Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


İran Urmu gölünü xəritədən sildi
Güney Azərbaycan Xəbərləri






Tarixi Azərbaycan torpaqlarının nadir incilərindən olan Urmu gölünun quruması fəlakət həddinə çatıb.

Ancaq İran hakimiyyəti gölə əlavə su ehtiyatlarının axıdılması ilə bağlı tədbir görmək əvəzinə, bu vəziyyətlə barışmış kimi görünür.

Güney Azərbaycan mənbələrindən verilən məlumata görə, artıq dövlət televiziyalarında Urmu gölü İran xəritəsində göstərilmir.

“Konkret olaraq, 31 mart 2012 tarixdə İranın birinci kanalında saat 21.00 xəbərlərinin hava durumu bölümündə, İran xəritəsində Urmu gölünün xəritədən çıxarılmasının şahidi olduq” –deyə, mənbə bildirir.

Təbriz də Urmu Gölünün qurudulmasına etiraz aksiyası keçirilib

Güney Azərbaycan Xəbərləri





Azərbaycan milli fəallari 1 april 2012 təbriz şəhərində Urmu Gölünün qurdulmasına etiraz olaraq milli şuarlar səsləndirib və yazılı parçalar göstəriblər.parça yazılarından : Niyə Urmu Gölünün qurdulmasının Siyasəti , İranin nüvə programından xətərlı sayılmır ?
Təbiət Günü 1 aprel 2012- 13 fərvərdin 1391


Güney azərbaycanlı milli fəal həbs edilib
Güney Azərbaycan Xəbərləri






Tanınmış Güney azərbaycanlı milli hərəkat fəali Davud Şirini həbs edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Davud Şirinin Təbrizdəki evinə basqın edərək axtarış aparıblar. Azərbaycanlı fəala aid şəxsi əşyalar müsadirə edilib, özü isə həbs olunub. Hələlik onun harada saxlanıldığı barədə məlumat yoxdur.

İran 60 ölkə ilə viza rejimini ləğv edib
Güney Azərbaycan Xəbərləri





İran 60 ölkə ilə viza rejimini ləğv edib. “Fars” xəbər agentliynə istinadən yayılan məlumatına görə, bu məlumatı İranın Mədəni İrs və Turizm İdarəsinin nümayəndəsi Əsədullah Məhəmmədpur açıqlayıb. O bildirib ki, xarici turistlərin İrana səfərini asanlaşdırmaq məqsədi ilə belə bir addım atılıb: “Mədəni İrs və Turizm İdarəsi viza rejiminin ləğvi ilə bağlı İran Xarici İşlər Nazirliyində lazımi işlərə başlayıb. İranın qırmızı cizgiyə daxil etdiyi ölkələr istisna olmaqla, digər dövlətlərlə viza rejimini ləğv etmək ölkəmizə daha çox turist cəlb etmək məqsədi daşıyır”. Ə. Məhəmmədpur əlavə edib ki, İrana qarşı sanksiyalara baxmayaraq, əsas hədəfləri ölkəyə 7.5 milyon xarici turist cəlb etməkdir.



Türkiyə üçün müdhiş iddia!
Güney Azərbaycan Xəbərləri





İngilis televiziyası Sky News, yayınladığı bir ‘ xəbərdə' İranın Türkiyədə sui-qəsdçilərdən ibarət olan gizli bir şəbəkə qurduğunu qarşıya qoydu.Qismən Avstraliyalı işadamı Rupert Murdocha aid olan İngiltərə mərkəzli xəbər televiziyası Sky Newsin "kəşfiyyat qaynaqlarına" söykədiyi xəbərə görə kəşfiyyat təşkilatları, Türkiyədəki Yəhudi, İsrail və Qərb hədəflərinə hücum etmək üzrə İrandan əmr gözləyən sui-qəsdçiləri axtarır. Xəbərə görə terror şəbəkəsi, doğrudan İran dini lideri Əli Xamaneyə bağlı olan İnqilab Gözətçilərinin Qüds Gücündə "Vahid 400" adıyla təşkilatlandı. Bir kəşfiyyat qaynağı, "Vahid 400 bir neçə aydır Türkiyədə bir əməliyyat üçün hazırlanır.Bu hazırlıqların çox irəli bir mərhələyə çatdığı və planı tətbiqə niyyətli olduqları istiqamətində dəqiq bir qiymətləndirməmiz var" dedi.

KLİNTON XAMNEYİNİ SÖZÜNÜ ƏMƏLDƏ SÜBUT ETMƏYƏ ÇAĞIRIB
Güney Azərbaycan Xəbərləri







Aprelin 1-də İstanbulda keçirilən “Suriyanın dostları” konfransına qatılan ABŞ dövlət katibi Hillari Klinton Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanla görüşərək İranın nüvə proqramını müzakirə edib.
Ərdoğanın İrana səfəri zamanı dini lider ayətullah Əli Xamneyi ilə də görüşdüyünə toxunan Klinton jurnalistlərə deyib ki, İran rəhbərliyinin atom bombasının haram sayılması ilə bağlı iddiası əməldə öz əksini tapmalıdır: “Türkiyə rəsmilərinin dediyinə görə, İran İslam Respublikasının rəhbəri kütləvi qırğın silahlarının istehsalını şəriət qanunlarına zidd olduğuna inanır. Biz iranlılarla danışıqlarda bu dini inancın əməldə necə həyata keçiriləcəyi ilə maraqlanacağıq. İran rəhbəri atom bombasının haram sayılması ilə bağlı dediyini əməldə sübuta yetirməlidir. Dünya ictimaiyyəti bu inancın əməldə də öz əksini tapmasının şahidi olmaq istəyir”.

MALTA İRANIN SURİYAYA NEFT DAŞIYAN YÜK GƏMİSİNİN LİSENZİYASINI LƏĞV EDİB
Güney Azərbaycan Xəbərləri






Malta hökuməti İranın Suriyaya neft daşıyan bir yük gəmisinin lisenziyasını ləğv edib. Həmin gəmi Malta bayrağı altında üzürmüş.
Malta Xarici İşlər Nazirliyinin aprelin 1-də yaydığı bəyanatında deyilir ki, İranın “MT Tour” gəmisinin Suriyaya çatdırmaq üçün 120 min ton xam neft yüklədiyi haqda məlumat daxil olandan dərhal sonra İran gəmisinin lisenziyası ləğv edilib: “Malta BMT-nin və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalara riayət edəcək və Malta bayrağı altında hərəkət edərək beynəlxalq sanksiyaları pozmağa çalışan hər bir gəminin lisenziyasını ləğv edəcək”.

Geri dön