Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Miras əmlakının qanunvericilikdə bölgüsü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Miras əmlakının qanunvericilikdə bölgüsü

Miras əmlakının qanunvericilikdə bölgüsü


Şəriətdə bunun qaydaları

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Bəs görək, yaranan mübahisələrin qanunvericilikdə və dinimizdə həlli yolları necədir?.
Misal üçün fiziki şəxsin ölümündən sonra onun malik olduğu əmlakın sonrakı hüquqi vəziyyətinin qanunvericiliklə və müqəddəs kitabımız olan Qurani Kərim»də hansı qaydalar üzrə tənzimlənməsinə diqqət edək:
Mövcud qanunvericiliyə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar.
Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.
Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
Yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır.
Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Müqəddəs kitabımız olan «Qurani-Kərim»in Nisa, Bəqərə, Əl-Əhzab və digər surələrində varislərə düşən miras payları aşağıdakı kimidir: .
«(Ey kişilər! Vəfat etmiş) arvadlarınızın ... qoyub getdikləri malın yarısı sizindir...».
«Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür...
«...vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»
Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir...
«Vərəsə haqlarını öz sahiblərinə çatdırın. Artıq nə qalarsa o, birinci kişiyə verilməlidir».
«...vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»)
Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır...»
«...qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür...
Miras, payı təyin edilmiş insanlara, qohumluq əlaqəsi olanlara və uzaq qohumlara verilir.
Quranda miras əmlak üzrə paylar yarı, dörddə bir, səkkizdə bir, üçdə iki, üçdə bir və altıda bir kimi təyin olunmuşdur. Miras əmlakın yarısı arvadının övladı olmayan ərin, (Allah-taala buyurur: «(Ey kişilər!) Əgər (Vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, ... qoyub getdikləri malın yarısı sizindir...», qızın («...Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur...»), oğulun qızı, doğma və atadan bir olan bacı («övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır...») payına çatır.
Miras əmlakın dörddə biri (1/4) Arvadının övladı olan ərin, («Onların (arvadlarınızın) övladları olduqda isə mirasın dörddə biri sizə çatır...»), ərinin övladı olmayan arvadın («Əgər sizin uşağınız yoxdursa, ... qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür...») payına çatır.
Miras əmlakın səkkizdə bir hissəsi (1/8) ərinin övladı olan arvadın («...Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara (arvadlarınıza) çatır...») payına çatır.
Miras əmlakın üçdə iki (2/3) hissəsi iki qız və oğulun iki qızının, («...Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır...»), 3, 4. İki (atabir-anabir) doğma bacı və atabir iki bacının («...Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır...») payına çatır.
Miras əmlakın üçdə bir hissəsi (1/3) mirasını tam almağa maneəçiliyi olmayan ananın («...Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir...»), sayları iki və ya daha artıq olan anabir bacı və qardaşların («...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir...») payına çatır.
Miras əmlakın altıda bir (1/6) hissəsi övlad və ya qardaşla birlikdə olan ananın («...Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir...»), anabir qız və ya oğlan övladın, («...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür...»), övlad ilə qalmış atanın («...Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...») payına düşür.
Nisa surəsində deyilir:
Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: Kişiyə iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir”.
“Etdikləri vəsiyyət və borcdan sonra ərlərinizin əgər uşaqları yoxdursa, qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, qoyub getdiklərinin dörddə biri sizindir. Uşağınız yoxdursa, sizin də etdiyiniz vəsiyyətdən və borc çıxıldıqdan sonra qoyub getdiyinizin dörddə biri onlarındır (arvadlarınızındır). Uşağınız varsa, qoyub getdiyiniz mirasın səkkizdə biri onlarındır.
Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır. Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.
Əgər ölmüş qadınlarınızın uşaqları yoxdursa, onların qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, onda qoyub getdiklərinin etdikləri vəsiyyəti və ya borcu çıxdıqdan sonra dörddə biri sizindir. Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır. Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.
Bunlar (miras payları) Allahın qoyduğu qanunlardır (hüdudlar). Kim Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu içərisindən çaylar axan Cənnətə qoyacaq. Onlar orada əbədi qalacaqlar. Böyük qurtuluş budur.

Geri dön