşıya qoyurdular. Əsas bəhanə isə daim eyni olurdu – qaçaqmalçılıq, qeyri-qanuni işlərlə məşğul olmaq, “şəriət”-in qanunlarını kobud şəkildə pozmaq və əlbəttə ki, “milli təhlükəsizlik”...
İslam donuna bürünmüş bu saqqallı “şeytanlar”, əslində bütün varlığıyla birlikdə İslamdan, dindən uzaq idilər. İslama qədərki fars adətlərini, qeyri-insani və qeyri-müsəlman köhnə qayda-qanunları “şiəlik” adı altında dinə soxuşdurur, bütün ölkə əhalisini beləcə ənənəvi farsçılığa – paniranizmə yönəltməyə çalışırdılar. Əlbəttə ki, bu işdə onlara “Şərq”-dən və “Qərb”-dən böyük havadarlar dəstək olurdular. Çünki bütün insanlığa qarşı oynanan bu çirkin “oyun”, əslində yüzilliklərin tək ədalət carçısı olmuş, daim Tanrı ədalətini dünyada bərqərar etməyə çalışmış Türklərə qarşı idi...
Eltac, boynuna keçirilən ipin sıxıntısını hiss etdikcə, ürəyini, içini yeyib dağıdan həyat eşqinin bitməz, tükənməz arzularının, can şirinliyinin çarəsizliyini duyurdu. Tədricən yenə, bir neçə dəfə xəyallarında keçmişə “gedib-gəldi”, boğazına salınmış zalım iplə həyat mücadiləsi verən məzlum Eltac...
Aygün ilə o universitetdə tanış olmuşdu. O zaman ki, Eltac ikinci kursda oxuyurdu. Dəliqanlı, nisbətən coşqun ruhlu qız olan Aygün milliyyətçi Türk xanımı idi. Onlar dəfələrlə milli bayramların qeyd günlərində - məclislərdə qarşılaşırdılar. Və günlərin bir günü Aygün Eltaca yaxınlaşıb öz saf ürəyini ona açdı. İlk öncə bundan çox təsirlənən və həyəcanlanan Eltac, tədricən özünə gəldi və qarşısındakı bir bulaq suyu qədər saf və gözəl olan xanımın duyğularına cavab verdi. Elə o gündən sonra ürəkləri daim vətən eşqiylə döyünən bu iki Türk gələcək talelərini bir-biriylə bağladılar. Hər şey olduqca gözəldi. Ta ki, quduz hakimiyyət qüvvələrinin amansız “qılıncı” onları ayırana qədər...
Böyük bir dolaşıq ip kimi görünən bu insanlıq dramının səbəbisə əslində çox sadə idi. Ta qədimdən bu əzəli torpaqlar uğrunda “İran-Turan” savaşları gedirdi, iki millət – Türklə fars arasında... Baxmayaraq ki, tarixilik, etnik kökən və əhalinin yerləşməsi baxımından “İran” adlanan yerin sahibi Türklər idi, tarixin bütün qatlarında müxtəlif yollarla farslar daim öz məkrli planlarını həyata keçirməyə çalışmışdı. Buna məzhəb ayrımçılığı daxil, bütün bölücü vasitələr aid idi. Böyük Türk imperatorluqları zamanından farslar şeytan kimi dondan-dona girmiş, şeir-sənət və s. bəhanələrlə öz adətlərini, təməl prinsiplərini, dillərini yeritməyə çalışırdılar. Son nəticə isə ingilislər başda olmaqla, farsların digər Avropa havadarlarının dəstəyilə 1925-ci ildə axırıncı Türk sülaləsi Qacarları devirib hakimiyyətə gələ bildilər. Və hər şey – Türklərə qarşı bütün haqsızlıqlar bundan sonra daha təkmil hal almağa başlamışdı...
Aygünlə Eltac Dədə Qorqud dastanındakı Beyrəklə Banıçıçəyin prototipi sayıla bilərdi. Çünki hər şey, hətta xarici görünüşləri belə onları andırırdı. Tanrı bəlkə də bu iki gəncin simasında həqiqi, saf məhəbbətin nümunəsini yaratmışdı. Onların ay çöhrəsində ülvi məhəbbət əks olunmuşdu. Nəhayət, taleləri də oxşar oldu. Sadəcə Aygün Banıçiçəkdən fərqli olaraq Ulu Yaradana daha tez qovuşdu. Bu əsrarəngiz, eyni zamanda qəhrəman ruhlu Türk gözəlinin ölümü isə özünəməxsus, olduqca möhtəşəm oldu.
Yaxşı yadındadır, ənənəyə sadiq qalaraq hər milli bayramda Güney Azərbaycandakı Türk milliyyətçiləri toplu şəkildə Azərbaycanın əzəli sərkərdəsi, milli mübarizənin simvolu Babəkin Bəzz qalasını ziyarət edirdilər. Baxmayaraq ki, şovinist hakimiyyət bunu qadağan etmiş, dəfələrlə öz zalım qılıncını istifadə edərək onlarla günahsız Türkü edam etmiş, qadınlı-kişili dar ağacına aparmışdı. Ancaq mübariz Türk övladları əsla öz yolundan dönməmiş, sonu ölüm də olsa milli mübarizədən çəkinməmişdilər. Aygünü də ölüm bu ziyarətlərin birində haqladı.
Ziyarət yenicə başlamışdı ki, Kəşfiyyat Nazirliyinin xüsusi qrupu qısa zamanda milliyyətçiləri mühasirəyə aldı. Onda Eltac Aygünün əlindən bərk-bərk tutmuşdu. Sanki ürəyinə dammışdı canından çox sevdiyi yarının zorla, vəhşiliklə ondan ayrılacağı... Son olaraq onlar bir-birilərinə böyük həsrət və sevgiylə baxdılar. Fars quduzları Aygünü yaxalayanda Eltaca sadəcə - məni sevirsənsə qaç – deyə bildi. Sevgilisindən ayrılmaq istəməyən Eltac isə bir neçə dostunun təkidiylə oradan uzaqlaşdı. Amma çox keçmədi ki, “mollacığazlar” onu da tutub soyuq, qaranlıq bir hücrəyə atdılar.
Aygünün ölümü haqda o bir neçə aydan sonra, həbsxana rəhbərliyinin ümumi müşavirəsində eşitmişdi. Elə o andan həyata və var olan hər şeyə inamı itən Eltac bir şeyi – ölümü fikirləşirdi. Mərd Türk qızı Aygün isə “dindirilmə” zamanı Orqanın ac “köpək”-lərinə boyun əyməmək, bədənini, ruhunu onlara peşkəş etməmək üçün təsadüfən tapdığı şüşə parçasıyla biləklərini doğrayaraq haqqa qovuşmuşdu...
Necə də dəhşətdir, Ulu Tanrı, insanlığa qarşı belə qəddarlıq olarmı? İran zindanlarında olan işgəncə, “məhbus”-larla davranış demək olar ki, dünyanın başqa heç yerində yox idi. Vaxtilə Qarabağda dəhşətli cinayətlər törədən hay (erməni) cəlladları da bütün iyrənc vasitələri elə qohum olduqları, son 200 ildə onları daim dəstəkləmiş farslardan öyrənmişdilər...
Bu gün isə Babək təki Eltacın edam mərasimi idi. Məhbəsdə olduğu son vaxtlarda dəfələrlə ölümə, intihara cəhd etmiş, dostları ilə aylarla aclıq aksiyasına qoşulmuş Eltac axır ki, farsları bezdirə bilmiş, onları yenilməz Türk ruhu qarşısında məğlub etmişdi. Və son qərar onun ölümü oldu. Heç bir özən göstərilmədən, sadəcə qaranlıq bir həbsxana hücrəsində yoğun iplə asılmaq idi bu Türkün də sonu...
O ip ki, onu açmaq hələ uzun illər mümkün olmayacaqdı. Düzəni quran qurmuşdu. Əhalisinin yarıdan çoxunu Türklər təşkil edən İranda azınlıq olan tək millətin – farsın sözü keçirdi. O, ağa qara desə elə də qəbul olunmalıydı. Çünki Tanrı yolundan uzaqlaşmış güclü dövlətlər sırf Türkü məhv etmək məqsədiylə onu dəstəkləyirdi. Bəli, bura Tanrının deyil, İblisin krallığı idi...

Elşən İsmayıl
18-28 dekabr 2016-cı il




Geri dön