Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “AzəriLayt” neftinin qiyməti son 18 ayda ilk dəfə 57,20 dollara yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “AzəriLayt” neftinin qiyməti son 18 ayda ilk dəfə 57,20 dollara yüksəlib

“AzəriLayt” neftinin qiyməti son 18 ayda ilk dəfə 57,20 dollara yüksəlib


Azərbaycan neftinin qiyməti 1 dollaradək bahalaşıb.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 57,20 dollar təşkil edib. Bu, son 18 ayda qeydə alınan ən yüksək qiymət göstəricisidir.

Xatırladaq ki, “AzəriLayt” markalı neftin bir barreli London birjasında sonuncu dəfə 2015-ci il iyulun 24-də 57,71 dollara satılıb. Həmin vaxtdan etibarən bu günədək Azərbaycan neftinin bir barrelinin qiyməti 57,20 dollardan ucuz olub.

Geri dön