Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan türklərinə qarşı törədilən soyqrımların xronologiyası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycan türklərinə qarşı törədilən soyqrımların xronologiyası

Azərbaycan türklərinə qarşı törədilən soyqrımların xronologiyası


1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Cənubi Azərbaycan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədib. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 20 mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Amma əslində 100 mindən çox insane göstərilən zamanda erməni vəhşiliyinin qurbanı olub.

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımı hadisələrinin tarixi aspektlərini danışıb.

- Soyqırımı-etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsidir.

“Bu, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi nəzərdə tutulmuşdur”.

Qanlı olayın soyqrımı adlandırılması qətlə yetirilən insanların sayı ilə ölçülmür. Burada insanların sayı deyil, əsas kimi insanlar düşünülmüş şəkildə, vəhşilikləqətliamından söhbət gedir.

Dünyanın bir çox xalqları tarixin müxtəlif dönəmlərində soyqrıma məruz qalaraq yer üzündən siliniblər

Məsələn, qədim Latınlar Roma şəhərinin əsasını qoymaq məqsədi ilə məcburi şəkildə şəhərə dəvət edilib. Öz elmini, savadını başqa xalqlara verən bu xalq nəticədə asimilliyasiyaya uğrayıb. Bu gün latın dili var, amma bu adda xalq yoxdur. Başqa nümunə kimi İkinci Dünya Müharibəsində yahudilər haqqında hazırlanmış planı göstərmək olar. Bu da soyqrıma gedən yol idi. Yaxud fransızların Əlcəzairdə törətdikləri qırğınlar nəticəsində 100 minlərlə əlcəzairlinin həyatına son qoyuldu.

Yaxud, ən yeni tarixdə Yuqoslaviyada serblərin planlı şəkildə 8 mindən çox insanı məhv etməsi və s. soyqrımları göstərmək olar.

Azərbaycan tarixində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrımların ilk məşqi 1905-ci ildən başlayır

Azərbaycan tarixində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrımların ilk məşqi 1905-ci ildən başlayır. 1890-cı ildə ermənilər Tiflisdə “dənizdən- dənizə” böyük Ermənistan xülyasını reallaşdırmaq , türk-müsəlman əhalisinin tarixi torpaqlarını zəbt etmək üçün “Daşnaksütyun” partiyasını yaratdılar. Bu partiyanın rəhbərliyi, çar hakim dairələinin dəstəyi ilə 1905-1906- cı illərdə Azərbaycan ərazisində on minlərlə azərbaycanlı qətlə yetirildi və qarət edildi. Elə kəndlər oldu ki, tamamilə yerlə yeksan edildi, bərpası mümkün olmadı. Belə kəndlərdən Naxçıvanın Cəhri kəndini göstərmək olar. Qeyd edim ki, erməni kilsəsi “Böyük Ermənistan” xülyasının reallaşması üçün əlindən gələni edirdi. Ancaq Osmanlıdan, İran azərbaycanlılarından gələn kömək onları dayanmağa məcbur elədi.

Osmanlının Birinci Dünya Müharibəsində uğursuzluğu, Sarıqamış əməliyyatında 90 min əsgərin əsir düşməsi ermənilər üçün münbit şərait yaratdı

Osmanlının Birinci Dünya Müharibəsində uğursuzluğu, Sarıqamış əməliyyatında 90 min əsgərin əsir düşməsi ermənilər üçün münbit şərait yaratdı. Osmanlı ermənilərilə çar Rusiyasının erməniləri birləşərək Osmanlı ərazisində 100 minlərlə insanın həyatına son qoydu. Amma tarix təhrif olundu. 1965-ci ildə Ermənistanda soyqrıma abidə qoyulanda heç ermənilər özləri də inanmırdılar ki, bu yalan bu qədər dəstək alacaq. Səbəb odur ki, dünən Osmanlını istəməyənlər, bu gün də Türkiyəni, Azərbaycanı istəmir. Nəticədə 1918-ci il martın 31-dən başlayaraq Azərbaycan şəhərləri, qəzaları, kəndləri məhv edildi, tarixi abidələri dağıdıldı, o cümlədən Bakının İsmayilliyə binası, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanaları, “Kaspi” qəzetinin redaksiyası və Qurani-Kərimin Azərbaycan-dilində çap olunan beş min nüsxəsini yandırdılar. Quba qəzasında 162 kənd dağıdıldı, onlardan 35 hal-hazırda mövcud deyil. Bu soyqrıma azərbaycanılarla yanaşı yahudilər məruz qaldılar. Şimi dərəsi adlanan yerdə 3 min yahudi öldürülərək dərəyə atıldı. İyun ayının 20-25 də isə erməni silahlı birləşmələri Culfada Araz çayı üzərində körpünü partlatdılar, Ordubadda isə 2000 min azərbaycanlını qətlə yetirdilər, ermənilərin işgəncələrindən canını qurtarmaq istəyənlərdən 300 nəfəri Araz çayını keçərkən boğuldu.

1919-1920-ci illərdə erməni quldur dəstələrinin təcavüzü nəticəsində Qərbi Azərbaycandan 220 min nəfəri qaçqın vəziyyətində yaşayırdı. Cənubi Azərbaycandan 45 min nəfər ermənilərin yatardığı aclıqdan və xəstəlikdən vəfat etdi.

Daima tariximizi araşdırmalı, təbliğat aparmalıyıq

1948-1953-cü illərdə isə Ermənistan SSR-dən Azərbaycan SSR-yə 150 minə qədər azərbaycanlı deportasiya olundu.

1988-1999- cu illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistan respublikasında yaşayan 250 mindən çox azərbaycanlı və Azərbaycanın işğal olunmuş ərazilərindən 760 mindən çox azərbaycanlı öz dədə- baba torpaqlarından qovuldu. Azərbaycanlı qaçqınların sayı 1 milyonu keçdi.

Amma qeyd edim ki, nə qədər ki, Azərbaycan iqtisadi, hərbi cəhətdən inkişaf edir, dünya Azərbaycanın maraqlarını təmin etməyə borcludur. Bizi artıq 2011- ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçiblər. Bu o deməkdir ki, tarix yorulmamalıdır, inciməməlidir. Daima tariximizi araşdırmalı, təbliğat aparmalıyıq.

İndi necə, zaman-zaman xalqımızın üzləşdiyi soyqırımları dünya çapına çıxara bilirikmi?

Xocalı soyqrımının şahidi və əslən Xocalıdan olan millət vəkili Elmar Məmmədov isə bildirir ki, yalnız müstəqillik qazandıqdan sonra soyqrımlar dərindən araşdırılmağa başlanılıb:

Beynəlxalq istiqamətdə çox güclü təbliğat gedir. Təbii ki, bu təbliğatların aparılmasının təsəbbüşkarı Prezident İlham Əliyevdir.

Şahanə Rəhimli

Geri dön