Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda antik şəhərin yeri tapılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Gürcüstanda antik şəhərin yeri tapılıb

Gürcüstanda antik şəhərin yeri tapılıb


Gürcüstan arxeoloqları indiyədək məlum olmayan antik dövrlərə aid şəhərin yerini və tunc dövrünə aid kurqan aşkar ediblər.
Bu barədə çərşənbə axşamı Gürcüstanın Mədəni İrsinin Milli Mühafizə Agentliyi məlumat yayıb.
Məlumata görə, arxeoloji tapıntı Kotsaxura dağlarının şimal-şərqində, İvri çayı sahilində yerləşən Kaxeti diyarında üzə çıxıb.
Şəhər yeri 2,5 hektar ərazidə yerləşir. Qədim yaşayış məskəni çiy kərpicdən tikilib.
"Şəhər yerlə bir edilib və hazırda yalnız onun konturlarını ayırd etmək mümkündür", - deyə tədqiqatçılar bildiriblər.
Dağıdılmış binaların divarlarının qalınlığı 1 və ya 1,2 metrdir, bəzi tikililər düzbucaqlı, digərləri isə girdə formaya malik olublar. Divarlarda güclü yanğının izəri, həmçinin gil suvaq qalıqları görünür.
Aşkar edilən kurqanın hündürlüyü 20 metrə çatır. Onun diametri 115 metrdir.

Geri dön