Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Seymur Həsənli: «Torpaq işğaldadırsa sülhdən deyil, müharibədən danışmaq lazımdır»
Seymur Həsənli: «Torpaq işğaldadırsa sülhdən deyil, müharibədən danışmaq lazımdır» |
Haqq olan yerdə hər bir addım məqbuldur
Sülh mədəniyyəti daim səy və yardım tələb edən uzun bir prosesdir. Sülh mədəniyyətini münaqişənin yoxluğu kimi qəbul etmək olmaz. Mürəkkəb həyatda münaqişə həmişə inkişafın bir hissəsi olacaq. Münaqişədən qorxmaqdansa, biz ona düzgün qiymət verməyi öyrənməli, münaqişənin ədalətsizlikdən imtina etməyi tövsiyyə edən pozitiv güc işlətmək aspektlərini aşkar etməliyik. Yaşadığımız kataklizmlərlə, dramatizmlə, kolliziyalarla, mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran mühüm məsələlərdən biri ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında ayrı-seçkiliyin bütün təzahür formalarını aradan qaldırmaq problemidir. Başqa sözlə, insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək lazım gəlir. Bildiyimiz kimi sülh mədəniyyəti zəngin məzmuna malikdir. Bura «sülh mədəniyyəti» anlayışına aid edilən fəlsəfi, əxlaqi normalar daxildir. Ümumiyyətlə, sülh mədəniyyətinin bir fenomen kimi çox dərin tarixi kökləri var. Belə ki, tanınmış italyan tarixçisi V.Mançelli beynəlxalq konfransların birində demişdir: «Xoşbəxtlikdən dünyada davakar siyasətçilərlə yanaşı sülh barədə fikirləşən və pasifik fəlsəfəni formalaşdıran siyasətçilər də olmuşdur». Onlar sülh konsepsiyasını verməklə yanaşı, onun həyata keçməsi üçün çalışmışlar. Bəs, ümumiyyətlə hüquqi dövlətdə sülh mədəniyyəti deyəndə nəyi başa düşməliyik? Azərbaycan kimi müharibə şəraitində olan dövlətlərdə sülh mədəniyyətinin qəbul olunması nə qədər realdır? Bu sualla Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənliyə müraciət etdik. Seymur Həsənlinin fikrincə, hüquqi dövlətdə sülh mədəniyyətinin sərgilənməsi onun diplomatiyasının əsasını təşkil edir: «Dünya miqyasında nümunəvi dövlət kimi təqdim olunmaq istəyən ölkə sülh siyasətini özünün əsas prinsipi təşkil etməlidir. Çox təəssüflər olsun ki, bu gün dünya siyasətini müəyyən edən dövlətlər sülhdən çox zəiflərə qarşı müharibəni daha üstün tuturlar. Bu hal da dünyada minlərlə insanın məhv olmasına gətirib çıxarır. Ümumiyyətlə, sülh ya müharibə, hər nə olursa olsun haqqa söykənməlidir. Haqq olan yerdə hər bir addım məqbuldur. Azərbaycan kimi haqsızlığa, ədalətsizliyə, işğala məruz qalmış dövlətdə sülh siyasəti heç bir zaman real ola bilməz. Əgər sənin torpaqların işğal olunursa, özünü ədalətli göstərən dövlətlər də buna susursa, o zaman sulhdən danışmağın heç bir mənası yoxdur. İraqın Küveyti işğalı, Liviya məsələsi ilə bağlı BMT qətnamələri dərhal yerinə yetirilir. Amma Azərbaycanla bağlı addımlarda biz bunu görmürük. Demək ki, dünyanın siyasətində ikili standartlar, konkret maraqlar var. Böyük dövlətlər tərəfindən bu kimi siyaset yürüdülürsə, o zaman dünyada sülhdən, ədalətdən danışmaq mənasızdır. Hər bir siyasət dövlətin milli maraqlarına əsaslanmalıdır. Bu gun Azərbaycan üçün həmin maraqlar öz torpaqlarının işğaldan azad olunmasıdır. Sülh mədəniyyəti ilə isə bu, mümkün deyil. 20 il danışıq masasında oturmaq işğalçı üçün ən böyük güzəştdir. Torpaq işğaldadırsa sülhdən deyil, müharibədən danışmaq lazımdır. Nəinki danışmaq, müharibəyə başlamaq lazımdır. Unutmayaq ki, sülh həmişə müharibənin nəticəsi olaraq meydana çıxıb». Geri dön |