Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda yeni çökmə hadisəsi baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda yeni çökmə hadisəsi baş verib

Bakıda yeni çökmə hadisəsi baş verib


Bakının Suraxanı rayonu Zığ qəsəbəsində yeni çökmə hadisəsi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib ki, hadisə qəsəbənin Həzi Aslanov küçəsi, 76 ünvanda baş verib. Əraziyə baxış keçirilərkən çökmənin qrunt sularının həddindən artıq qalxması nəticəsində baş verdiyi məlum olub.
Niftiyev bildirib ki, həmin ərazidə hələlik çökmə prosesləri baş verir. Ancaq proseslər hazırkı sürətlə inkişaf edərsə, uçqun yaranması da qaçılmazdır.
"Ərazidəki evlərdə ciddi fəsadlar yaranıb. 4 evə baxış keçirilib, həmin evlərdə çox ciddi fəsadlar yaranıb, evlərin divarlarına, konstruktiv elementlərinə ziyan dəyib. Həmin ərazidə kanalizasiya sistemi yoxdur, şambo sistemidir. Yamac boyu yuxarıda yerləşən evlərin şambolarından süzülən sular aşağıdakı evlərə böyük təsir göstərib", - baş mühəndis əlavə edib.

Geri dön