Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydınlaşdırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydınlaşdırıb

Elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydınlaşdırıb


Dovşan və meymun da daxil olmaqla, təxminən 500 digər məməlidə kor bağırsaq var. Bir çox canlılar ondan həzm sisteminin mühüm bir hissəsi kimi istifadə edirlər. Son vaxtlara qədər elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydın izah edə bilmirdi.
ABŞ-ın Midvestern Universitetinin alimləri kor bağırsağı olan 533 məməlinin təkamülünü araşdırıb. Alimlər hər bir kor bağırsağın zamanla necə dəyişdiyini diqqətlə sənədləşdirib. Məlum olub ki, o, orqanizmdə heç vaxt yoxa çıxmayıb və deməli, kor bağırsağın hansısa konkret məqsədi olub.

Alimlər müəyyən ediblər ki, kor bağırsağı olan fərdlərdə immun sistemi üçün zəruri olan limfatik toxumanın yüksək konsentrasiyası var. Limfa toxumaları bəzi “yaxşı” bakteriya növlərinin artmasını stimullaşdırır. Deməli, insanın kor bağırsağı bu mikroorqanizmlərin təhlükəsiz sığınacağı ola bilər.

Yeni tədqiqatlar fərz etməyə imkan verir ki, insanın kor bağırsağı sağlamlıq üçün əvvəllər hesab edildiyindən çox vacibdir.

Geri dön