Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yenə də dərsliklərimizdən söz açırıq
Yenə də dərsliklərimizdən söz açırıq |
Azərbaycanda dərslik yazmaq ənənəısi var.
Azərbaycanda ənənəvi dərsliklərdən istifadə etmək,onları öyrənmək ənənəsi isə hələ öz həllini tapmayıb. Mən dərslik tarixindən xəbərdar olan insanlardan biriyəm. Mətbuatda dərsliklərin problemlərindən danışılanda mütləq öz fikrimi bu işlə məşğul olanlarla bölüşməyə çalışıram. İlk dərsliklərimizdən də, müasir dərsliklərdən də az-çox məlumatım var. Bəzən xarici ölkələrdən dəvət olunan mütəxəssislər bizə dərslik siyasətini öyrətməyə cəhd edirlər. Bu, çox qorxulu nəsnədir.Dərslikdə milli adət-ənələr daha qabarıq şəkildə özünü gıstərməlidir. Təəssüf ki, dərslik müəlliflərinə, bu dərsliklərə hələ dərslik çap olunmamışdan qabaq rəy yazanlara elə gəlir ki, onların sözü daha önəmlidir. 2014-cü il dekabrın 13-də Şamaxıda "MƏCLİS MƏKTƏBİ" adı ilə tanınan (indiki Şamaxı Avropa Liseyi) məktəbin -- babamın və atamın vaxtı ilə oxuduqları məktəbin 140 illik yubileyinin təntələlərini keçirilirdi. Əslində bu yubileyin keçirilməsinə çalışanlardan biri də mən idim. Yubileyə dəvət olunmalarına baxmayaraq, bir sıra dəvətlilər vaxt tapıb tədbirə gələ bilməmişdilər . Yaxşı ki Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev dəvəti qəbul etmişdi.Onun tədbirdəki proqram xarakterli çıxışında dərslik məsələlərinə də toxunuldu. Yubiley rayon səviyyəsində keçirilsə də, Şamaxıda təhsili qiymətləndirməyi bacaranlar tədbirə yaxşı hazırlaşmışdılar. Ən maraqlı cəhətlərdən biri bu oldu ki, tədbirdə dərslik məsələrəri təhsilin ən vacib məsələlərindən biri kimi qiymətləndirildi. Bu yanaşma çox maraqlı və yaddaqalan oldu. Tədbirdə Şamaxı Avropa Liseyi ilə qardaşlaşan təhsil ocağının --Bakıdakı Avropa Azərbaycan Məktəıbinin direktoru Qraem Pollock Azərbaycan təhsil tarixinə öz heyranlığını gizlətmədi,çıxışında bu məsələdən ürəklə söz açdı. Yeri gəlmişkən qeyd edim ki,Q.Pollock indi Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktorudur. Söhbət yaxşı təhsil ənənələri,yaxşı müəllimləri olan 1874-cü ildə görkəmli maarifçi SƏİD ƏFƏNDİ ÜNSİZADƏNİN (1825,Şamaxı-1905,İstanbul) yaratdığı,Şamaxı ruhani idarələrinin himayə etdiyi bu məktəbdədən gedir. "MƏCLİC MƏKTƏBİ" adı ilə tarixə düşən bu məktəbin ilk müəllimləri - CƏLALƏDDİN ÜNSİZADƏ,SEYİD ƏZİM ŞİRVANİ, məktəbin təsisçisi Səid Əfəndi Ünsizadə təhsil tariximizdə ilk dərslik yazan ziyalılarımızdandır.Onların dərslikləri hələ də müasir dərsliklərimizin müəlliflərinin çoxu ya tanımır, ya da bu dərslikləri arxiv materialı kimi dəyəndirirlər. XIX əsrdə dərslik yazan kənd və şəhər müəllimlərinə qayğı indikindən daha yüksək idi.Dərslik müəlliflərinin əmək haqqı digər müəllimlərin əmək haqqından xeyli fərqlənirdi. Zaqafqaziya Müəllimlər Seminariyasının 1882-ci il məzunu Rəşid bəy Əfəndizadənin 1898-ci ildə Konstantinopolda çap etdirdiyi "UŞAQ BAĞÇASI " adlı dərsliyini 3- 4 nəfər tədqiqatçıdan başqa, məncə, ciddi şəkildə oxuyan yoxdur. "UŞAQ BAĞÇASI" dərsliyinin müəllifi ibtidai məktəb müəllimi idi. O, cəmi 3 il - 1879-1882-ci illərdə Azərbaycan dilinin işlənmədiyi yad bir şəhərdə rus dilində təhsil almışdı.Amma onu dərsliyi türk dünyasına səs salmışdı. R.Əfəndizadənin bu dərsliyi, eləcə də 1907-ci ildə yenə də Konstantinopolda çap etdirdiyi müsəvvər-şəkilli "BƏSİRƏTÜL-ƏTFAL" dərsliyi bu gün də əhəmiyyətli bilgi mənbəyidir. Onu da deyim ki, bu dərslikdəki şəkillərin -illüstrasiyaların müəllifi məşhur rus rəssamı V.A.Taburindir. V.A.Taburin (1870-1954) həm yazıçı və jurnalist kimi,həm də reklam və kitab illütrasiyaçısı rəssamı kimi tanınır. O, A.Puşkin, M.Lermontov, N.Qoqol, İ.Turgenyev, N.Leskov, A.Çexov kimi rus şair və yazıçılarının bir sıra kitablarına maraqlı illisturasiyalar çəkmişdir. V.Taburinin belə nüfuzlu söz ustaları ilə əməkdaşlığından sonra R.Əfəndizadənin dərsliyini illüstrasiyalarla zənginləşdirməsi rus-Azərbaycan ədəbi və pedaqoji əlaqələrinin tarixində ciddi öyrəniləsi çalışmalardan biri kimi dəyərləndirilməlidir. Çox təəssüf ki, bəzi dərsliklərimizdəki illüüstrasiyalar şagirdlərin bədii zövqünün formalaşdırılmasında və mövzuların ideya və məzmununun öyrənilməsində qabaqcadan düşünülən fikirləri reallaşdıra bilmir. Mənə elə gəlir ki,Azərbaycanda kitab illüstrasiyası ilə ilgili məsələlər müvafiq yaradıcı qurumların diqqətini cəlb etməlidir. Bu günkü dərsliklərimizin ziddiyyətli məqamları hamımızı düşündürməlidir.Həm aşağı,həm də yuxarı sinif şagirdləri dərsliklərə böyük inamla yanaşırlar.Dərslikdəki səhvlər onları narazı etməməlidir. Bu gün yuxarı siniflərə aid Azərbaycan dili və ədəbiyyat dərslikləri şagirdlərin dilçilik və ictimai-ədəbi fikir tariximizin dərindən öyrənilməsində daha səmərəli və yüksək elmi təfəkkür tərzini formalaşdırmalıdır. Bu gün məktəblilərə aid lüğətlərin hazırlanmasında böyük canlanma hiss olunur.Bu,təqdirəlayiq hadisə olsa da,,bu işdə heç kəsin hesabat vermədiyi xaos hökm sürməkdədir. Hələ klassik ədəbi irsimizi mükəmməl öyrənməkdən ötrü kiçik həcmli ərəb və fars sözləri lüğətimiz yoxdur. Dərsliklərin mükəmməlləşdirilməsi sahəsində problemlərimiz çoxdur. Dərslik yazmaq işini hər kəsə tapşırmaq düzgün deyil.Bu iş bu sahənin bilicilərinə tapşırılmalı,görülən iş ciddi şəkildə araşdırılandan sonra nəşriyyatlara yol açmalıdır. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq. 08.01.2017. Geri dön |