Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > İsveçrədəki ekspert Simon Veyzman: “Mövcud silahlara baxdıqda Ermənistan Azərbaycanın yanında cırtdan kimi görünür”
İsveçrədəki ekspert Simon Veyzman: “Mövcud silahlara baxdıqda Ermənistan Azərbaycanın yanında cırtdan kimi görünür” |
Hakim partiyadan deputat Hamlet Arutyunyan: “Qarabağda müharibə yenidən başlasa, bir saatdan çox çəkməyəcək”
Azərbaycanın son illər xaricdən davamlı olaraq uzaq məsafədən hədəfə dəqiq və dağıdıcı zərbələr endirmək qabiliyyətində olan silahlar alması düşmən ölkədə narahatlıq yaradıb. Ermənistanın hakim Respublika Partiyasından olan deputat Hamlet Arutyunyan deyib ki, Qarabağda yeni müharibə “ona cəlb olunmuş bütün tərəflər üçün” fəlakətli olacaq. “Hazırda tərəflərin əlində olan silahların xüsusiyyətlərinə nəzər salsaq, Qarabağda yeni müharibə bir saatdan çox çəkməz. Özü də bu müharibə daha dağıdıcı və qanlı olacaq, mülki əhali arasında daha çox tələfat baş verəcək. Bu təhlükəni nəzərə alaraq Respublika Partiyası qarşıdakı parlament seçkilərində qalib gəlməli, Serj Sərkisyan isə ikinci müddətə prezident seçilməlidir”, - deyə Arutyunyan erməni KİV-lərinə açıqlamasında bildirib. Bəs erməni deputat nədən Qarabağda dağıdıcı müharibəyə imkan verməmək üçün partiyasının hakimiyyətdə qalmasını, Sərkisyanın isə yenidən prezident olmasını vacib sayır? Arutyunyana görə, məhz Respublika Partiyasının və Sərkisyanın hakimiyyəti Qarabağda müharibənin başlamasının qarşını almağa qadirdir. “Respublika Partiyasının və Sərkisyanın bu münaqişənin nizamlanmasında rəqibi yoxdur. Əgər biz Qarabağı itirsək, millət və dövlət olaraq gələcəyimizi itirəcəyik”, - deyə o bildirib. Arutyunyan hesab edir ki, Sərkisyan ikinci prezidentlik müddətində münaqişənin nizamlanmasında dəyişikliyə nail olacaq. “O, bu məsələnin indiki vəziyyətdə qalmasını istəmir. Məndə daxili əminlik var ki, 2018-ci ilə qədər bu məsələdə müsbət dəyişikliklər olacaq, nəticədə Ermənistan və Qarabağ daha təhlükəsiz yaşaya biləcək”, - deyə deputat bildirib. Qarabağ məsələsi Ermənistanda may ayında keçiriləcək parlament seçkiləri ərəfəsində istər hakimiyyətdəki, istər müxalifətdəki qüvvələr üçün əsas “kozır”lardan biridir. Hakim partiya və onun lideri Serj Sərkisyan seçkilərə “DQR”in beynəlxalq tanınmasına nail olmaq planları ilə gedir. Hakim koalisiyanın tərkibində yer alan, ancaq seçkilərə ayrıca qüvvə kimi qatılan “Çiçəklənən Ermənistan” partiyası hesab edir ki, ermənilər Qarabağ məsələsində tam qələbəyə nail olmayıblar. Müxalifətin də gündəmində Qarabağ mərkəzi yerlərdən birini tutur, bu düşərgədə hakimiyyəti ittiham edirlər ki, 20 il ərzində ölkəni yoxsulluqdan xilas edə bilməyib və nəticədə Ermənistan boşalır. Onun əhalisi rəsmi rəqəmlərə görə, cəmi 2.8 milyon nəfərdir. Bu da Qarabağ məsələsində Ermənistanın uduzması təhlükəsini yaradır. BMT Qaçqınlar Məsələləri Üzrə Agentliyinin son məruzəsinə əsasən, son 2 il ərzində sığınacaq almaq üçün Qərb ölkələrinə 11 min Ermənistan vətəndaşı müraciət edib. Əvvəlki ilə nisbətən, Ermənistandan Avropa ölkələrində sığınacaq almaq istəyənlərin sayı 19 faiz artıb və 2011-ci ildə 6 mindən çox olub. Tək Fransada 2011-ci ildə sığınacaq üçün müraciət edən ermənilərin sayı əvvəlki ilə nisbətən ikiqat artıb. 2010-cu ildə Fransa hökuməti Ermənistan vətəndaşlarından 1800 ərizə alıb, bir ildən sonra isə ərizələrin sayı 3 min 6 yüzə çatıb. Fransadan başqa, ötən il ərzində Avstraliyada, Almaniyada, Polşada və Kanadada sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı artdığı qeyd olunur. Ermənistanın iqtisadi səfalət və miqrasiya problemi ilə üz-üzə olduğu bir vaxtda Azərbaycanın sürətlə silahlanması, ən modern silah sistemlərini əldə etməsi bu ölkədə narahatlıqları artırır. Bu arada Ermənistan və Azərbaycanın hərbi imkanlarını təhlil edən nüfuzlu Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SİRRİ) son hesabatı da tərəflər arasında qüvvələr nisbətinin indiki vəziyyətindən ermənilərin narahatlığının boş yerə olmadığını təsdiqləyib. Hesabata görə, Azərbaycan silah alışını əhəmiyyətli dərəcədə artırır və hazırda bu göstərici üzrə dünyada 38-ci yeri tutur. İnstitutun baş araşdırmaçısı Simon Veyzman BBC Azərbaycancaya deyib ki, Azərbaycanın 2010-cu ildən 2011-ci ilə kimi idxal etdiyi silah-sursat iki dəfə artıb. Araşdırmaçı deyir ki, rəsmi Bakı, əsasən Ermənistanla Qarabağ münaqişəsinə görə silaha pul xərcləyir. O deyir ki, bunun əksinə olaraq İrəvan hər il nəşr edilən hesabatda 84-cü yeri tutur. “Ermənistan bu məsələlərdə çox geridədir” deyən Veyzman bildirir: “Mövcud olan, aldıqları silahlara və hərbi büdcələrinə baxdıqda, Ermənistan Azərbaycanın yanında ”cırtdan" kimi görünür". Araşdırmaçıya görə, Azərbaycanın hərbi balansını necə sərf edəcəyi isə potensial münaqişənin tipindən asılıdır. “Əgər bu, Dağlıq Qarabağda gördüyümüz əvvəlki partizan müharibəsi tipidirsə, onda Azərbaycan tərəfindən alınanlar çox sayıla bilməz”, - deyə o bildirir. Ekspert inanır ki, Azərbaycan Ermənistanla danışıqlarda öz yerini möhkəmləndirməyə çalışır və bunun üçün “Müzakirələr baş tutmasa, müharibə ola bilər” mesajini verir. Veyzman deyir ki, Azərbaycan zirehli maşınlar, nəqliyyat və döyüş vertolyotları, uzaq məsafədən hava müdafiə sistemləri və pilotsuz hava təyyarələri kimi geniş çeşidli hərbi sursat alır. Son 5 ildə əsas alış ölkələri Rusiya, Ukrayna, Belarus, İsrail, Şimali Afrika və Türkiyə olub. O düşünür ki, Azərbaycan İsraildən 1.6 milyardlıq silah aldıqdan sonra İsrailin rolu daha mühümləşib. Buna baxmayaraq, o, Rusiyanın gələcəkdə Azərbaycan üçün əsas döyüş vertolyot və hava müdafiə sistemlərinin alınma mənbəyi olacağını ehtimal edir. Veyzman Azərbaycanın Dağlıq Qarabaq ətrafında müharibə üçün, yəni az və ya orta tezlikli və texnologiyalı müharibəyə yarayan silahlar aldığını deyir. “Azərbaycanın əksinə olaraq, Ermənistan az silah alır. Ermənistan deyib ki, yeni silahlar alacaq və Azərbaycanın hərəkətinə cavabdır. Onlar plan qurub, lakin alıb-almayacaqları sual altındadır”, - deyə ekspert bildirib. Stokholm İnstitutunun araşdırmaçısı deyir ki, Ermənistan ya Rusiyadan kömək kimi, ya da hərbi bazalarının yerləşməsinə ödəniş olaraq silah-sursat ala bilər, lakin yenə də bu, Azərbaycanın pulla ala biləcəyindən azdı: “Müfadiə büdcələrinə baxsaq, Azərbaycanın xərcləməyə daha çox pulu var və daha çox pul xərcləyir, çünki gəlirləri Ermənistanın yarışa bilməyəcəyi qədər çoxdur”. Veyzman deyir ki, Cənubi Qafqazda hərbi balansın artmasında Azərbaycanın payının olmasını demək çətindir, çünki Qarabağ ətrafında hansı potensial konfliktin olacağı bəlli deyil: “Əgər bu aşağı intensivlikdə yarı partizan, yarı Qarabağa dəstək üçün Ermənistan tərəfindən xarici müdaxiləli hərbi əməliyyatlar olarsa, onda Azərbaycanın aldığı bahalı hava hücumundan müdafiə sisteminin əhəmiyyəti az olacaq”. O bildirir ki, Azərbaycanın yeni hava müdafiəsi Dağlıq Qarabağı dəstəkləyən Ermənistana ziyan verə bilər, lakin eyni addımı Ermənistan da ata bilər. Stokholm İnstitutunun araşdırmaçısı deyir ki, Azərbaycanın silah almasının səbəbini yeni müharibəyə hazırlıq və ya Ermənistana təzyiq kimi qiymətləndirmək çətindir. “Alınmış silahları müzakirələrdə güclü mövqe göstərişi kimi anlamaq olar, lakin bu strategiyanın effektiv olması üçün rəqibinin ”lazım olarsa, gücündən istifadə edəcəyinə" inanması lazımdır", deyə Simon Veyzman bildirir. F.MƏMMƏDOV Geri dön |