Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin MDHP-si: “Sadəcə maşınımız dəyişdi” – RUBRİKA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin MDHP-si: “Sadəcə maşınımız dəyişdi” – RUBRİKA

Fərəc Quliyevin MDHP-si: “Sadəcə maşınımız dəyişdi” – RUBRİKA


Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək elə də asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.
Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir.

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?

Modern.az saytı “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik. Bu dəfə Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) barədə bəhs edəcəyik.

MDHP 2003-cü ildə yaradılıb. Partiyanın yaradıcısı və hazırkı sədri Milli Məclisin deputatı Fərəc Quliyevdir.

“Partiyamız fərqli yolla gedib”


Fərəc Quliyev deyib ki, əslində, partiya ilə bağlı hazırlıqlara 2002-ci ildə başlanılıb.

“Azərbaycan Xalq Cəbhəsi hərəkatında olmuşuq. Bu hərəkat sonradan partiyaya çevrildi. Həbs olunduğum müddətdə bu partiya dağıldı. Həbsdən qayıdandan sonra öz silahdaşlarımla bölünmüş təşkilatda tərəfdaş kimi çalışmaq istəmədik. Yeni bir partiyanı formalaşdırdıq. 2002-ci ildən artıq partiyanın yaradılması üçün hazırlıqlara başladıq. Təşkilat komitəsi yarandı. 2005-ci ildə isə ilk qurultayımızı keçirdik. Partiyanın adını ona görə belə qoyduq ki, millətin dirçəlişində fasilə olmaz. Millət daima dirçəlməli, kamilləşməli və inkişafda olmalıdır. Hansı sahədə olursa-olsun bu belə olmalıdır. Ona görə də dirçəlmək paltformasını seçdik.

Bizim partiyamızda heç zaman təkrarçılığa yol verməmişik. Fərqli yolla getmişik. Bizim partiya yeganə partiyadır ki departament institutuna əsaslanır. Güney Azərbaycan, Dağlıq Qarabağ, Qərbi Azərbaycan, Türk dünyası və sairə departamentlər var. Azərbaycanın problemlərinə köklənmiş bir partiyayıq. Bu sahələrdə də fəaliyyətimiz var. Bunlar müstəqil departamentlərimizdir. Başqa partiyalarda belə şey yoxdur. Məsələn, Borçalı Departamentinin vasitəsi ilə Borçalıda yaşayan soydaşlarımıza sahib çıxırıq. Baxmayaraq ki, onlar partiya üzvü deyil. Biz hər zaman çalışmışıq ki, Azərbaycan problemlərinə adekvat bir təşkilat quraq”.

“Siyasətdə yeni adamlar deyilik”


Deputatın sözlərinə görə, partiya yaranan gündən bəri yolunu dəyişməyib.

“Biz 1980-ci ildən siyasətdə olan insanlarıq. Xalq hərəkatında, Azərbaycan Xalq Cəbhəsi təşkilatında fəaliyyət göstərmişik. İndiki Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə xalq hərəkatındakı xalq cəbhəsini qarışdırırlar. O zaman Azərbaycan xalq cəbhəsini təsis edən 64 nəfərdən biri mənəm.

Amma indi AXCP-də bir nəfər də təsisçi yoxdur. Bu fərqli bir şeydir. Köhnə silahdaşlar olaraq birləşib siyasətdə yeni təşkilat yaratmağımıza baxmayaraq, heç birimiz siyasətdə yeni adamlar deyilik. Çox məşhur simalar təmsil olundular. Onlar indi də var. Məsələn, Şakir Ağayevi götürək. 20 Yanvar hadisələri zamanı bütün şəhidlərin tabutunu hazırlatdıran adamdır. Keçmiş Nazir müavini Bayram Abbasov, Tahir Seyidov və sairə dostları göstərmək olar. Köhnə insanlarla yeni formatda işimizi görməyə başladıq. Yolumuz dəyişmədi. Sadəcə, maşınımızı dəyişdik”.

Partiyanın maliyyə çətinlikləri


Fərəc Quliyev, partiyanın maliyyə çətinliklərindən də söz açıb.

“Partiya yarananda maliyyə çətinliklərimiz olub. Ölkənin 55 rayonunda bazalarımız var. Parlament seçkilərində seçkiyə ən çox namizədlə - 63 nəfərlə qatılan ikinci təşkilat idik. Yaranma ərəfəsində çətinliklərimiz olsa da, partiyadaşlarımızın, iş adamlarının köməkliyi ilə çətinliyin öhdəsindən gələ bildik”.

Partiyanın fəal qadınları


Fərəc Quliyev, partiyasında təmsil olunan qadınlardan da danışıb.
“Partiya yarananda daha fərqli sistem qurduq. Bizim Qərbi Azərbaycan departamentinin özünün qadın qolu, Qarabağ departamentinin özünün qadın qolu var idi. Bunlar da əsasən fəal qadınlar idi. Bütün rayon şöbələrində olan qadınlar partiyamızda təmsil olunurdu. Bu təmsil olunma bu gün də davam edir. Qadın təmsilçilərimiz parlament və bələdiyyə seçkilərində fəal iştirak ediblər. Dairə və məntəqə seçki komissiyalarında təmsil olundular”.

Namidə BİNGÖL

Geri dön