Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ötən il 23 mindən çox “elektron imza” sertifikatı istifadəyə verilib
Ötən il 23 mindən çox “elektron imza” sertifikatı istifadəyə verilib |
Dörd ildən artıqdır ki, ölkəmizdə sənəd mübadiləsində tətbiq olunan “elektron imza” vaxta və bu iş üçün ayrılan işçi qüvvəsinə qənaət etməklə məsafələrin yaxınlaşmasına xidmət edir. Elektron sənədin təsdiqləyici elementi olan “elektron imza” virtual məkanda prosesin iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.
“Elektron hökumət” portalından bildirilib ki, “elektron imza”nın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik məsuliyyətdən yayınmanın mümkünsüzlüyü, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. “elektron imza” ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elə buna görə də, “elektron imza”dan istifadə göstəricisi artmaqdadır. Belə ki, 2016-cı ildə ümumilikdə 23 min 40 “elektron imza” sertifikatı istifadəyə verilib. Bu da 2015-ci illə müqayisədə 6 min 254 dəfə çoxdur və indiyədək verilmiş “elektron imza” sertifikatları sayının 23 faizini təşkil edir. “elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən yanvarın 1-dək Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən ümumilikdə 100 min 216 “elektron imza” sertifikatı istifadəyə verilib. “Elektron imza”, həmçinin “Elektron hökumət” portalının audentifikasiya vasitələrindəndir. 2016-cı il ərzində elektron imza kartları vasitəsilə portalda ümumilikdə 4 milyon 527 min 251 audentifikasiya qeydə alınıb. Xatırladaq ki, ötən il Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən elektron imza sertifikat daşıyıcılarının yeni növü - USB tokenlər də istifadəçilərin ixtiyarına verilib. İstifadəsi və daşınması daha rahat olan bu daşıyıcılar vasitəsilə “elektron imza” açarlarının təhlükəsiz saxlanılması ilə yanaşı, əhalinin büdcəsinə qənaət edilir. Belə ki, bu tokenlərdən istifadə üçün kart oxuyucu almağa ehtiyac qalmır. Qeyd edək ki, USB tokenləri Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq və ya “elektron imza” saytına (www.e-imza.az) müraciət etməklə, yaxud da “Elektron hökumət” portalı vasitəsilə onlayn sifariş yolu ilə əldə etmək mümkündür. Xatırladaq ki, “elektron imza” kartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur. Geri dön |