Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Tarixin ölümcül və vəhşi döyüşçüləri
Tarixin ölümcül və vəhşi döyüşçüləri |
Nindzalar
Nindza orta əsrlərdə Yaponiyada casus və muzdlu qatillərdir. Qadın nindzaları "Kunoiti" adlanırdılar. Nindzaların öyrəndiyi sənət isə Nincütsu adlanır. Əfsanəyə görə, nindzaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. Yeniyetmə nindzalar "Nincütsu" texnikasına yiyələnməliydilər. Nindzaların ilk silahı ox olub. Onlar hansısa bir informasiyanı öyrənməli və həmin informasiyanı vaxtında öz sahibinə çatdırmalı idi. Artıq nindzalar yetkin yaşa çatdıqda muzd ilə işləyirdilər. Heç vaxt xristianları öldürməzdilər. Çünki onlar nindzalara kömək edə bilərdilər. Samurayları və knyazları qorxuya saldıqları üçün onlara "Gecə kabusu" adı verilmişdi. Əsas vəzifələri tək öldürmək deyil, həm də casusluq etmək idi. Çox vaxtı rəqiblərini öldürmək üçün zəhərdən istifadə edirdilər. Bəzən onlar zəhəri rəqibinin qulağına da tökürdülər. Zəhərləri 3 kateqoriyaya bölürdülər: 1. Yavaş təsir göstərənlər 2. Yaşıl çayın xüsusi növündən düzəldilənlər 3. Tez öldürənlər. Qladiatorlar “Gladiator” latın sözü olan "qladius"dan götürülmüşdür, “qılınc oynadan adam” deməkdir. Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi. Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirildiyi məlumdur, daha sonra Roma dünyasında siyasi və ictimai həyatın bir növünə çevrilmişdir. Xristian imperatorları qladiator döyüşlərini eramızın V əsrinədək mühafizə etmişlər. Bundan sonra qladiator oyunları rəsmi olaraq təşkil edilməyib. Döyüşçülərin çoxu 30 yaşına çatmadan ölürdülər. Spartalılar Sərt qaydalara tabe olmağa və şəxsi istəkləri qurban verməyə məhkum edilmiş spartalılar böyük maşındakı kiçik vintə bənzəyirdilər. Spartalı uşaqlar doğulanda möhkəmlik testindən keçir, zəif hesab edilən körpələr isə bir təpənin zirvəsində ölümə tərk edilirdi. Spartalı kişilərin təhsili, demək olar ki, hərbi təlimlə məhdudlaşırdı. Hərbi təlimlər yeddi yaşdan başlayır, oğlanları müharibəyə hazırlamaq və möhkəmlətmək üçün rəhimsiz cəzalar verilirdi. 20 yaşından 60 yaşına qədər bütün kişilər, demək olar ki, bütün vaxtlarını dövlət xidmətinə həsr edirdilər. Evliliyin məcburi olmasına baxmayaraq, az sayda ailə var idi; gənc kişilər kazarmalarda yaşamalı idilər. Onlar 30 yaşından sonra hələ də hərbi yeməkxanalarda yeməli idilər. Kişilər həyat yoldaşlarını güc rəmzi olaraq toy gecələrində qazanırdılar. Onlar qadınlarını sonra çox az görürdülər, bəzən kişilər “həyat yoldaşlarının üzünü gün işığında görməzdən əvvəl uşaq sahibi olurdular”. Güclü övladlar dünyaya gətirmək qadınların əsas vəzifəsi idi, lakin analar övladlarının dövlətin malı olması faktını qəbul etməli idilər. Spartalılar bu çətinliklərə və məhrumiyyətlərə etiraz etmirdilər. Bütün həyatlarını tək bir məqsəd uğruna xərcəliyrdilər. O da öldürmək idi. Samuraylar “Ağalarına, sahiblərinə sədaqətlə xidmət edənlər” – samuraylar I əsrdə mövcud olmuşlar. Samuraylar Yaponiyada yaranmış, yaşamış və fəaliyyət göstərmişlər. Samuraylar sahiblərinə bir növ mühafizə, cangüdən xidməti göstərmişlər. Yaponiyada I əsrdən XIX əsrədək samuray xidmətindən istifadə olunmuşdur. “Samuray” sözü qədim yapon dilindən tərcümədə — “ali mənsəbə məxsus insanlara xidmət”, “sahibinə qulluq” mənasındadır. Samuraylar sahiblərinin həm özünü, həm əmlakını, həm də ərazisini qoruyurdular. Samurayları adi kəndlilərdən silahları fərqləndirirdi və samuraylar onlar üçün ayrılmış xüsusi kəndlərdə yaşayırdılar. Sonralar samuray bir peşəyə çevrildi və nəsildən-nəslə ötürülürdü. Gələcəyin samuraylarına xüsusi təlimlər keçirilir, cəsurluq, silahlardan məharətlə istifadə etmək öyrədilirdi. Bir sözlə, hərbiçi sənəti öyrədilirdi. Alicənablıq samurayların ən üstün xüsusiyyətlərindən olub. Samuraylar o dərəcədə əxlaqlı, əqidəli olurdular ki, təhqir olunmaqdansa, özlərinə qəsd etməyi daha üstün tuturdular. Samuraylar bir çox xüsusiyyətlərinə görə, Avropa cəngavərləri ilə eynidirlər. Hər ikisində də özlərinə məxsus şərəf, vicdan kodeksi olmuşdur. Apaçi hinduları Şimali Amerikanın yerli əhalisi ABŞ hinduları ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622-1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Apaçilər 50 adam qaldıqları halda ABŞ-a təslim olmayıb döyüşəcək qədər cəsur olmuşlar. Monqol atlılar XIII-XII əsrlərdə monqollar süvarilərin kütləvi istifadəsi ilə tanınmışdılar. Monqol və tatarların süvari qoşunları yüksək döyüş qabiliyyətinə malik idi və uzun müddət döyüşlərdə özünə tay bilmirdi. Monqol süvarilərinin zərbə qüvvəsi çoxdandır tarixi rəvayətlərlə bəzədilib. Bu fikirlər ədalətlidir. Lakin bunun səbəbi nədədir? Monqolların yaraqları yetərincə güclü və məntiqli idi. Monqol süvarilərinin gücünün mahiyyətini açmaq üçün monqol atlarının müstəsna keyfiyyətlərini də qeyd etmək lazımdır. Həm ölçülərinə həm də eksteryerinə görə o Altay, Yakutiya aborigen növlərinə aiddir. Bunlar bəstə boylu, çox tüklü, xüsusi ilə qışda, güclü ayaqları üstündə və güclü konstitusiyası(quruluşu) olan, olduqca dözümlü və tələbsiz heyvandır. Ağır yaşayış şəraitində baş verən təbii seçim, həm yük daşımaq üçün həm də sürmək üçün yararlı, dördnala qaçışda yetərincə çevik, dinc, qorxmaz və sədaqət kimi qiymətli keyfiyyətləri olan növün formalaşmasına gətirib çıxarmışdır. Belə atlar uzaq keçidlərin ağır şəraitinə asanlıqla dözürdülər, hər yerdə otlaq tapırdılar, qışda dırnaqları ilə qarın altından ot tapırlar, həmişə çevik qovğaya hazırdılar. Şübhə yoxdur ki, keyfiyyətinə görə unikal at ilxılarına malik monqolların hərbi potensialı çox güclü idi və onların süvari dəstələri keyfiyyətinə görə bütün başqa Asiya və Avropa süvari dəstələrini üstələyirdi. Vikinqlər Azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət sosial təbəqədir. 810-cu ildən başlayaraq 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf edib, Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayaq basan ilk avropalılar olub, Fransada və Şotlandiyada öz dövlətlərini yaradıblar. Vikinq nizəsi digər nizələrdən öz ağırlığı ilə fərqlənirdi. Bu nizələr atılmaq üçün deyil, döyüşdə istifadə üçün işlənirdi. Vikinq Baltası 90 santimetr uzunluğunda idi .Baltanı döyüşdə rahat istifadə etmək mümkün idi. Belə ki, bir dəqiq zərbədən sonra ikincisinə ehtiyac qalmırdı. Vikinq zirehləri öz tipinə görə Sparta zirehlərinə oxşardılar. Bunu X əsrin dəbilqəsinə baxdıqda bilmək olar. Eləcə də bəzi mənbələrə görə Vikinqlər döyüşə at formalı dəbilqələrdə gedirdilər. Maorilər Polineziya kökənli Yeni Zelandiya əhalisidir. 800-1300-cü illər ərzində müxtəlif vaxtlarda qayıqlarla Polineziya adalarından Yeni Zelandiyaya köç etmişlər. Maorilər Yeni Zelandiyanın yerli sakinləri olmalarına baxmayaraq, Yeni Zelandiya əhalisinin 15%-ni təşkil edirlər. 2013-cü ilin nəticələrin görə Yeni Zelandiyada maorilərin sayı 598,605 nəfərdir. Maorilərin sayının çox olduğu ikinci ölkə isə Avstraliyadır. Burada maorilərin sayı 2006-ci il göstəricilərinə görə 126,000 nəfərdir. Döyüşdə qalib gələndə qarşı tərəfin ətini yeyərlərmiş. Dilrubə Vaqifzadə Geri dön |