Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş, Fərəc Quliyev > Fərəc Quliyev Müdafiə Naziri Zakir Həsənova başsağlığı verdi.
Fərəc Quliyev Müdafiə Naziri Zakir Həsənova başsağlığı verdi. |
Müdafiə naziri Zakir Həsənovun kiçik qardaşı Elşən Həsənov qəfil ürəktutmasından vəfat edib. Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev başsağlığı verib. Başsağlığında deyilir:
“Dövlətçilik ənənəmizdə ölkənin müdafiəsi və təhlükəsizliyi milli, vətənpərvər, mənəvi sağlam və nəcabətli nəsillərə-ailələrə həvalə olunub. Bu da təbiidir-taleyüklü prinsiplərin məsuliyyəti etibarlı adamlara həvalə edilir. Ölkənin taleyində müstəsna rol oynayan belə ailələr elə ruhda övladlar tərbiyyə edirlər ki, onlar ölkəsinin, millətinin qorunmasına ən vacib amil, əmanət kimi yanaşırlar. Bu tərbiyyədə olan insanların iş başına gəlməsi isə uğurların açarıdır. Ailələrinə və şəxsiyyətinə hamımızın dərin hörmətlə yanaşdığımız Zakir Həsənovun müharibə şəraitində olan Azərbaycanın müdafiə naziri təyin olunmasından sonra orduda apardığı islahatlar və təlimlər, yaratdığı ruh yüksəkliyi və ötən ilin aprel ayında ordumuzun onun komandanlığı altında düşmənin hücumunu dəf edərək, əks hücumla qazandığı zəfər Zakir müəllimin hərbi səriştəsi ilə yanaşı, onun milli ruhu və dövlətçilik düşüncəsinin göstəriciləridir. Bunlar isə , bir ailənin tərbiyə və yetişdirmə düşüncəsindən başlayır. Belə ailələrin hər bir üzvü xalq üçün dəyərli insanlardılar. Ona görə də belə insanların həyatdan köçməsi xalqın itkisidir. Belə dəyərli ailələrdən birinin üzvü, müdafiə naziri cənab Zakir Həsənovun kiçik qardaşı Elşən Həsənovun qəfil vəfatı da bizim üçün ağır itki oldu. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından Zakir müəllimə, mərhumun bütün doğmalarına və bu ailəyə dəyər verən bütün insanlara dərin hüzünlə başsağlığı verib, səbr diləyirəm. Allah rəhmət etsin, ruhu şad, məkanı Cənnət olsun!” Geri dön |